Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valeri Belenki
Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib. Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub. 14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb.
Valinyi
Valinyi (fr. Valigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Serinyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03296. 2008-ci ildə əhalinin sayı 397 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58,9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Valentin
Valentin — ad. Valentin Xristov Valentin Xristov (ağır atlet, 1956) — Bolqarıstanlı ağır atlet, 1980 Moskva Olimpiadasının gümüş medalçısı Valentin Xristov (ağır atlet, 1994) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti, 2012 London Olimpiadasının bürünc medalçısı. Valentin Haüy – XVIII–XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru Valentin Rasputin — rus yazıçısı.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Valeri
Valeri — ad. Valeri Brainin — müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi Valeri Leontyev — sovet və rus pop müğənnisi. Valeri Timoxin — Azərbaycanı təmsil edən stend atıcısı, məşqçi. Valeri Kərimov — Azərbaycan kinooperatoru, rejissor.
Lex Valensa
Lex Valensa (pol. Lech Wałęsa; 29 sentyabr 1943[…], Popovo[d], Üçüncü Reyx) — Polşa siyasət adamı, insan hüquqlarının fəal müdafiəçisi, Müstəqil həmkarlar təşkilatı olan "Solidarnost"un (Həmrəylik) keçmiş rəhbəri. İxtisasca elektrikdir (Qdansk). 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. 1990–1995-ci illərdə Polşa prezidenti olub.
Metaseiulus valentii
Metaseiulus valentii (lat. Metaseiulus valentii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Valencia CF
Valensiya Futbol Klubu (İspanca València Club de Futbol, Valensiya, Yarasalar kimi də tanınır) — İspaniyanın eyniadlı şəhərini təmsil edir. İspaniya futbol tarixi və Avropanın ən məşhur komandalarından biridir. Valensiya 6 dəfə İspaniya Primerası (la liqa) 8 dəfə Kral Kuboku, 3 dəfə UEFA Kuboku, 1 dəfə Kuboklar Kuboku və 1 dəfə Avropa Super Kubokunun qalibi olmuşdur. İki dəfə UEFA Çempionlar Liqasının finalına qədər yüksəlmiş Real Madrid və Bavariyaya məğlub olmuşdur, müvafiq olaraq 2000 və 2001-ci illərdə. Ümumilikdə götürdükdə Valensiya 7 dəfə Avrokubokların finalına çıxmış 4-ünü qalib kimi başa vurmuşdur. Bütün illər üzrə la liqanın turnir cədvəlində Valensiya 3-cü yerdə qərarlaşır, Real Madrid və Barselonadan sonra. Qitə yarışlarındakı nailiyyətlərinə görə də həmin klublardan sonar ölkənin 3-cü ən güclü klubudur. Klubun əsası 1919-cu ildə qoyulmuşdur və 1923-cü ildən etibarən ev oyunlarını 55,000 nəfərlik Mestalla stadionunda (əsl adı Estadio Mestalla) keçirir. Klub hazırda 75,000 nəfərlik yeni arenaya – Nou Mestalla stadionuna keçməyi planlaşdırır. Valensiya eyni adlı şəhərin digər təmsilçisi Levante ilə əzəli rəqibdir.
Valentin Demyanenko
Valentin Demyanenko (23 oktyabr 1983, Çerkasi) — 2004–2007-ci illərdə Ukraynanı, 2008–2016-cı illərdə isə Azərbaycanı təmsil edən kanoeçi. Valentin Demyanenko 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Bununla da o, bu idman növü üzrə turnirlərdə Azərbaycanı təmsil edən birinci idmançı olub. 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib olan Valentin Demyanenko bu idman növü üzrə bütün zamanların ən titullu Azərbaycan idmançısı hesab olunur. Karyerası ərzində Valentin Demyanenko dörd dəfə Dünya Çempionatlarının qızıl medallarına sahib olub — 2005, 2009, 2011 və 2013-cü illərdə. Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də Çerkası şəhərində anadan olub. 1995-ci ildə idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Anatolu Dudnidir. 21 yaşlı Valentin Demyanenkonun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 28–31 iyulda Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatı oldu. C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 40.226 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Rusiya nümayəndəsi Maxim Opalevdən 0.102 saniyə geri qalaraq Avropa Çempionatını gümüş medalla başa vurdu.
