baqaudlar
baqqal
OBASTAN VİKİ
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Əl-Baqi
Əl-Baqi (ər. الباقي) — Allahın adlarından biri. "(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir." Kainatın içində olan bütün varlıqların bir sonu vardır. Bir insan doğular, yaşayar və dünyada davam etdirdiyi məhdud ömrün sonunda ölər. Bu son bütün insanlar üçün qaçınılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçınılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölərlər. Məsələn: bir ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən nəhayət ölməyə məhkumdur.
Baqi (xəttat)
Mir Əbdülbaqi Təbrizi (az.-əski. میر ابدولباقی تبریزی‎), təxəllüsü Baqi (az.-əski. باقی‎) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. == Həyatı == Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
Əbdul Baqi Bakuvi
Əbdul Baqi Bakuvi (tam adı: Əbdul Baqi Bakuvi) — XV əsr Azərbaycan rəssamı. Rəsim əsəri Türkiyənin Topkapı muzeyində saxlanır. Əbdul Baqi Bakuvi (İstambul, Topxana) miniatür sənətində mühüm yer tuturdu. Tәk vә ikifiqurlu portretlәrdәn ibarәt miniatürlәr çәkmişdir. Əbdul Baqi Bakuvinin әsәrlәri üçün kompozisiya vә fiqurların monumental sәpkidә hәlli, surәtlәrin canlılığı vә ifadәliliyi, tәsvir obyektlәrinin reallığı sәciyyәvidir. “İki әmir” vә “Mehtәr” miniatürlәri orta әsr Azәrbaycan miniatür sәnәtinin nadir nümunәlәrindәndir.
Baqirmi sultanlığı
Baqirmi sultanlığı — Mərkəzi Afrikada, indiki Çadda 1522–1897-ci illərdə iqtidarda olan İslam sultanlığı. == Tarixi == Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir. XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522–1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbiləsindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568–1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi. Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570–1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
Modern insan və Tanrı (Baqir Sədr)
Modern insan və Tanrı — Baqir Sədrin fəlsəfi əsəri. "Modern insan və Tanrı" kitabı iki fundamental tezisi – Allahın varlığını və həzrət Məhəmmədin peyğəmbərliyini yeni bir üslubla isbatlamağa çalışır. Bu üslub müasir elmlərdəki müddəaları isbatlamaq üçün istifadə edilən və ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldir. Müəllif metodun çətinliyinə baxmayaraq, sadə misallarla mövzunun mənimsənilməsini asanlaşdırmışdır. Oxucu kitabı mütaliə etdikcə "elm" və "iman"ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.
Məhəmməd Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Məhəmməd Baqir Məclisi
Məhəmməd Baqir Məclisi və ya qısaca Əllamə Məclisi (tam adı: Məhəmməd Baqir ibn Məhəmməd Təqi ibn Məqsud Əli İsfahani, 1627, İsfahan – 29 mart 1699, İsfahan) — Səfəvilər zamanında yaşamış Şiə əxbari alimi. Atası, bir digər şiə din alimi Məhəmməd Təqi Məclisi Məclisi-Əvvəl (Birinci Məclisi), özü isə Məclisi-Sani (İkinci Məclisi) kimi də tanınırlar. Əllamə Məhəmməd Baqir Məclisi 1627-ci ildə o vaxt Azərbaycan Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan şəhərində dünyaya gəlmişdir. Onun atası Məhəmməd Təqi Məclisi İsfahanın imam-camaatı olmuşdur. Zəmanəsinin 18 böyük aliminin yanında elm aldıqdan sonra, gənc Məhəmməd Baqir Hürr Amili tərəfindən ictihad dərəcəsinə layiq görülür. Bundan sonra o 144 cildlik "Biharul Ənvar" ("Nurlar dəryaları") kitabını yazmağa başlayır. Quran təfsiri, tarix, fiqh, kəlam və s. elmi sahələri əhatə edən bu kitab hədisşünaslığa dair ən iri həcmli əsər sayılır. Məclisi həmçinin ölkənin siyasi həyatında fəal iştirak edirdi. O Şah Süleyman Səfəvi və onun xələfi Şah Sultan Hüseyn Səfəvinin yanında böyük nüfuza malik idi və 1687-ci ildə Şeyxülislam tituluna layiq görülmüşdür.
