Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tiştriya
Tiştrya və ya Ruzahəng — həyat verən yağışlar və məhsuldarlıqla əlaqəli zərdüşti xeyir tanrısının avesta dilində adı. Tiştriyanın adı pəhləvi və müasir fars dilində Tirdir. Avesta mətnlərində Tiştriyanın keçdiyi arxaik kontekstdən göründüyü kimi, ilahilik və konsepsiya, demək olar ki, Hind-İran mənşəlidir. Zərdüşti dini təqvimində ayın 13-ü və ilin 4-cü ayı Tiştriya/Tirə həsr olunur və buna görə də varlığın adını daşıyır. Aylarının adlarını zərdüşti təqvimindən miras alan İran mülki təqvimində dördüncü aya Tir də deyilir.
İstriya
İstriya (xorv. Istra, sloven. Istra, it. Istria) — Adriatik dənizində yarımada. Xorvatiyanın şimal-qərb hissəsində yerləşir. Yarımadanın az bir hissəsi Sloveniyaya və İtaliyaya məxsusdur. Adriatik dənizinin ən böyük yarımadalarından biridir. Yarımadanın şimal-qərbində Triest körfəzi, şərqində isə Kvarner körfəzi yerləşir. Sahillərində olan iri xorvat şəhərləri: Pula — 57 460 nəfər (2011), Rovin — 13 647, Poreç — 10 448, Labin — 7 904, Opatiya — 7 850, Umaq — 7 769, Oazin — 4 986. Adriatik sahillərində yarımadaya yaxın ərazidə Xorvatiyanın üçüncü ən böyük şəhəri olan Rieka yerləşir.
Bistro
Bistro (fr. bistro, bəzən bistrot) - sadə yeməklərin verildiyi Parisin balaca restoran-kafeləri belə adlanır. İlk əvvəl bistro sözü bu cür müəssisələrin sahibini də bildirirdi. Bistro - istirahət etmək, ünsiyyət üçün vacib yerdir, hətta onun parislilərin həyatında oynadığı sosial rolu barədə xüsusi tədqiqatlar aparılmışdır. Bu gün bistro sözü fransız ictimai qida müəssisəsi kimi işlədilir. Bu kafelərin əsas özəlliyi ondadır ki, burada yeməklər standart reseptlərə uyğun olaraq tez bir zamanda hazırlanır. == Adın mənşəyi == Populyar etimoloji versiyaya görə, bistro sözünü rus dilində işlədilən "быстро" (tez,cəld) sözü ilə əlaqələndirirlər. Belə ki,1814-cü ildə Parisin Rusiya tərəfindən mühasirəsi zamanı rus zabitləri və ya kazaklar fransız ofisiantlarından onlara tez qulluq etmələrini tələb etmişdir. Beləliklə, sifariş verildikdən dərhal sonra hazırlanan və süfrəyə verilən yeməklərin verildiyi yer belə adlanmağa başlamışdır. Fransız dilində "I" səsi olmadığından, fransızlar rus sözü olan "быстро" bistro kimi tələffüz etmişdilər.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Bıstraya çayı
Bıstraya — Rostov vilayətinin ərazisindən axan çay olaraq Şimali Dones çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 218 km təşkil edir. Hövzəsinin sahəsi isə 4460 km² metrdir. Əsasən düzən ərazilərdən axır. Qidalanmasında qar suları üstünlük təşkil edir. Yaxınlığında kömür yatağı vardır. Yuxarı axarları yayda quruyur. == Təsviri == Bıstraya Morozovsk şəhəri yaxınlığında bir necə axarın birləşməsindən sonra meydana gəlir. Çay artıq yuxarı axarlardan geniş yatağa sahib olur. Yaverkiev xutorundan yuxarı suyu axarı daimi deyildir.
Bıstrov burnu
Bıstrov burnu — Cekson adasının şimal-qərbində yerləşir. Koordinatları:81°19′50″ şm. e. 55°40′50″ ş. u.. Bu ad 1963-cü ildə L. S. Qooruxoy tərəfindən (Arktika və Antarktida elmi-araşdırma İnstitutunun əməkdaşı) tərəfindən təklif edilmişdir. Burun dahi rus poleontoloqu Aleksey Nıstrovun şrəfinə adlandırılmışdır (1899–1959). Burun De-Lonq körfəzi sahilində yerləşir. Ondan bir qədər aralıda yerləşən Norveç burnunda Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür.
Bıstrov qayası
Bıstrov qayası — Antarktida, Kraliça Mod Torpağı, Voltat dağ massivində yerləşən qaya. Koordinatları: 71°47′ c. e. 12°34′ ş. u.. İlk dəfə Sovet Antarktika ekspedisiyası zamanı 1961-ci ildə xəritəyə salınmışdır. Qaya rus paleontoloqu Aleksey Petroviç Bıstrovun şərəfinə adlandırılmışdır. Bu ad 23 noyabr 1966 ildə Beynəlxalq komisiya tərəfindən təstiqlənmişdir.