Valentin Haüy
Valentin Haüy (fr. Valentin Haüy, Valentin Haüy; 1745–1822) – XVIII-XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru, ilk tiflopedaqoqlardan biri, korlar üçün ilk təhsil müəssisələrinin yaradıcısı, Luis Braylın sələfi olaraq korlar üçün qabartmalı əlifbanın müəllifi. Valentin Haüy 1745-ci il 13 noyabr tarixində Fransada Sen-Jüst kəndində (Amyen şəhəri yaxınlığında) kasıb fransız kəndli-toxucu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından onda əcnəbi dillərə qeyri adi maraq olmuş və bu onun gələcək həyat yolunun seçimini müəyyən etmişdir. Maliyyə və sosial çətinliklərə baxmayaraq, Valentin paytaxtda ali təhsil ala bilmiş və hətta Xarici İşlər Nazirliyində tərcüməçi vəzifəsində çalışmışdır. O mövcud avropa dillərindən başqa, latın, yunan, qədim ivrit dilini bilmiş və bir neçə şərq dillərində oxuya bilmə bacarığına malik olmuşdur. 1784-cü ildə Haüyün 39 yaşı olanda o artıq pedaqoq kimi çalışırdı. Həmin vaxt o hökumət və qeyri-hökumət xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz şəxsi vəsaiti hesabına öz evində dünyada ilk dəfə kor uşaqlar üçün məktəb açmışdır. Bu məktəbin ilk şagirdi kilsənin sərəncamına verilmiş Fransua de Lezeyuer olmuşdur. Sonradan məktəbə daha 11 nəfər kor uşaq gətirilmişdi.
Valentin Kovalyov
Kovalyov Valentin Fyodoroviç (29 iyul 1914, Bakı – 1 dekabr 1972, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (5 oktyabr 1960), SSRİ-nin Əməkdar sınaqçı təyyarəçisi (1963, qvardiya mayoru, Bakıaeroklubunun yetişdirməsi) Valentin Kovalyov 29 iyul 1914-cü ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. Bakı ŞHK-dan orduya çağırılmışdır. Müharibə dövründə 196 döyüş uçuşu keçirmişdir. Düşmən qoşunlarını bombardman etmiş, dəfələrlə partizanların köməyinə çatmışdır. 5 oktyabr 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1 dekabr 1972-ci ildə vəfat etmişdir. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. - Bakı, 1981.-Cild.5.- S.429. Azərbaycanın Qızıl Ulduzları.- Bakı, 1975.-S.144-145 "Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2007.
Valentin Mirinov
Mirinov Valentin Akimoviç (28 oktyabr 1923, Lısoqorsk rayonu[d] – 10 dekabr 1989, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. Rusiya Fedorasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunun Uritsk kəndində 28 oktyabr 1923-cü ildə dünyaya göz açmış Valentin uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir. 1941-ci ildə Binəqədi RHK-dan könüllü olaraq orduda xidmətə getmiş və hərbi məktəbə göndərilmişdir. Leytenant Valentin Akimoviç 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayının bölmə komandiri olmuşdur. Müharibə qurtardıqdan sonra V.Mironov Bakıya qayıtmış və burada Tibb institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir. Pulemyotçular dəstəsinin komandiri kiçik leytenant V.Mironovun cəbhə həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır. Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir. Cəsur rota komandiri leytenant V.Mironovun ən ağır döyüşü Sapun-Qarada oldu. Bu döyüşdə rotadan yalnız iki nəfər sağ qalmışdı: komandir və bakılı döyüşçü Seyfulla İsmayılov. Hərbi tapşırıq böyük qəhrəmanlıqla yerinə yetirilmişdi və Sevastopol azad edildi.
