Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
BosVaş
BosVash (eyni zamanda BosNYVaş, Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır. Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir. Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır. BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir. BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.
Bulvar
Bulvar (fr. boulevard, alm. bollwerk‎) — möhkəmləndirilmiş torpaq sahəsi, küçə, dəniz və çay sahili kənarında gəzinti üçün ayrılmış sahə. Bulvar piyada gəzintisi, insanların istirahəti üçün nəzərdə tutulur. Eyni zamanda bina və səkiləri tozdan və nəqliyyatla birbaşa təmasdan qoruyur. Bulvarda heykəl və abidələr qoyulur, fontanlar, uşaq və idman qurğuları, kafe və ticarət kioskları yerləşdirilir. == Qalereya == == Mədəniyyətdə == == Ədəbiyyat == Г. И. Воробьёв. Лесная энциклопедия. Москва, изд.Большая российская энциклопедия,1985, т.1, стр.
Burvil
Burvil (fr. Bourvil ləqəbi, əsl adı Andre Rober Rembur fr. André Robert Raimbourg; 27 iyul 1917 – 23 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — Fransa aktyoru və estrada müğənnisi.
Busefal
Busefal (q.yun. Βουκέφαλος: d. E.ə. 355 - ö. E.ə. 326) — Makedoniyalı İsgəndərin sahibi olduğu və antik dövrün ən tanınan əfsanəvi müharibə atı. Makedoniyadan Hindistana qədər uzanan səfərlərdə İsgəndərin yanında olmuş, Şimali Hindistanda baş verən Hydaspes döyüşündən sonra ölmüş və Bukefalyada basdırılmışdır. Bukefalya, Makedoniyalı İsgəndərin Busefalın xatirəsinə qurduğu bir şəhər olub hazırda Pakistan sərhədləri daxilində yerləşir və Jhelum olaraq adlandırılır. == Əhliləşdirilməsi == Plutarkhosun dediklərinə görə Busefal Tesalyadan təlim edilməsi üçün Makedoniyaya gətirilən atlardandır. Bir at taciri olan Philoneicus tərəfindən e.ə.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazinin “Bustan” əsəri fars ədəbiyyatının ən mühüm klassiklərindən biridir və 1257-ci ildə yazılmışdır. “Bustan” (“Bağça”) öyüdlər və hekayələrdən ibarət etik-didaktik bir əsərdir. Sədi bu əsərində həyatın müxtəlif sahələrindən; ədalət, doğruçuluq, fəzilət, mərhəmət, təvazökarlıq kimi mövzulardan bəhs edir. Əsər on fəsildən ibarətdir və hər bir fəsil müxtəlif mövzulara həsr edilib: 1. Ədalətli padşahların davranışları 2. Şəxsi fəzilətlər 3. Məhəbbət və dostluq 4. Təvazökarlıq və təmkin 5.
Susvil
Susvil (fr. Sousville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38497. Kommunanın 1999-cu il üçün əhalisi 124 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km cənubda yerləşir.
Buşnak
Buşnak (Ərəb: بشناق, "bosniyalı" mənasını verir, həmçinin Buşnak, Boşnak, Buşenak və Buşnak kimi tərcümə olunur) — Bosniya müsəlman əsilli Levantin və Səudiyyə (Hecazi) xalqları arasında yayılmış soyaddır. Bu soyadı daşıyanlar 1878-ci ildə Avstriya-Macarıstan Bosniya və Herseqovinanı işğal etdikdən sonra xristian hakimiyyəti altında yaşamaqdan qorxan, Osmanlı Suriyasına köçən Bosniya müsəlmanlarının nəslindəndir. Levanta köçən bosniyalı müsəlmanların əksəriyyəti eyni ailəyə mənsub olmasalar da, mənşəyini göstərən ümumi soyad olaraq Buşnakı qəbul etmişlər. == Tarixi == Bosniyalıların Fələstinə bəzi hərəkətləri, 1800-cü illərin sonlarında Osmanlı ordusuna əlavə qüvvələr təmin etmək üçün Bosniyalı müsəlman əsgərlərin Fələstinə gətirildiyi zaman baş verdi. Daha əhəmiyyətli bir hərəkat 1878-ci ildən, Habsburqlar Evi tərəfindən idarə olunan Avstriya-Macarıstan İmperiyasının Bosniyanı işğal etməsindən sonra baş verdi. Bosniyalı müsəlmanların mühacirəti 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən Bosniyanın ilhaqından sonra intensivləşərək bu müddət ərzində davam etdi. Çoxları müasir Türkiyənin bəzi hissələrinə köç etdi, daha az sayda isə Osmanlı Suriyasında (indiki Suriya, İsrail, Fələstin, Livan və İordaniya) məskunlaşdı. Bosniyalı mühacirlər əsasən indiki İordan çayının qərb sahilində və İsraildə yerləşən kəndlərdə məskunlaşıblar: Qeysəriyyə, Yanun, Nablus və Tulkərm. Onların nəsilləri hələ də bu kəndlərdə yaşayır və onların Bosniyalı irsi ərəb soyadı Buşnakda öz əksini tapmışdır.
