Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Varsan
Varsan – Muğanın qədim şəhərlərindən biri. Varsan şəhəri əski vartan-artan-altan sözündən yaranıb. Açması altın, qızıl yurd deməkdir. Altan adı sonralar Oltan sözünə çevrilib. Oltan yeri tarixin o üzündə adı bəllənən qədim-qayım bir qalanın bəlgəsidir. Dədə dünyanın papağının yan qoyan çağlarında bu yer şəhər olub. Olub-keçənlərə ayna tutan bilginlər qeyd edirlər ki, bu şəhər Varsan adlanıb. Varsan sözünün anlamı haqqında müxtəlif, çeşidli yozumlar və mülahizələr var. Mənbələrdə türk tafalarına, yer adlarına və türklərə məxsus əşyalara işarədir. "Şəms əl-lüğət" əsərinin müəllifi "Varsan" sözünü şərh edərkən qeyd edirdi ki, bunun əsasən iki mənası var: "(Varsan)" yerin adıdır.
Varsan şəhəri
Varsan – Muğanın qədim şəhərlərindən biri. Varsan şəhəri əski vartan-artan-altan sözündən yaranıb. Açması altın, qızıl yurd deməkdir. Altan adı sonralar Oltan sözünə çevrilib. Oltan yeri tarixin o üzündə adı bəllənən qədim-qayım bir qalanın bəlgəsidir. Dədə dünyanın papağının yan qoyan çağlarında bu yer şəhər olub. Olub-keçənlərə ayna tutan bilginlər qeyd edirlər ki, bu şəhər Varsan adlanıb. Varsan sözünün anlamı haqqında müxtəlif, çeşidli yozumlar və mülahizələr var. Mənbələrdə türk tafalarına, yer adlarına və türklərə məxsus əşyalara işarədir. "Şəms əl-lüğət" əsərinin müəllifi "Varsan" sözünü şərh edərkən qeyd edirdi ki, bunun əsasən iki mənası var: "(Varsan)" yerin adıdır.
Varsaq eli
Varsaq eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurum. Varsaq eli I Şah İsmayıl Səfəvinin hakimiyyətinin ilk illərində Qaraman bəyliyindən qopub ona birləşdi. Bu el çox zaman Rumlu eli ilə birlikdə köç-düş edirdi. Qızılbaşların tərkibində olarkən bu eldən birinci dərəcəli əmirlər çıxmayıb. Yusif bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı, Çaldıran savaşında çərxçi idi. Musa bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı Həsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi, I Şah İsmayılın hakimiyyəti illərində Xorasan əyalətinin Xaf vilayətinin hakimi Durhəsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi Qasım xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi Məhəmməd bəy Varsaq-Kamax qalasının komendantı Ənvər Çingizoğlu, Varsaq eli, "Soy" dərgisi, 2 (34), 2010.
Qasım xəlifə Varsaq
Qasım xəlifə Varsaq (?-?)-Qızılbaş sərkərdəsi, Səfəviyyə xəlifəsi Qasım xəlifə Varsaq I Şah İsmayıl Səfəvinin və I Şah Təhmasibin hakimiyyəti dönəmndə qızılbaşlar ordusunda xidmət etmiş, Səfəviyyə ordeninin xəlifələrindən olmuşdu. 1526-cı ildə şahın vəkili Div sultan Rumlunun əmri ilə qiyamçı Mustafa bəy Ustaclının (Köpək sultanın) yanına barışığa getmişdi.
Vardar Skopye FK
Vardar – Makedoniyanın futbol klubu.
Həyat varsa... (serial, 2012)
Art Qlobal Prodakşn istehsalı — Xəzər Televiziyasınin yayınladğı "HƏYAT VARSA" serialının bölümlərində həyatda baş verən hadisələrdən bəhs edilir. Bəzi seriyaların mövzusu Türkiyə istehsalı olan "Sırlar dünyası" serialının bölümlərin mövzusu ilə oxşardır.
Həyat varsa (film, 2012)
Art Qlobal Prodakşn istehsalı — Xəzər Televiziyasınin yayınladğı "HƏYAT VARSA" serialının bölümlərində həyatda baş verən hadisələrdən bəhs edilir. Bəzi seriyaların mövzusu Türkiyə istehsalı olan "Sırlar dünyası" serialının bölümlərin mövzusu ilə oxşardır.