Valentin Moşkov
Valentin Aleksandroviç Moşkov (rus. Валенти́н Алекса́ндрович Мошков; 6 aprel 1852 - 19 noyabr 1922) — Rusiya etnoqrafı, general-leytenant. Valentin Aleksandroviç Moşkov 6 aprel 1852-ci ildə anadan olmuşdu.5 avqust 1868-ci ildə Peterburq hərbi gimnaziyasını bitirmişdi.Sonra yunker kimi Konstantin hərbi məktəbə daxil olmuşdu.11 avqust 1871-ci ildə podporuçik rütbəsi almışdı.17 iyun 1873-cü ildə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. İlk defa Qaqauz adı 1817-ci ildə Rusiya kameral siyahılarında qeyd edilmişdir. Rus ordusu generalı Valentin Moşkov (1852 – 1922), Besarabiya qaqauzlarının dili və mədəniyyəti ilə ilgilenmiş və nəticədə “Qagauzı benderskogo uyezda” adlı kitab yazmışdı. Valentin Moşkov 19 noyabr 1922-ci ildə Sofiya şəhərində vəfat edib. Valentin Moşkovun Dmitri,Vladimir adlı oğlanları, Yuliya və Zinaida adlı qızları vardı. «Материалы для характеристики музыкального творчества инородцев Волжско-Камского края» // ru:Известия Общества археологии, истории и этнографии при Императорском Казанском университете. - 1893. - Т. XI, вып.
Valentin Pavlov
Valentin Pavlov (rus. Валентин Павлов; 26 sentyabr 1937[…], Moskva – 30 mart 2003, Moskva) — SSRİ baş naziri və Sovet siyasətçisidir. Pavlov uğursuz pul islahatını həyata keçirdi. İslahat alınmadı və bu Pavlovun Dövlət Fövqəladə Vəziyyət Komitəsinə qoşulmasına səbəb oldu. Dövlət Fövqəladə Vəziyyət Komitəsi 19 avqustda Qorbaçovu devirməyə cəhd etdi. Qəsdə əlbir olmasına görə Pavlov 29 avqustda həbs edildi.
Valentin Qrekov
Valentin Qrekov (18 aprel 1976, Dnepr) — Ukraynalı cüdoçu.
Valentin Rasputin
Valentin Qriqoryeviç Rasputin (rus. Валентин Григорьевич Распутин; 15 mart 1937[…] – 14 mart 2015[…], Moskva) — rus yazıçısı. Valentin Qriqoryeviç Rasputin 15 mart, 1937-ci ildə anadan olub. Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.
Valentin Avdeyev
Valentin Nikolayeviç Avdeyev (rus. Валенти́н Никола́евич Авде́ев; 16 may 1915, Kotelniç, Vyatka quberniyası[d] – 11 oktyabr 1972, Moskva) — SSRİ alimi, elektronika sahəsində mütəxəssis, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, çubuqlu radio borunun ixtiraçısı. İbtidai təhsilini aldıqdan sonra 1930-cu ildən Leninqraddakı "Svetlana" zavodunda işləmiş, fabrik texnikumunu bitirmiş, burada Sergey Vekşinski ilə birlikdə oxumuşdur. 1934–1938-ci illərdə Ümumittifaq Qiyabi Texniki Təhsil İnstitutunda təhsil alıb. 1941-ci ildə o, altı ay ərzində ABŞ-da ("RCA" fabrikləri) işgüzar səfərdə olmuş, burada radio boruların və cihazların istehsalını öyrənmişdir. Böyük Vətən müharibəsinin başlaması ilə "Svetlana" zavodunun heyətinin bir hissəsi olaraq Novosibirskə təxliyə edilmişdir. Sahə ustası olan Avdeyev 1942-ci ildən zavodun baş mühəndisi işləmişdir. 1943-cü ildə laboratoriya müdirinin müavini olmuşdur. 1946-cı ildən laboratoriya müdiri olmuşdur. 1949–1960-cı illərdə NII-617 (Novosibirsk) direktoru olmuşdur.
