Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Varan
Varan (lat. Varanus) — varanlar fəsiləsunə aid heyvan cinsi. == Yarımcinsləri == Varanus Odatria Soterosaurus Philippinosaurus Papusaurus Euprepiosaurus Empagusia Polydaedalus Psammosaurus == Xarici keçidlər == В. Р. Алифанов. Ящерицы в эпоху динозавров. Fry, Brian G., et al. (2006). Early evolution of the venom system in lizards and snakes.
Vatman
Vatman, vatman kağızı - (ing. Whatman paper ) rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. 1750-ci illərin ortalarında vatman ilkin olaraq kağız fabrikinin sahibi ingiltərəli Ceyms Vatman (ing. James Whatman) tərəfindən istehsal olunmuş, hansıki o cizgisiz kağızın yeni növünü istehsala gətirmişdir. Vatman öz icadını wove paper adlandırdı.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Aruz Vartan
Aruz Vartan (23 iyun 1880 – 14 aprel 1945) — Azərbaycan əsilli alman film aktyorudur. O, karyerası ərzində əsasən dəstəkləyici rollar olmaqla 90-dan çox filmə çəkilmişdir. == Həyatı == Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olan Aruz Vartan Gürcüstan irsinə sahibdir. O, 1898-ci ildə Tiflisdə orta məktəbi bitirmiş, daha sonra qısa müddətdə Xarkovda (indiki Ukrayna ərazisi) tibb təhsili almışdır. O, Sankt-Peterburqa köçməmişdən əvvəl bir müddət Yaponiyada yaşamışdır. == Fəaliyyəti == 1905-ci il inqilabı zamanı o, Almaniyada Saksoniyaya köçdü və Frayburq Mədən və Texnologiya Universitetində təhsil aldı. O, Almaniyaya qayıtmamışdan əvvəl Çilidə və Boliviyada mədən mühəndisi kimi işləmişdir, daha sonra isə səhnədə və ekranlarda aktyor və ifaçı kimi fəaliyyət göstərmişdir. Öz fəaliyyətinin ilk illərində o, əsasən aparıcı rollarda yer alırdı, lakin zaman keçdikcə xarakterik rolları ifa etməyə başladı. Faşizm dövründə o, kiçik rollarda yer aldı, xüsusilə də ruslarda, məsələn, Bakıya hücumlar (1942). Aruz Vartan İkinci Dünya Müharibəsinin son həftələrində təbii səbəblərdən dünyasını dəyişdi.
Batan adası
Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır. == Coğrafiyası == Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.
Natan Leyder
Natan Leyder (14 aprel 1997-ci ildə Namurda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. == Klub karyerası == === Yonq Ayaks === Leyder Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Leyder öz peşəkar karyerasında debütünü 21 aprel 2017-ci ildə Helmond Sport klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Karel Eytinqi əvəz etmişdir. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Natan Qofman
Natan Qofman (4 fevral 1969) — İsrailli oxatan. Natan Qofman İsraili 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Natan Qofman birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 189-cu yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Natan Söderblum
Lars Olaf Conatan Söderblum (isv. nɑ̌ːtan ˈsø̌ːdɛrblʊm; 15 yanvar 1866[…], Trönö[d] – 12 iyul 1931[…], Uppsala) – İsveçli ruhani. 1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır. == Həyatı == Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.1894-cü ildən 1901-ci ilə qədər Parisdə İsveç səfirliyində vəzifə apardı, hansı ki,burada onun iclaslarında həm Alfred Nobel (1833–1896), həm də Avqust Strindberq (1849–1912) yer alırdı.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. == Morfoloji əlamətləri == Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Rafael Varan
Rafael Varan (25 aprel 1993[…], Lill) — Fransa futbolçusu. Rəfael Varan 25 aprel 1993-cü ildə Fransanın Lil şəhhərində doğulub == Klub kareyası == === Lans === Varan peşəkar karyerasına "Lans" klubunda başlamışdır. == Həyatı == Fransız futbolçu. İspan klubu Real Madrid və Fransa milli komandasının oyunçusu.
Rəngarəng varan
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. == Yayılması == Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. == Xarici görünüşü == Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. == Çoxalması == Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Vahan Mkhitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan Mxitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir == Ümumi məlumat == Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Valter Natan
Valter Natan (3 aprel 1962) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Valter Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Vanan (Ərdəbil)
Vanan (fars. ونن‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Vartan Sarkisov
Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azərbaycan SSR) — XX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan və SSRİ memarı. == Həyatı == 8 mart 1875-ci ildə Şuşa şəhərində erməni aləsində doğulmuş Vartan Sarkisov ilk təhsilini Şuşa real məktəbində almışdır. Şuşada təhsilini tamamladıqdan sonra, Tbilisi real məktəbinə daxil olmuş və 1894-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Tbilisidə təhsil aldığı müddətdə o, rəsmlər çəkməyə başlamışdır. Məhz həmin dövrdə Sarkisov, sonradan bütün ömrü boyu sevdiyi opera musiqisi ilə də maraqlanmağa başlamışdır.Tbilisidə təhsilini başa vurduqdan sonra Sarkisov Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. Burada o, sonradan Bakıda fəaliyyət göstərmiş digər bir erməni memar Nikolay Bayevlə bir sinifdə təhsil almışdır. 1901-ci ildə təhslini başa vurduqdan sonra iş təcrübəsi qazanmaq üçün Moskvaya yola düşmüşdür. 1907-ci ildə o Moskvadan Bakıya köçmüş və gəldiyi vaxtdan bir sıra layihələr üün sifarişlər almışdır.
Vasan (riyaziyyat)
Yapon riyaziyyatı və ya vasan (和算) – Edo dövründə ortaya çıxmış və Meyci islahatına qədər Yaponiyada istifadə olunmuş ənənəvi riyazi sistem. Meyci islahatından sonra Avropadan Yaponiyaya gətirilmiş riyazi sistem isə yosan (洋算) adlanır. Abak və bir neçə termindən başqa vasan hazırda Yaponiyada sadəcə tarixi mövzu hesab olunur. == Tarixi == === XIX əsrə qədər === Formal riyaziyyat Yaponiyaya ilk dəfə VII-VIII əsrlərdə Çindən gəlib. Lakin vurma cədvəli kimi sadəcə riyazi vasitələr istisna olmaqla, bu biliklərin çoxu unudulub. XVI əsrdə yaponlar Çindən gələn və arifmetika formasında olan yeni riyazi biliklərlə tanış olublar. Bu yeni riyaziyyatın faydalı olacağını düşünən samuray və tacir siniflərinin dəstəyi ilə Yaponiyaya xas olan yeni riyazi sistem inkişaf etmişdir.Yapon riyaziyyatı haqqında olan və dövrümüzə qədər gəlib çatmış ən köhnə traktat 1620-ci ildə Mori Şiqeyoşi tərəfindən nəşr olunmuş "Bölmə haqqında yazılar" əsəridir. Onun tələbəsi olan Yoşida Mitsuyoşi tərəfindən 1627-ci ildə nəşr olunmuş "Cindoki" əsəri isə praktiki hesablamalarda geniş istifadə olunmuş, uzun müddət arifmetika dərsliklərinin başlıqları üçün termin olaraq işlədilmişdir. Həmin dövrdə Çindən gələn, çubuqlarla hesablama metodu olan tenqencutsu metodu sayəsində bir məchulu olan cəbri bərabərlikləri hesablamaq mümkün olmasa da, eynivaxtlı bərabərlikləri həll etmək üçün yorucu metod idi. Yaponiyada "Vasan tanrısı" olaraq adlandırılan Seki Takakazunun hazırladığı cəbri notasiya sisteminə qədər bu problem həll olunmamış qalmışdır.
Vasan (ədəbiyyat)
Vasan (和讃) – buddaları, bodhisattvaları, sekta qurucularını tərifləyən yapon şeirləri və mədhləri. Şeirlər və ya qatalar buddist sutralarında və mətnlərində keçmiş zamanlardan yer alır. Vasanlar isə Çindən götürülmüş mədhlər və Yaponiyada mövcud olan mədhlər əsasında yaranıb. == Tarixi == Bazar yeri müqəddəsi olan Kuya budda Amida üçün nəğmələr oxuyaraq nembutsuyu öyrətmişdir. Yuzu Nembutsu sektasının qurucusu olan Ryonin doktrinasını təbliğ etmək üçün Tenday mərasim musiqisindən istifadə edirdi. Ennin, Qenşin və Senkan kimi Tenday sektası müəllimləri Amida və Təmiz torpağı tərifləyən bir çox poetik əsər yaradıblar. Vasan İppen tərəfindən qurulmuş Ci sektası tərəfindən də geniş istifadə olunub.Codo Şin sektasının qurucusu olan Şinran vasanlar yazan ədiblər arasında ən tanınmışı hesab olunur. Onun tərəfindən yazılmış 500-dən çox bənd bir neçə kolleksiyada toplanmışdır. XV əsrdə yaşamış Rennyo ibadətlərdə istifadə etmək məqsədilə Şinranın 3 mətnini "Sanco Vasan" əsərində cəmləmişdir: "Codo Vasan" 118, "Koso Vasan" isə 119 bənddən ibarətdir və ikisi də 1248-ci ildə yazılıb. "Şozomatsu Vasan" isə 116 bənddən ibarət olub 1257-ci ildə tamamlanıb.
Vavan (Sərdəşt)
Vavan (fars. واوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 842 nəfər yaşayır (146 ailə).
Yair Natan
Yair Natan (11 oktyabr 1970) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yair Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Yatan Venera
Yatan Venera və ya Drezdenli Venera — İntibah dövrü italyan rəssamı Corconenin yaratdığı sənət əsəridir. Əsərin Corconenin ölümündən sonra 1510-cu ildə digər italyan rəssam Tisian tərəfindən tamamlandığı güman olunur. Corconenin bu əsərdə yaratdığı yatan çılpaq qadın obrazı incəsənətdə inqilabi hadisə hesab olunur və müasir incəsənətin başlanğıc nöqtələrindən sayılır. Corconenin ərsəyə gətirdiyi qadın bədəninin cizgiləri arxa fonda diqqəti cəlb edən təpələrin qövsvari forması ilə həmahəng təşkil edir və əsərə təbiilik qazandırır. Əsər hazırda Drezden şəhərində yerləşən Gemäldegalerie Alte Meister qalereyasında (Drezden Rəsm Qalereyası kimi də tanınır) saxlanılır.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. == Haqqında == Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. == İstinadlar == "Ali və Nino".
Yuyçzülyü Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.