Məhəmməd Baqir əl-Həkim
Seyid Məhəmmədbağır Seyid Möhsün oğlu Həkim (1 iyul 1939, Nəcəf – 29 avqust 2003[…], Nəcəf) — İslam alimi, müctəhid. Seyid Muhəmmədbağır əl-Həkim Nəcəf şəhərində 1939-cu ildə Ayətullah Möhsün Təbabtəbai əl-Həkimin ailəsində dünyaya göz açdı. Atası Ayətullah Möhsün əl-Həkim İraqın tanınmış şiə liderlərindən sayılır və 1950-ci ildən İraqda müctəhidliyi qəbul olunan şəxsiyyətlərdəndir. Muhəmməd Baqir kiçik yaşlarında həm ruhani, eyni halda dünyəvi təhsilə yiyələnərək bərabər dini-dünyəvi elimləri əldə edir. 1964-cü ildə, 25 yaşında ikən o Bağdad Unversitetinin Dini Elmləri Fakültəsində Quran və fiqh elmləri üzrə müəllim vəzifəsində çalışmağa başlayır. Tədrisi dövründə eyni halda Əhli-beyt (ə) məktəbinin özəllikləri və cəmiyyətdə haqq və batil savaşında məğrur və qəhrəmanlığın insani hədəf olması təbliği ilə də məşğul olur. Bu təbliğatı onun tələbələr arasında xüsusi titul qazanmasına səbəb olur. O dərsdən kənar tələbələrlə keçirdiyi görüşlərdə onların mübarizə hədəfləində incələmə apararaq daha dəqiq və iti addımlar atmalarına səbəb olur. 1974-cü ildə əqidəvi prinsipləri, insani dəyərlərin müdafiəsi, ail məqamların qorunması istiqamətinə apardığı təbliğatı səbəbi ilə Muhəmməd Baqir həbs olunur. Bir müddət sürən həbsi onun ali təhsil ocağında apardığı tədrisinə də son qoyur.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Məhəmməd əl-Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Xacə Baqibillah
Xacə Baqibillah əsl adı Əbülmüəyyəd Radıyyüddin Xacə Əbdülbaqi b. Əbdissəlam Üveysi Nəqşibəndi (1564, Kabil – 1603, Hindistan) — İmam Rəbbaninin mürşidi, Nəqşibəndi təriqətini Hindistanda yayan mütəsəvvif. Xacə Baqibillah 971-ci (1563-cü) ildə Kabildə doğulmuşdu. Səmərqəndli Qazı Əbdüssəlam Xalacinin oğludur. Ubeydullah Əhrarın nəslindən olan anasının, Baqibillah Dehlidə xanəgahını qurduqdan sonra dərvişlərin yeməklərini bişirmə vəzifəsini böyük bir zövqlə öz üzərinə aldığı rəvayət edilir. Baqibillah gəncliyində İslami elmləri Mövlanə Sadıq Həlvai adında bir zatdan öyrənməyə başladı. Mövlana Sadıq Kabildən Mavəraünnəhrə gedincə tələbələrini də özü ilə bərabər götürdü; ancaq Baqibillah təhsilini bitirmədən təsəvvüfə yönəldi və Orta Asiyada çeşidli şeyxlərdən faydalandı. Nəqşibəndi təriqətından Şeyx Ubeyd, Mövlana Lütfullah və Seyid Abdullah Bəlxiyə və Yəsəvi təriqətından İftixar Şeyxə intisab etdiysə də, inabəsini təkrar təkrar pozdu. Bir müddət sonra Lahora keçən Baqibillah ona təklif edilən Moğollar ordusundakı vəzifəni qəbul etməyib dərvişanə həyatına davam etdi. Sonucsuz qalan bir eşq macərası keçirdikdən sonra daha güclü bir əzmlə təkrar özünü təsəvvüfə verdi.