Valentin Avrorin
Valentin Aleksandroviç Avrorin (rus. Валенти́н Алекса́ндрович Авро́рин; 10 (23) dekabr 1907, Tambov – 26 fevral 1977, Leninqrad) — SSRİ dilçisi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü. O, tunqus dilləri sahəsində görkəmli idi və nanay yazı dilinin fəal yaradıcılarından biri idi. Valentin Aleksandroviç Avrorin Rusiya imperiyasının Tambov şəhərində müəllim ailəsində anadan olmuşdur. O, 1925-ci ildə Tambov məktəblərindən birindən məzun olmşdur. Avrorin 1930-cu ildə Sankt-Peterburq Dövlət Universitetinin Tarix və Etnologiya fakültəsini bitirmişdir. O, 1956-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsini müdafiə etmişdir. Avrorin Novosibirsk Dövlət Universitetinin Humanitar Elmlər Fakültəsi Ümumi Dilçilik kafedrasının professoru, fakültənin ilk dekanı olmuşdur. O, 26 iyun 1964-cü ildə Sovet İttifaqı Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Valentin Yudaşkin
Valentin Yudaşkin (rus. Валентин Юдашкин; 14 oktyabr 1963 – 2 may 2023, Moskva, Rusiya) — məşhur sovet və rus rəssam-modelyeri, kutürye. Valentin Yudaşkin 14 oktyabr 1963-cü ildə Moskva vilayətinin Bakovka qəsəbəsində yəhudi ailəsində doğulub. 1986-cı ildə Moskva İndustrial Texnikumunu bitirdikdən sonra modelyer Vyaçeslav Zaytsevin Moskva Moda evində diplomöncəsi təcrübə keçmişdir. 1987-ci ildə ilk kolleksiyasını yaratdı, 1989-cu ildə isə "Vali-Moda" şirkətini açdı. Eyni dövrdə bir stilist kimi o, sovet estrada artistləri Lüdmila Qurçenko, Layma Vaykule və Alla Puqaçova ilə işləməyə başladı. 1991-ci ildə Parisdə 150 ​​modeldən ibarət Yudaşkinin ilk kolleksiyası təqdim olundu. Həmçinin 90-cı illərdə Yudaşkin Rusiya Olimpiya komandası və Rusiya kişi və qadın futbol komandaları üçün geyimlər hazırlayıb. Valentin Yudaşkin 2023-cü il mayın 2-də uzunsürən onkoloji xəstəlikdən (böyrək xərçəngi) sonra Moskvada vəfat edib.
Valentin Belkeviç
Valentin Nikolayeviç Belkeviç (belar. Валянці́н Мікала́евіч Бяльке́віч; 27 yanvar 1973[…], Minsk – 1 avqust 2014, Kiyev) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet, Belarus və Ukrayna futbolçusu. Məşqçi. Belarus milli futbol komandasının keçmiş üzvü. Belkeviç 27 yanvar 1973-cü ildə Minsk şəhərində anadan olub. Atası tarixçi, anası isə rus dili müəllimi olub. Minsk "Dinamo"sunun Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. İlk məşqçisi Mixail Stepanoviç Bratçenya olub. "Dinamo"nun heyətində ilk rəsmi oyununu 4 sentyabr 1991-ci ildə, SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində "Polesye"yə qarşı keçirib. Start heyətdə meydana çıxan Belkeviç, görüşün 50-ci dəqiqəsində komandasının ikinci qolunu vurub.