Echinops nistrii
Echinops giganteus (lat. Echinops giganteus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Xitrıy adası
Xitrıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Oktyabr İnqilabı adasından 8,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xitrıy adasından şimal-qərbdə arxipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xlebnıy, 4 km cənubda isə Korqa adası. Ada qərbdən şərqə 800 m məsafədə uzanıb. Eni 50–200 metr arasında dəyişir. Adada yüksəklik yoxdur. Sahillərində dərinlik 1 km məsafədə 100 metrdir.
Vilhelm Bitrix
Vilhelm Bitrix (26 fevral 1894, Verniqerode, Saksoniya-Anhalt – 19 aprel 1979),İkinci Dünya müharibəsi zamanı Alman SS Obergruppenführer və Waffen-SS generalı olmuşdur. Almaniyanın Harz dağlarında yerləşən Verniqerode şəhərində anadan olmuş olan Bitrix Birinci Dünya müharibəsi zamanı zabit və hərbi pilot kimi xidmət etmiş və eyni zamanda Fraykorun üzvü olmuşdur. 1939-cu ildə 1-ci SS Panzer Diviziyası "Leibstandarte SS Adolf Hitler" diviziyasına və 1934-cü ildə isə SS-Verfügungstruppeyə qoşulmuşdur. 1939-cu ildə baş vermiş olan Polşa yürüşündə və 1940-cı ildəki Fransa yürüşündə Deutschland Alayına (Almaniya alayı) komandirlik etmişdir. Daha sonralar isə 2-ci SS Panzer Diviziyası "Das Reich" diviziyasının komandanlığına gətirilmişdir. 1944-cü ilin sentyabr ayında Niderlandda baş tutmuş olan Niderland əməliyyatı zamanı (Market Garden əməliyyatı kimi də adlandırılır) həyata keçirilmiş olan hava hücumlarında Müttəfiqlər tərəfindən yaxşı xatırlanır. O, həmçinin 2-13 aprel 1945-ci il tarixləri arasında baş tutmuş olan Vyanaya hücum əməliyyatı zamanı şəhərin müdafiəsinə cəlb edilmiş olan Alman korpusuna komandanlıq etmişdir. 8 may 1945-ci ildə Waffen-SS zabiti kimi həbs edildikdən sonra o, Fransaya ekstradisiya edilmiş və burada 5 il həbs cəzasına məhkum edilmişdir. 1953-cü ildə isə ikinci dəfə mühakimə olunsa da, 1954-cü ildə Bordo Fransa məhkəməsi tərəfindən bəraət almışdır. 19 aprel 1979-cu ildə isə Bavariyanın Volfratshauzen şəhərində yerli xəstəxanada vəfat etmişdir.
Naqornaya çayı (Bıstraya)
Naqornaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Naqornaya çayı Bıstraya çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Şimali Dones çayının bir qoludur. Bıstraya çayının mənsənibə 185 km qalmış ona tökülür. Suxaya çayının uzunluğu 21 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 180 km²-dir. Xəritələrdə quruyan çay olaraq göstərilir. Çay sistemi: Naqornaya → Şimali Dones → Azov dənizi. Suxaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonu Qruzinov xutoru ərazisindən götürür. Xutor yaxınlığında kurqan cərgələri vardır.
Qnilaya çayı (Bıstraya)
Qnilaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Qnilaya çayı Bıstraya çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Şimali Dones çayının bir qoludur. Şimali Dones çayının mənsənibə 136 km qalmış ona tökülür. Qnilaya çayının uzunluğu 92 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 948 km²-dir. Çay üzərində kiçik dəryaçalar vardır. Onlar çayın qarşısına atılan kiçik bəndlərlə hazırlanmışdır. Çay sistemi: Qnilaya → Şimali Dones → Azov dənizi. Qnilaya çayı öz başlanğıcını Rostov vilayətinin Oblivski və Milyotinski rayonları ərazisindən götürür.
Suxaya çayı (Bıstraya)
Suxaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Suxaya çayı Bıstraya çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Şimali Dones çayının bir qoludur. Şimali Dones çayının mənsənibə 175 km qalmış ona tökülür. Suxaya çayının uzunluğu 35 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 674 km²-dir. Çay sistemi: Suxaya → Şimali Dones → Azov dənizi. Suxaya çayı yer altı sulsrın toplanması sayədində kiçik qolların birləşməsindən meydana gəlir. Aşağı axarlarda yatağı dərinləşir. Burada nisbətən hündür sahillərə sahibdir.