İmam Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
Məhəmməd Baqir (imam)

Məhəmməd Baqir Həkim
Seyid Məhəmmədbağır Seyid Möhsün oğlu Həkim (1 iyul 1939, Nəcəf – 29 avqust 2003[…], Nəcəf) — İslam alimi, müctəhid. Seyid Muhəmmədbağır əl-Həkim Nəcəf şəhərində 1939-cu ildə Ayətullah Möhsün Təbabtəbai əl-Həkimin ailəsində dünyaya göz açdı. Atası Ayətullah Möhsün əl-Həkim İraqın tanınmış şiə liderlərindən sayılır və 1950-ci ildən İraqda müctəhidliyi qəbul olunan şəxsiyyətlərdəndir. Muhəmməd Baqir kiçik yaşlarında həm ruhani, eyni halda dünyəvi təhsilə yiyələnərək bərabər dini-dünyəvi elimləri əldə edir. 1964-cü ildə, 25 yaşında ikən o Bağdad Unversitetinin Dini Elmləri Fakültəsində Quran və fiqh elmləri üzrə müəllim vəzifəsində çalışmağa başlayır. Tədrisi dövründə eyni halda Əhli-beyt (ə) məktəbinin özəllikləri və cəmiyyətdə haqq və batil savaşında məğrur və qəhrəmanlığın insani hədəf olması təbliği ilə də məşğul olur. Bu təbliğatı onun tələbələr arasında xüsusi titul qazanmasına səbəb olur. O dərsdən kənar tələbələrlə keçirdiyi görüşlərdə onların mübarizə hədəfləində incələmə apararaq daha dəqiq və iti addımlar atmalarına səbəb olur. 1974-cü ildə əqidəvi prinsipləri, insani dəyərlərin müdafiəsi, ail məqamların qorunması istiqamətinə apardığı təbliğatı səbəbi ilə Muhəmməd Baqir həbs olunur. Bir müddət sürən həbsi onun ali təhsil ocağında apardığı tədrisinə də son qoyur.
Məhəmməd Baqir İrəvani
Ayətullah Şeyx Məhəmməd-Baqir İrəvani (ərəb. محمد باقر الإيرواني‎) (1949) — İraq şiə alimi, dini avtoriteti və şairi. Əslən azərbaycanlıdır. İrəvani böyük ayətullah seyid Əli Sistanidən sonra Nəcəfdə böyük dini hakimiyyətə güclü namizədlərdən biri hesab olunur.
Məhəmməd Baqir (dəqiqləşdirmə)
Məhəmməd Baqir
Məhəmməd Baqiri
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Məhəmməd Baqir Sədr
Məhəmməd Baqir Sədr (ərəb. محمد باقر الصدر‎) (tam adı:Seyid Məhəmməd Baqir Sədr; 1 mart 1935, Kazımiyyə[d] – 9 aprel 1980, Bağdad) — Ayətullah əl-üzma, filosof, üsuli, nəzəriyyəçi, İraq mübarizlərinin lideri. O "Şəhidi-Xamis" (beşinci şəhid) kimi də xatırlanır. Seyid Məhəmməd Baqir Sədr 1353-cü ilin zil-qədə ayının 25-də Kazimeyn şəhərində dünyaya gəlib. Atası Seyid Heydər Sədr Amili, anası isə Şeyx Əbdülhüseyn Əl-Yasinin qızı olmuşdur. Sədr 3 yaşında atasını itirmiş, anası və qardaşı Seyid İsmayıl Sədrin nəzarətinə verilmişdir. Hicri Qəməri tarixi ilə 1365-ci ildə on iki yaşında ikən qardaşı Seyid İsmayıl ilə birlikdə seminariyanın professorlarından dərs almaq üçün Nəcəf şəhərinə getdi. İlkin dərslərin bir hissəsini qardaşından öyrənib. O, Seyid Əbul Qasim Xoyi, Seyid Məhəmməd Ruhani və Şeyx Məhəmməd Rza Əl-Yassinin yanında yüksək fiqh və üsul kursu keçmişdir. Molla Sədra fəlsəfəsini Badkubeidən öyrənmiş və bununla yanaşı Qərb fəlsəfəsində qeyri-müsəlman filosofların fikirlərini də Məhəmməd Tağı Cəfəridən öyrənmişdir.
Məhəmməd Baqir Qalibaf
Məhəmməd Baqir Qalibaf — (farsca: محمد باقر قالیباف) Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Parlamentinin Sədridir. O, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri və Tehran polisinin rəisi olub və uzun müddət hərbi və siyasi vəzifələrdə çalışıb. Londonda yerləşən "Iran Wire" onu "ən hazırlıqlı namizəd" kimi təsvir edib. Qalibafın Atası Hüseyn Qalibaf kürd, anası farsəsilli Xeyir al-Nasadır. İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Milli Məclisin sədri Sahibə Qafarova ilə 09.01.2023-cü ildə görüşüb. Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb. Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb. Məhəmməd Baqir Qalibaf 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçdi.

Значение слова в других словарях