Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vanden
Vanden (fr. Vandeins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Virya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01429. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 619 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 411 nəfər arasında (15-64 yaş) 321 nəfər İqtisadi fəal, 90 hərəkətsiz (fəaliyyət göstərici 78.1%, 1999-cu ildə 73.0%) idi. 321 fəal sakindən 310 nəfəri (164 kişi və 146 qadın), 11 nəfəri işsiz (3 kişi və 8 qadın) idi. 90 hərəkətsiz 32 nəfər arasında şagird və ya tələbə, 45 nəfər təqaüdçü, 13 digər səbəblərə görə hərəkətsizdir.
Vandeya
Vandeya (fr. Vendée, bret. Vande) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 85. İnzibati mərkəzi — La-Roş-sür-Yon. Əhalisi — 654 096 nəfər (departamentlər arasında 37-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazi 6,720 km² əhatə edir. Departamentin ərazisində Sevr-Nantez, Sevr-Nyortez, Les və Vandeya çayları axır. Departamentə Nuarmutye və Ye adaları daxildir. Departamentə 3 rayon, 31 kanton və 282 kommun daxildir.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Vandel dənizi
Vandel dənizi -Şimal Buzlu okeanın akvatoriyası daxildir. Nordostrunninqen və Piri torpağı burnu arasında yerləşir. Dənizin şimal və şimal-şərq hissələri il boyu buzla örtülü olur. Dənizin Qrenlandiyanın iki iri körfəzi yerləşir:İndepedens ford və Danmark. Şimal-qərbdə Linkoln dənizi ilə birləşir. Adı danimarkalı qütb hidroqrafı, vitse-admiral Karl Frederik Vandelın (1843–1938) şərəfinə adlandırılmışdır. O 1906–1908 ci illərdə Qrenlandiyanın sahil sularını tətqiq etmişdir. 2008-ci il məlumatına əsasən dəniz zəif örgənilmişdir. Səbəb isə onun sularının il boyu buzlarla örtülü olmuşdur. 1983-ci ildə dənizin Qrenlandiya sahilləri tətqiq edilir.
Vandeya üsyanı
Vandeya üsyanı (fr. Guerre de Vendée) — Fransa Burjua İnqilabı dövründə yeni yaranmış Respublika hakimiyyətinə qarşı baş vermiş ən mühüm silahlı hərəkat. Üsyanın zirvə nöqtəsi Respublika təqvimi üzrə I illə (1793) IV ilin (1796) arasında olmuşdur. Vandeya üsyanı Fransanın qərbində göylər (respublika tərəfdarları) və ağlar (respublika əleyhdarları) arasında olan vətəndaş müharibəsinin ümumiləşdirilmiş adıdır. Bu hərəkat şuanlarla üzvi əlaqəyə malik idi, bəzən bu münaqişələri Qərbdə olan müharibə də adlandırırlar. Şuanlar Luara çayının sağ sahilində fəaliyyət göstərirdi, Vandeya üsyanı isə sol sahilində baş vermişdi. Vandeya termini həmçinin çaydan cənubda da baş vermiş üsyanı ifadə edir. Bütün Fransada olduğu kimi Vandeyada da 1789-1792-ci illər arasında çoxsaylı kəndli qiyamları baş veriridi. Vandeya üsyanı başlayarkən ilik öncə klassik kəndli üsyanı kimi başlamışdı, daha sonra isə əksinqilabi xarakter aldı. 1795-ci ildəki kiçik sülh dövrü nəzərə alınmazsa, müharibə dayanmadan üç il ərzində davam etdi, 200 000-dən çox insanın ölümünə və kütləvi dağıntılarla yadda qaldı.