Valenze gölü
Valenze gölü — İsveçrədə Alp dağlarının şimal-şərq ətəklərində yerləşən göl. Ölkənin ən böyük göllərindən biridir. Gölün su səthi dəniz səviyyəsindən 419 m hündürlükdə yerləşir, səthi 24,1 km², suyunun həcmi 2,49 km³, maksimal dərinliyi isə 150 ​​m.-dir. Valenze İsveçrənin şərqində, Vallenştadt şəhəri yaxınlığında, Sankt-Qallen və Qlarus kantonların ərazisindən qərbdən şərqə doğru axir. Uzunsov bir formaya malikdir. Gölə axan 3 əsas çay Siz, Murgbah və Lintd çaylarıdır. Sonuncu Valenzedən Sürix gölünə qədər davam edir. Gölün şərq ucunda yerləşən Şnitlauhinsel adası Valenzdəki yeganə adadır. Kurfirsten silsiləsi şimal tərəfdə göl səviyyəsindən dəniz səviyyəsinə qədər 419 m hündürlükdən 2306 m yüksəkliyə dik qalxır. Cənubda göl zirvəsi dəniz səviyyəsindən 2441 m yüksəklikdə olan Mürtşenstok massivindən yuxarı qalxır.
Valentin Lebedev
Valentin Lebedev Vitalyeviç(14. 4. 1942, Moskva)— SSRİ təyyarəçi-kosmonavtı. Sovet İttifaqı Qəhrəmanı (1973). Texnika elmləri namizədi (1975). 1971 ildən Sov.İKP üzvü. 1966 ildən S. Orconikidze ad. Moskva Aviasiya İnstitunu bitirdikdən sonra konstruktor bürosunda işləmişdir. 1972-ci ildən kosmonavtlar dəstəsindədir. 1973-cü il dekabrın 18-26 da "Soyuz-13" kosmik gəmisində (P. İ. Klimukla birlikdə) gəmi mühəndisi kimi orbital uçuşda olmuşdur.
Valentin Makeyev
Makeyev Valentin Nikolayeviç (10 aprel 1930, Korolyov[d], Moskva vilayəti – 1999, Moskva) — sovet partiya və dövlət xadimi. 1956-cı ildən Sov. İKP üzvü. Fəhlə ailəsində doğulmuşdur. S. Orconikidze adına Moskva Mühəndiz-İqtisadiyyat İnstitutunu bitirmiş (1953), 1957–1967-ci illərdə həmin institutda işləmişdir. 1964-cü ildən Moskvanın Bauman rayonun partiya komitəsinin ikinci, 1969-cu ildən birinci katibi olmuşdur. 1976-cı ildən Sov. İKP Moskva Şəhər Komitəsinin ikinci katibi idi. 1980-ci ilin oktyabrından SSRİ Nazirlər Soveti sədrinin müavinidir. SSRİ Ali Sovetinin (9–10-cu çağırış) deputatıdır.
Valentin Əmirov
Əmirov Valentin Allahiyaroviç (4 (17) dekabr, 1914, Rusiya İmperiyası, Dağıstan vilayəti, Samur rayonu, Axtı kəndi - 10 sentyabr 1942, Mozdok şəhəri yaxınlığında) Sovet döyüş təyyarəsi pilotu, Sovet İttifaqı Qəhrəmanı (1942, ölümündən sonra), Böyük Vətən Müharibəsi iştirakçısı, Zaqafqaziya Cəbhəsi 4 -cü Hava Ordusunun 219 -cu bombardmançı aviasiya diviziyasının 926 -cı qırıcı aviasiya alayının komandiri, kapitan. == Bioqrafiya == 4 (17) 1914 -cü ildə Rusiya İmperatorluğunun Dağıstan vilayətinin Samur rayonunun Axtı kəndində (indiki Rusiya, Dağıstanın Axtı rayonu) fəhlə ailəsində anadan olmuşdur. Milliyyətcə ləzgidir. Aviasiya Texnikumunda oxuyub. Taqanroqda aeroklubu bitirib. 1935 -ci ildə Qırmızı Orduya çağırıldı. 1939 -cu ildə Stalinqrad Hərbi Aviasiya Məktəbini bitirdi. 1939-1940-cı illərdə Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. 1940 -cı ildə Sov.İKP üzvü oldu. Mahaçqalada Oktyabrskaya küçəsi 105 -də yaşayırdı.