Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buqi dili
Buqi dili (Basa Ugi, Bahasa Bugis, Bugis, Bugi, De), əsasən İndoneziyanın Sulavesi adalarının cənub hissəsində dörd milyon nəfər tərəfindən danışılan dil.
Tuqi xətti
Tuqi xətti — Ərəb xətt növü. Tuqi xətti (“hökmdar fərmanı, möhürü, yazısı”) XIII əsrdə ərəb (Bağdad) şairi və xəttatı Əbülfəzl Dinəvəri tərəfindən yaradılmışdır. Meydana gəldiyi ilk gündən, əsasən hökmdar fərmanları və məhkəmə sənədlərinin yazılmasında istifadə olunmuşdur.
Comon Suqi
Comon Suqi (縄文杉) – Yaponiyanın Kaqoşima prefekturasında yerləşən və yapon kriptomeriyası növündən olan ağac. 1993-cü ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmiş Yakuşima adasında yerləşir. Yaşının 2.170–7.200 arasında olduğu təxmin edilir. Ağac 1966-cı ildə kəşf olunmuş və Yaponiyada davam etmiş Comon dövrünün adı ilə adlandırılmışdır. Ağaca xüsusi təbiət abidəsi statusu verilmişdir. 1993-cü ildə Yakuşima adasına YUNESKO-nun Dünya irsi statusunun verilməsindən sonra ağac dünyada tanınmağa başlamışdır. Ağacın hündürlüyü 30 metr, gövdəsinin çevrə uzunluğu 16,1 metr təşkil edir. Digər yapon kriptomeriyası ağaclarından fərqli olaraq alçaq olması və gövdəsinin odun üçün əlverişli olmaması səbəbilə ağac əsrlər boyunca böyüyə bilmişdir. Comon Suqinin dəqiq yaşı məlum deyil. Aparılan ilkin araşdırmalar zamanı yaşının 7.200 olduğu təxmin edilmişdir.
Nor Uqi
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Nor Uği
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Bağı
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Vuki
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Günəş vağı
Günəş vağı (lat. Eurypyga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin günəş vağları fəsiləsinə aid heyvan cinsi.
Misir vağı
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Vudi Allen
Vudi Allen (tam adı: Allen Stüart Koniqsberq; 30 noyabr 1935, Bronks, Nyu-York, ABŞ) — Amerika kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseri. Yəhudi ailəsində doğulmuşdur. İlk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazandı. 1985-ci ildə isə Allen Qızıl Qlobus aldı. Daha bir neçə mükafata layiq görülüb. Caz həvəskarı olan Allen həm də klarnet çalır.
Vudi Herman
Vudi Herman (ing. Woodrow Charles Thomas Herman, «Woody» Herman; 16 may 1913[…], Miluoki, Viskonsin – 29 oktyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Amerika cazmeni. V.Herman 1913-cü il mayın 16-da Viskonsin ştatının Miluoki şəhərində dünyaya gəlib. 6 yaşı olanda kiçik məclislərdə çıxış etməyə başlayıb. Artıq 9 yaşında Vudi saksofonda ifa etməyi bacarırdı. 11 yaşında isə əlinə klarnet götürdü. Dörd ildən sonra Vudi yaxşı musiqiçilərdən sayılırdı. Lakin Vudi bununla kifayətlənmək istəmirdi və 1933-cü ildə öz şəxsi orkestrini yaratmağa cəhd elədi. Ancaq onun bu cəhdi uğursuz alındı. 20 yaşlı gənc musiqiçiləri ilə bacara bilmədi.
Vudi Qatri
Vudi Qatri (tam adı: Vudro Vilson Vudi Qatri; d. 14 iyul 1912; ABŞ, Oklahoma; ö. 3 oktyabr 1967; ABŞ, Nyu-York) — amerikalı söz yazarı və xalq musiqisi sənətçisi. Vudi Qatri üç dəfə ailə həyatı qurub və Amerika xalq musiqi sənətçisi Arlo Qatri də daxil olmaqla səkkiz övladı olmuşdur. Bundan başqa, Sarah Li Qatrinin babasıdır. Vudi Qatri 55 yaşında Huntington xəstəliyindən vəfat etmişdir. Vudi Qatri karyerasında yüzlərlə mahnıya, balladaya imza atmış, siyasi mövzular ehtiva edən mahnılardan ənənəvi mahnılara, ənənəvi mahnılardan uşaq mahnılarına qədər bir çox fərqli janrda ekspromt işləri olmuşdur. Həyatı boyu canlı çıxışlarını davam etdirən sənətkar gitara ilə "bu alət faşistləri öldürər" şüarı ilə tamaşaçı qarşısına çıxmışdı. Amerika məktəblərində tez-tez ifa olunan "This land is your land" mahnısı ilə tanınmışdır. Oxuduğu mahnıların bir çoxu Konqres kitabxanasında arxivlənmişdir.