Həyat varsa (teleserial, 2012)
Art Qlobal Prodakşn istehsalı — Xəzər Televiziyasınin yayınladğı "HƏYAT VARSA" serialının bölümlərində həyatda baş verən hadisələrdən bəhs edilir. Bəzi seriyaların mövzusu Türkiyə istehsalı olan "Sırlar dünyası" serialının bölümlərin mövzusu ilə oxşardır.
Mənim üçün varsan (film, 2005)
Film Güllü Məmmədovanın əsəri əsasında çəkilmişdir.
Həyat varsa... (serial, 2012-2014)
Art Qlobal Prodakşn istehsalı — Xəzər Televiziyasınin yayınladğı "HƏYAT VARSA" serialının bölümlərində həyatda baş verən hadisələrdən bəhs edilir. Bəzi seriyaların mövzusu Türkiyə istehsalı olan "Sırlar dünyası" serialının bölümlərin mövzusu ilə oxşardır.
Nəyim varsa sazımdadır (film, 2008)
Film istedadlı saz ifaçısı Zahid Aslanoğlu haqqındadır.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Farslar
Farslar — əsasən İranda yaşayan xalq. Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır. Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, səyyari, qoşun) adlanırdı.
Marşlar
Parslar
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Vanşan
Vanşan adaları (çin. 萬山群島) — Cənubi Çin dənizində yerləşən adalar qrupu. Adalar Çjuszyan çayının mənsəbindən və Honkonqdan cənubda yerləşir. Arxipelaqın adı tərcümədə «Doqquz min dağ» məasını verir. Əslində izə arxipelaa104 ada daxildir. Adalar Quandun vilayətinin Çjuxay şəhər-perefekturasına daxildir. Adalar Çin vətəndaş müharibəsi zamanı Homindan partiyasının əlində olan Quandun vilayətinin son parçası olmuşdur. Adalar Homindan hakimiyyətinin son istinadgahı idi. Onlar burdan Çjuszyan çayının mənsəbini nəzarətdə saxlamaq istəyirdilər. Arxipelaqın Çin xalq Respublikası tərəfindən ələ keçirilməsi ancaq (8 may — 7 avqust) 1950-ci ildə mümkün olmuşdur.
Vardak
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Varsağı
Varsağı — aşıq şeir biçimlərindən biri. Xalq şeiri üslubunda yazan sənətkarlar, aşıqlar bu formadan öz yaradıcılıqlarında istifadə etmişlər. "Varsağı" qədim Azərbaycan qəbilələrindən birinin adı ilə bağlıdır. Qədim türk tayfalarından bəziləri ozan statusundan musiqiçi – folklor sənətkarını “varsaq” adı ilə də çağırmışlar. "Varsaq" bir termin kimi müxtəlif anlamlarda işlədilir. M.Seyidov varsağını bir termin olaraq: a) qəbilə adı; b) yer adı; c) qəbiləyə məxsus əşya adı; ç) şeir forması və melodiya adı; d) sənətkara verilən ad kimi şərh edir. Şah İsmayıl Xətai, M.Əmani, Qaracaoğlan, Dadaloğlu və başqaları yaradıcılığında varsağılardan geniş şəkildə istifadə etmişlər. Varsağılar lirik-məhəbbət, təsəvvüf və nəsihətamiz ruhda olmuşdur. Bu, səkkiz və on bir hecalı, dördmisralı və bir neçə bəndlik şeirdir. Qafiyələnməsi abab, cccb, çççb və s.
Vağlar
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. Qayıq dimdikli vağ (Cochlearius cochlearius) Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) Afrika pələng vağı (Tigriornis leucopha) Zonerodius heliosylus Zebrilus undulatus Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) Agamia agami Pilherodius pileatus Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris Misir vağı (Bubulcus ibis) Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata Fit çalan vağ (Syrigma sibilatrix) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes Mesophoyx intermedia Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris) 2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Çarşab
Çarşab — qadın baş örtüyüdür. Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
CAESAR
CAESAR (CAmion Équipé d'un Système d'ARtillerie) Fransa istehsalı olan zirehli haubitsadır.