Vanda (kommuna)
Vanda (fr. Vendat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03304. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2192 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1377 nəfər (15-64 yaş arasında) 1003 nəfər iqtisadi fəal, 364 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 70.0%). Fəal 1003 nəfərdən 924 nəfər (488 kişi və 436 qadın) işləyir, 79 nəfər işsizdir (41 kişi və 38 qadın). Fəal olmayan 364 nəfər arasında 93 nəfər şagird və ya tələbə, 170 nəfər pensiyaçı, 101 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vanda Maksimov
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Vanda Metropolitano
Wanda Metropolitano (UEFA-nın turnirində La Peineta və Estadio Metropolitano kimi tanınan) İspaniyanın Madrid şəhərindəki bir stadiondur. 2017–18 mövsümünün əvvəlində "Atletiko Madrid" Visente Kalderon stadionundan məhz yeni arenaya köçdü. Atletiko Madrid bütün turnirlərdə ev oyunlarını bu stadiona keçirir. Stadion, San Blas-Canillejas sahəsində Rosas rayonunda yerləşir. == Ad == Stadion əvvəllər "Estadio de la Comunidad de Madrid" (Madrid Community Stadium), Estadio Olímpico de Madrid (Madrid Olimpiya Stadionu) və daha çox Estadio de La Peineta (The Comb Stadium) ləqəbi ilə tanınırdı. Adlandırma hüquqlarını Çin şirkəti olan "Wanda Qrup" əldə etmişdir. UEFA sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində Estadio Metropolitano kimi tanınır. == Keçmişi == 1990-cı illərin əvvəllərində Madrid Cəmiyyətinin İdman Şurası şəhərin 1997-ci ildə Dünya Atletizm Çempionatına ev sahibliyi etməsini təklif etdi və Madridin şərqindəki Olimpiya stadionuna M-40 avtomobil yolunun yanında inşa etməyə başladı. Yeni stadionun tikintisi 1990-cı ildə başlamış və Kruz Ortiz tərəfindən təklif olunan bir dizayn əsasında qurulmuşdur. 1993-cü ildə tamamlanmış və açılış mərasimi 1994-cü ilin sentyabr ayında baş tutmuşdur.
Vanda Pignato
Vanda Pignato (16 fevral 1963, San Paulo) — Salvadorun birinci xanımı Vanda Guiomar Pignato 2009-cu ildə ölkənin birinci xanımı olub. 1953-cü il təvəllüdlü Vanda Pignato San-Paulo ştatında İtaliya əsilli bir ailədə anadan olub. 1980-ci illərdə o, "Mogi Das Kruzes" universitetin hüquq fakültəsində təhsil alıb. 2006-cı ildə San-Paulo şəhəri onu bölgədə insan hüquqları müdafiəsinə və Braziliya mədəniyyətini Mərkəzi Amerikada təşviq etdiyinə görə medal və mükafatlarla təltif edib, Salvador Konqresi isə ona "Salvadorun layiqli dostu" mükafatını verib. .
Vanda Yuknayte
Vanda Yuknayte (lit. Vanda Juknaitė; 28 noyabr 1949 və ya 1949) — Litva yazıçısı (nəsr yazıçısı, dramaturq). == Həyatı == Vanda Yuknayte 1949-cu ildə Rokişkis rayonunun Papilyay kəndində anadan olub. Vilnüs Universitetində Litva filologiyası üzrə təhsil almışdır, sonra Klaypeda Konservatoriyasında, 1975-ci ildən isə Pedaqoji Elmlər Universitetində müəllimə idi. Sosial pedaqogika ilə də məşğul olurdu, kimsəsiz və əlil uşaqlar ilə işləyirdi. == Yaradıcılığı == Adı "Kürən tülkü" (lit. Ugniaspalvė lapė) olan Yuknaytenin ilk kitabı 1983-cü ildə çap edildi. Onun ən əlamətdar əsərlərindən biri ilk dəfə 2002-ci ildə nəşr olunan "Mən təslim oluram. Səs: esselər, söhbətlər" (lit. Išsiduosi.