Bosvaş
BosVash (eyni zamanda BosNYVaş, Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır. Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir. Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır. BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir. BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.
Süsvil
Süsvil (fr. Susville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38499. Kommunanın 1999-cu il üçün əhalisi 1 472 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 874 ilə 1 600 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 31 km cənubda yerləşir.
Budva
Budva (mont. Будва, Budva) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 10.918 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Busan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2–4-cü əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Büsra
Büsra (ərəb. بصرى‎) — Suriyanın cənubində yerləşən şəhər.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Uşmal
Uşmal — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir. == Ümumi məlumatlar == Uşmal adının mənası «oş-mal» (üç dəfə) verir (bu ad yəqin ki, şəhərin üç periodunu əks etdirir). Yaxınlıqdaki Labna seremonial kompleksi və Sayil saray kompleksi ilə birgə Uşmal 1996-cı ildə UNESCO-nunDünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Şəhərin tikililəri Puuk memarlıq məktəbinin ən yaxşı nümunələridir. == Tarix == Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. == Tarixi == Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. == Coğrafiyası və iqlimi == Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Barre-Büssol
Barre-Byussol (fr. Barrais-Bussolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Kommunanın departamenti — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. Kommunanın INSEE kodu — 03017. 1833-cü ildə keçmiş Barre və Byussol kommunlarının birləşməsindən yaradılmışdır. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 214 nəfər təşkil edirdi. == Görməli yerləri == XIII əsrə aid Qotik üslubda kilsə == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Barre-Büssol ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Barre-Byussol" (fransız).
Halqaşəkilli bulvar
Halqaşəkilli bulvar (erm. Օղակաձև Զբոսայգի), həmçinin Cavanlıq Parkı — Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən park. == Tarixi == Tikintisi şəhərin inkişafının əsas planında 1924-cü ildə nəzərdə tutulmuşdur. Nəticədə layihə qismən həyata keçirildi. Park şimaldan, şərqdən və cənub-şərqdən şəhərin mərkəzi hissəsini əhatə edir. Bulvar Tiqran Mesa prospekti və Poplavok gölünə, şimaldan Maştots prospektinə qədər, cənubdan isə Müqəddəs Qriqor Lusaroviç Kilsəsinə qədər olan ərazini əhatə edir. Təxminən 2,5 km uzunluğa və 120 metr enə malik oraqşəkilli ərazidir. Moskovyan və Xandjyan küçələri bulvarın daxili sərhədini təşkil edir. Bulvarın xarici sərhədini isə İsaakyan, Alek Manukyan və Yervand Koçar küçələri təşkil edir. Şimaldan cənuba doğru bulvar boyunca Teryan, Abovyan, Nalbandyan, Qeratsi, Vardanyan küçələri və Sayat Nova prospekti uzanır.
Park Bulvar
Park Bulvar — Bakı bulvarında yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. Mərkəz Baku Plaza Ltd tərəfindən 41.5 milyon dollara 7.500 kvadrat metrlik ərazidə tikilib. Park Bulvar Bakı metropoliteninin sahil stansiyasının yaxınlığında, Hökumət Evi ilə üzbəüz yerləşir. Ümumi ərazisi 17.000 kvadrat metr təşkil edir. 550 yerlik dayanacaq yeri var. Mərkəzdə 99 mağaza fəaliyyət göstərir. Hər birinin ərazisi 50 kvadrat metrdən 370 kvadrat metrə qədər dəyişir. Burada eləcə də 1207 kvadrat metr ərazisi olan supermarket, 6 kinoteatr, planetarium, 3D kinotetr, Happy Land uşaq meydançası, foto studiya, Bakı körfəzinə baxan restoranlar, boulinq və digər obyektlər yerləşir. 3-cü və 4-cü mərtəbələrdə Türk, Rus, İtalyan, Çin, Meksika və Azərbaycan mətbəxindən olan təamları təklif edən restoranlar yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ticarət mərkəzinin açılışında iştirak etmişdir.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. == Həyatı == Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat", "Azərbaycan", "Respublika", "Hürriyyət", "Gündəlik Azərbaycan", "Unikal", "Geopolitika" və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. "Azərbaycan" qəzetinin baş redaktor müavini, "Respublika" qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R. Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Sulaj-Bonval
Sulaj-Bonval (fr. və oks. Soulages-Bonneval) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12273. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər arasında (15-64 yaş) 137 nəfər İqtisadi cəhətdən fəal, 37 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 78.7%, 1999-cu ildə 77.9%).
Şon Bosvel
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir.