Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Varan
Varan (lat. Varanus) — varanlar fəsiləsunə aid heyvan cinsi. Varanus Odatria Soterosaurus Philippinosaurus Papusaurus Euprepiosaurus Empagusia Polydaedalus Psammosaurus В. Р. Алифанов. Ящерицы в эпоху динозавров. Fry, Brian G., et al. (2006). Early evolution of the venom system in lizards and snakes.
Vatman
Vatman, vatman kağızı - (ing. Whatman paper ) rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. 1750-ci illərin ortalarında vatman ilkin olaraq kağız fabrikinin sahibi ingiltərəli Ceyms Vatman (ing. James Whatman) tərəfindən istehsal olunmuş, hansıki o cizgisiz kağızın yeni növünü istehsala gətirmişdir. Vatman öz icadını wove paper adlandırdı.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Natan Leyder
Natan Leyder (14 aprel 1997-ci ildə Namurda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. Leyder Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Leyder öz peşəkar karyerasında debütünü 21 aprel 2017-ci ildə Helmond Sport klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Karel Eytinqi əvəz etmişdir. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Natan Qofman
Natan Söderblum
Lars Olaf Conatan Söderblum (isv. nɑ̌ːtan ˈsø̌ːdɛrblʊm; 15 yanvar 1866[…], Trönö[d] – 12 iyul 1931[…], Uppsala) – İsveçli ruhani. 1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır. Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Rafael Varan
Rafael Varan (25 aprel 1993[…], Lill) — Fransa futbolçusu. Rəfael Varan 25 aprel 1993-cü ildə Fransanın Lil şəhhərində doğulub Varan peşəkar karyerasına "Lans" klubunda başlamışdır. Fransız futbolçu. İspan klubu Real Madrid və Fransa milli komandasının oyunçusu.
Rəngarəng varan
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Vahan Mkhitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan Mxitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Valter Natan
Valter Natan (3 aprel 1962) — Perunu təmsil edən stolüstü tennisçi. Valter Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Vanan (Ərdəbil)
Vanan (fars. ونن‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Vartan Sarkisov
Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azərbaycan SSR) — XX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan və SSRİ memarı. 8 mart 1875-ci ildə Şuşa şəhərində erməni aləsində doğulmuş Vartan Sarkisov ilk təhsilini Şuşa real məktəbində almışdır. Şuşada təhsilini tamamladıqdan sonra, Tbilisi real məktəbinə daxil olmuş və 1894-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Tbilisidə təhsil aldığı müddətdə o, rəsmlər çəkməyə başlamışdır. Məhz həmin dövrdə Sarkisov, sonradan bütün ömrü boyu sevdiyi opera musiqisi ilə də maraqlanmağa başlamışdır. Tbilisidə təhsilini başa vurduqdan sonra Sarkisov Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. Burada o, sonradan Bakıda fəaliyyət göstərmiş digər bir erməni memar Nikolay Bayevlə bir sinifdə təhsil almışdır. 1901-ci ildə təhslini başa vurduqdan sonra iş təcrübəsi qazanmaq üçün Moskvaya yola düşmüşdür.
Vasan (riyaziyyat)
Yapon riyaziyyatı və ya vasan (和算) – Edo dövründə ortaya çıxmış və Meyci islahatına qədər Yaponiyada istifadə olunmuş ənənəvi riyazi sistem. Meyci islahatından sonra Avropadan Yaponiyaya gətirilmiş riyazi sistem isə yosan (洋算) adlanır. Abak və bir neçə termindən başqa vasan hazırda Yaponiyada sadəcə tarixi mövzu hesab olunur. Formal riyaziyyat Yaponiyaya ilk dəfə VII-VIII əsrlərdə Çindən gəlib. Lakin vurma cədvəli kimi sadəcə riyazi vasitələr istisna olmaqla, bu biliklərin çoxu unudulub. XVI əsrdə yaponlar Çindən gələn və arifmetika formasında olan yeni riyazi biliklərlə tanış olublar. Bu yeni riyaziyyatın faydalı olacağını düşünən samuray və tacir siniflərinin dəstəyi ilə Yaponiyaya xas olan yeni riyazi sistem inkişaf etmişdir. Yapon riyaziyyatı haqqında olan və dövrümüzə qədər gəlib çatmış ən köhnə traktat 1620-ci ildə Mori Şiqeyoşi tərəfindən nəşr olunmuş "Bölmə haqqında yazılar" əsəridir. Onun tələbəsi olan Yoşida Mitsuyoşi tərəfindən 1627-ci ildə nəşr olunmuş "Cindoki" əsəri isə praktiki hesablamalarda geniş istifadə olunmuş, uzun müddət arifmetika dərsliklərinin başlıqları üçün termin olaraq işlədilmişdir. Həmin dövrdə Çindən gələn, çubuqlarla hesablama metodu olan tenqencutsu metodu sayəsində bir məchulu olan cəbri bərabərlikləri hesablamaq mümkün olmasa da, eynivaxtlı bərabərlikləri həll etmək üçün yorucu metod idi.
Vasan (ədəbiyyat)
Vasan (和讃) – buddaları, bodhisattvaları, sekta qurucularını tərifləyən yapon şeirləri və mədhləri. Şeirlər və ya qatalar buddist sutralarında və mətnlərində keçmiş zamanlardan yer alır. Vasanlar isə Çindən götürülmüş mədhlər və Yaponiyada mövcud olan mədhlər əsasında yaranıb. Bazar yeri müqəddəsi olan Kuya budda Amida üçün nəğmələr oxuyaraq nembutsuyu öyrətmişdir. Yuzu Nembutsu sektasının qurucusu olan Ryonin doktrinasını təbliğ etmək üçün Tenday mərasim musiqisindən istifadə edirdi. Ennin, Qenşin və Senkan kimi Tenday sektası müəllimləri Amida və Təmiz torpağı tərifləyən bir çox poetik əsər yaradıblar. Vasan İppen tərəfindən qurulmuş Ci sektası tərəfindən də geniş istifadə olunub. Codo Şin sektasının qurucusu olan Şinran vasanlar yazan ədiblər arasında ən tanınmışı hesab olunur. Onun tərəfindən yazılmış 500-dən çox bənd bir neçə kolleksiyada toplanmışdır. XV əsrdə yaşamış Rennyo ibadətlərdə istifadə etmək məqsədilə Şinranın 3 mətnini "Sanco Vasan" əsərində cəmləmişdir: "Codo Vasan" 118, "Koso Vasan" isə 119 bənddən ibarətdir və ikisi də 1248-ci ildə yazılıb.
Vavan (Sərdəşt)
Vavan (fars. واوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 842 nəfər yaşayır (146 ailə).
Yair Natan
Yair Natan (11 oktyabr 1970) — Perunu təmsil edən stolüstü tennisçi. Yair Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Yatan Venera
Yatan Venera və ya Drezdenli Venera — İntibah dövrü italyan rəssamı Corconenin yaratdığı sənət əsəridir. Əsərin Corconenin ölümündən sonra 1510-cu ildə digər italyan rəssam Tisian tərəfindən tamamlandığı güman olunur. Corconenin bu əsərdə yaratdığı yatan çılpaq qadın obrazı incəsənətdə inqilabi hadisə hesab olunur və müasir incəsənətin başlanğıc nöqtələrindən sayılır. Corconenin ərsəyə gətirdiyi qadın bədəninin cizgiləri arxa fonda diqqəti cəlb edən təpələrin qövsvari forması ilə həmahəng təşkil edir və əsərə təbiilik qazandırır. Əsər hazırda Drezden şəhərində yerləşən Gemäldegalerie Alte Meister qalereyasında (Drezden Rəsm Qalereyası kimi də tanınır) saxlanılır.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. "Ali və Nino".
Yuyçzülyü Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Batan günəş
Batan günəş (斜陽, Şuyo) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir. == Məzmun == 29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi. Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır.
Natan Mileykovski
Natan Mileykovski (ivr. ‏נתן מיליקובסקי‏‎; 15 avqust 1879, Kreva[d], Rusiya imperiyası – 4 yanvar 1935, Qüds, Britaniya Fələstini[d]) — Sionist siyasi fəal, ravvin və yazıçı idi. Mileykovskinin oğlu alim və akademik Benzion Netanyahu, nəvəsi isə indiki İsrail Baş naziri Benyamin Netanyahudur. == Bioqrafiya == Mileykovski 1879-cu ildə hazırda Belarus ərazisində yerləşən Krevada, Rusiya İmperiyasında anadan olub. O zaman bu bölgə Yəhudilərin daimi yaşamasına icazə verilən Yaşayış məntəqəsinin solğunluğu (Pale of Settlement)-in bir hissəsi idi. O, Zvi Mileykovski və Liba Gitel Halevinin oğludur. Mileykovskinin atası yaxın kənddə kənd təsərrüfatı təsərrüfatını icarəyə götürərək ailəsini təmin edirdi. 10 yaşında Mileykovski Volojin yeşivasına göndərildi və səkkiz il burada qalıb ravvin oldu. Mileykovski yeşivada oxuduğu dövrdə çıxışlar və mühazirələr verməyə başlamış və onu bu sahəyə yönləndirən Sionist fəal Yehuda Zvi Yabzrov ilə əlaqə saxlamışdır. 20 yaşında ikən, Sionist lider Yechiel Chlenovun xahişi ilə, Sibir bölgəsində Sionizmi təbliğ etməyə başlamışdır.