Vanda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
Vanda Miss Joaquim
Vanda miss Coakim (çin. 卓锦万黛兰;pinyin:zhuójǐn wàndàilán) — Sinqapur səhləbi, Sinqapur orxideyası və Şahzadə Aloha orxideyası kimi də tanınan bir hibrid orxideya növü və Sinqapurun milli gülüdür.
Vanda miss Coakim
Vanda miss Coakim (çin. 卓锦万黛兰;pinyin:zhuójǐn wàndàilán) — Sinqapur səhləbi, Sinqapur orxideyası və Şahzadə Aloha orxideyası kimi də tanınan bir hibrid orxideya növü və Sinqapurun milli gülüdür.
Andrea Mantea
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Kandela
Kandela işıq şiddətinin vahididir. Beynəlxalq BS sistemindəki 7 əsas vahiddən biridir. == Dalğa uzunluğu və tezlik == Şüalanma dalğa uzunluğu və ya tezlik ilə ifadə oluna bilər. İkisi arasındakı əlaqə: λ = c f {\displaystyle \lambda ={\frac {c}{f}}} Burada λ dalğa uzunluğu, f tezlik və c də işığın sürətidir. Vakuumda işığın sürəti 299,792,458 m/s təşkil edir. BS sistemində dalğa uzunluğu vahidi metr (m) və tezlik vahidi Hertzdir (Hz), (yuxarıdakı ifadədə tezlik GHz ilə verilirsə, dalğa uzunluğu da nm ilə hesablana bilər). == Elektromaqnit güc və işıq gücü == Bütün işıq mənbələri elektromaqnit spektrində şüalanır. Bu şüalanmanın gücü vattla ölçülür. Ancaq bu şüalanmanın tamamı insan gözü ilə görülə bilməz. İşıq insan gözü ilə qəbul edilən şüalanmaya verilən addır.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Valdes
Valdes (ing. Valdez) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Vantaa
Vantaa — Finlandiyada yerləşən şəhər.
Xandək
Xandək — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Xandək kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Yandex
Yandex xidməti (Yandex.ru saytı) — Rusiyanın ən çox istifadə olunan veb axtarış motorudur. Yandex digər Post-Sovet ölkələrində də geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu. == Tarixi == 1989-cu ildə sahibkar və proqramçı Arkadi Voloj fərdi kompüterlər satan və iş yerlərinin avtomatlaşdırılması ilə məşğul olan CompTek firmasını təsis etmişdir. Voloz həmçinin məlumatların emal alqoritmləri ilə maraqlandı və dilin morfologiyasını nəzərə alaraq, böyük miqdarda mətndə informasiya axtarışını həyata keçirə biləcək bir proqram yazmaq imkanı ilə maraqlandı. Kompüter dilçiliyi üzrə mütəxəssis Arkadi Borkovski ilə birlikdə 1989-cu ildə "Arkadi"şirkətini təsis etmişdir. 1990-cı ildən sonra "Arkadi" əməkdaşları müxtəlif ETİ və Patent təşkilatlarında tələb olunan "ixtiraların beynəlxalq təsnifatı" və "mal və xidmətlərin Təsnifatçısı" informasiya-axtarış sistemlərini yazıblar. 1993-cü ildə" Arkadiya " CompTek-ə qatıldı, burada Volojanın məktəb dostu proqramçı İlya Seqaloviç işləyirdi. Həmin il kompüterin bərk diskində axtarış proqramı yaradılmışdır.
Zandera
Andrea
Andrea — ad. Andrea Mantea — tanınmış fotomodel, musiqiçi Andrea Boçelli — İtalyan tenor. Andrea Dyuar — Kanadanı təmsil edən su poloçusu. Andrea Tot — Macarıstanı təmsil edən su poloçusu. Andrea Blas — İspaniyanı təmsil edən su poloçusu. Andrea Şeriç — Xorvatiyanı təmsil edən həndbolçu.
Ardea
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.