Vudi adası
Vudi adası (çin. 永兴岛) — Cənubi Çin dənizində yerləşən Parasel adalarına daxildir. Adaya nəzarəti Çin tərəfi 1974-cü ildə Parasel adaları döyüşü sonrasında əldə etmişdir. Adaya Çin Respublikası və Vyetnam iddia edir. Ada Sanşa şəhər dairəsinə daxildir. Adada çinlilərə məxsus olan hərbi qarnizon yerləşir.. Burada xilasetmə məntəqəsi, hava limanı belə vardır. Uçuş-eniş zolağının uzunluğu 2350 metrdir. Adada tullatı zavodu inşa edilmişdir.
Vupi Qoldberq
{{Vikiləşdirmək} Vupi Qoldberq (ing. Whoopi Goldberg) — ABŞ aktrisası. Aktrisa və teleaparıcı Vupi Qoldberq 1955-ci ildə Nyu-Yorkda anadan olub və əsl adı Kerin Eleyn Consondur. Onun ailəsi kasıb təbəqədən idi. Anası Emma Harris həm tibb bacısı , həm də müəllimə işləyirdi. Atası Robert Ceyms isə keşiş işləyirdi. O, məktəbi 16 yaşında atır və ardınca həyatında çoxsaylı nikahlar, narkotiklərdən asılılıq və iş yerlərinin tez-tez dəyişdirilməsini yaşayır. O, 3 dəfə ailə həyatı qurub.
Yuyçzülyü Vuti
Yuyçzülyü Vuti (v. 444) — Jujan dilindəki adı ilə "Göy xaqan" 429-cu ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. 432-ci ildə Şimal Vey sülaləsi ilə sülh imzalayıb imperatorun bacısı Sixay Qunçju ilə evlənmişdi, bacısı isə Toba Taivu ilə evlənmişdi. Bu evlilikdən oğlu Toba Yu doğulmuşdu. Lakin 4 il sonra sülhü pozaraq hücuma keçən xaqan 440-cı ildə Şimal Veyin müttəfiqi Şimal Lianq krallığı ordusuna məğlub olaraq qaçdı. 444-cü ildə Toba Taivunun son yürüşündə məğlub olaraq öldürüldü. Yerinə oğlu Tuxeçjen keçdi.
Amami se vuoi
Amami se vuoi (azərb. İstəsən, sev məni‎)— İtaliyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Tonina Toriyelli italyan dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Vudi adası (ABŞ)
Vudi adası (ing. Woody Island) — Alyaskanın Kadyak adasından 4,2 kilometr şərqdə yerləşən ada. Ada Çinyak körfəzində yerləşir. Burada əvvəlcə özlərini Tanqirnarmiut adlandıran aleutlar yaşayırdı. Onların bu ərazidə mövcudluğu min il olaraq qiymətləndirilir. 1784-cü ildə rus qabaqcıl araşdırmaçıları Vudi adasında ticarət koloniyası qururlar. Bu koloniya 1894-cü ildə ABŞ Poçt Xidməti tərəfindən qeyd olunmuş və uzun illər əsas sahil ticarət məntəqəsi olmuşdur. Vudi adası tarixi və arxeoloji bölgəsi 2015-ci ildə ABŞ-nin Milli Tarixi Yerlər Reyestrinə daxil edilmişdir. Vudi adası ABŞ-nin Alyaska ştatının cənubundakı Alyaska yarımadasının şərqində yerləşən Kodiak arxipelaqının bir hissəsidir. Sahəsi 13,1 km² olan ada uzun müddət balina ovu və balıqçılıq məhsulları ticarətini inkişaf etdirən Aleutlar tərəfindən məskunlaşılmışdır.
Büi
Büi (fr. Buhy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — . Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Xan bağı (Bakı)
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.
Balina bığı
Balina bığı — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər. Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır. Balina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
Botanika bağı
Botanika bağı — yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur. Azərbaycanda Botanika bağı 1934-cü ildə Bakının dağlıq hissəsində, Badamdarda Qurd Qapısının yaxınlığda salınmışdır. 41 ha ərazisi var. Mərdəkanda digər Botanika bağı yerləşir.
Buqiy dili
Buqi dili (Basa Ugi, Bahasa Bugis, Bugis, Bugi, De), əsasən İndoneziyanın Sulavesi adalarının cənub hissəsində dörd milyon nəfər tərəfindən danışılan dil.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri. Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.