Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. == Milli komanda karyerası == Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Cuniçi Vada
Cüniçi Vada (和田 純一) – 2020-ci ildən etibarən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. Etimadnaməsini 2 sentyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmişdir. 2017–2020-ci illərdə səfir olmuş Teruyuki Katorini əvəz etmişdir. Tokio şəhərində anadan olmuşdur. 1986-cı ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuş, daha sonra Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə daxil olmuşdur. 2019-cu ildə "Sompo Japan Insurance" şirkətində konsultant kimi fəaliyyət göstərmişdir.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. == Həyatı == Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. == Milli karyerası == Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). == Tərcümeyi-halı == Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Vaja Lordkipanidze
Vaja Lordkipanidze (gürc. ვაჟა ლორთქიფანიძე; 29 noyabr 1949, Tbilisi) — Gürcüstanın keçmiş dövlət naziri, Gürcüstanın Rusiyadakı səfiri və Gürcüstan Parlamentinin üzvü olan gürcü siyasətçi. == Həyatı == Lordkipanidze 29 noyabr 1949-cu ildə Gürcüstanın Tiflis şəhərində anadan olub. 1973-cü ildə Tbilisi Dövlət Universitetinin və Moskva Elmlər Akademiyasının riyaziyyat şöbəsini bakalavr, sonra doktorantura dərəcələrini bitirib. 1983–1986-cı illərdə Eduard Şevardnadzenin Gürcüstan SSR-in birinci katibi olduğu dövrdə Gürcüstan komsomolu Mərkəzi Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. 1986–1988-ci illərdə Gürcüstan Kommunist Partiyasının Mtasminda Regional Komitəsinin birinci katibi, sonra Gürcüstan Kommunist Partiyasının MK-da şöbə müdiri, 1989–1990-cı illərdə isə Gürcüstan SSR-in Nazirlər Kabineti sədrinin müavini vəzifələrində çalışmışdır. == Siyasi karyerası == Zviad Qamsaxurdiya Gürcüstanın müstəqilliyini əldə etdikdə Lordkipanidze hökuməti Tiflis Tədqiqat İnstitutunda iş tapmaq üçün tərk etdi, lakin Şevardnadzenin 1992-ci ilin yanvarında hakimiyyətə qayıdışı ilə dərhal Gürcüstan Prezidenti Administrasiyasının aparat rəhbəri təyin edildi və 17 yanvar 1995-ci ilə qədər bu vəzifəni tutdu. 1995–1998-ci illərdə Gürcüstanın Rusiyadakı səfiri olub. Abxaziya ilə Rusiya vasitəçiliyi danışıqlarında Gürcüstan tərəfini təmsil edirdi. Rusiya hökumətindəki yüksək vəzifəli məmurlarla yaxşı münasibətlər qurdu, amma parlament daxilində müxalifət partiyaları tərəfindən Rusiyapərəst sayılırdı.
Vaja Pşavela
Vaja Pşavela (14 (26) iyul 1861 – 27 iyun (10 iyul) 1915, Tiflis) — Gürcüstan yazıçısı. == Həyatı == Vaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib. Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq unversitetinin hüquq fakultəsində dinləyici olub. Çox qısa müddət sonra kasıbçılıq ucbatından təhsilini buraxıb geri vətənə qayıdıb. 1888-ci ildə o adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.
Vapa buxtası
Vapa buxtası (bolq. залив Вапа, ‘Zaliv Vapa’ \'za-liv 'va-pa\) — 1.65 km uzunluğu olan və Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən 1.1 km qərbdə yerləşmişdir. Polejan burnundan şimalda, Disilitsa burnundan cənubda yerləşmişdir. Pleystor buzlağına daxildir. Buxta Bolqarıstanda yerləşən Rila dağındakı Vapa zirvəsinin adını daşıyır. == Yerləşməsi == Vapa buxtası 64°02′45″ c. e. 62°02′10″ q. u. koordinatlarında yerləşmişdir.
Vasa (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza sülaləsi
Vaza sülaləsi - Müasir İsveç tarixini başlatmış və İsveç imperiyasını qurmuş sülalə. == Hakimiyyətə gəlməsi == Vaza sülaləsi hakimiyyətə Kalmar Birliyinə etiraz olaraq doğmuş olan vətənpərvər hərəkatının verdiyi təkanla gəlmişdi. Qədim əsilzadə ailəsi olan Vaza ailəsinin başçısı olan Qustav Eriksson Danimarka kralı və Kalmar Birliyinin başçısı olan II Kristiana qarşı üsyan edərək İsveçi müstəqil krallıq etdi. Vaza sülaləsi dövründə Katolik etiqadı tərk edilərək Lüteranizmə keçildi. == Kralları == === İsveçdə === I Kristinanın könüllü taxtdan çəkilməsindən sonra İsveçdə taxt onun ögey qardaşı olan X Karla keçdi. === Polşada === Polşada II İohannın taxtdan çəkilib keşiş olmağa qərar verməsi ilə Vaza sülaləsinin hər iki ölkədə olan hakimiyyəti bitdi. Polşada hakimiyyət Mixail Vişneveskinin əlinə keçdi.
Vefa Serifova
Vəfa Şərifova (4 yanvar 1990, Ağsu rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsu-da anadan olub. 1 yaşı olanda anasını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub.
Vəfa Allahyarova
Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist. == Həyatı == Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə," Bacarıqlı əllər" və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980–1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984–1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1991 ildən — Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990 — SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı. 2000–2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010-cu illərdə baş müəllim kimi fəaliyyət göstərib.
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Vəfa Hüseynova
Vəfa Hüseynova (10 noyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Vəfa Hüseynovanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Vəfa Hüseynova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadam ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Vəfa Muradzadə
Vəfa Əlövsət qızı Muradzadə (d.19 iyul 1968, Azərbaycan, Bakı ş.) — ATİB-in və ASK-nın üzvü, "İş Qadınlarına Dəstək İctimai Birliyi"nin sədri, ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu. == Həyatı == Muradzadə Vəfa Əlövsət qızı 1968-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. 1985-ci ildə 7 saylı orta məktəbi bitirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olaraq oranı əla qiymətlərlə bitirib. 2004-cı ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitirib. == Fəaliyyəti == Vəfa Muradzadə iki il vəkil kimi fəaliyyət göstərib. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Kollecində və xarici şirkətdə işləyib. Hər zaman kənar biznes fəaliyyətilə də məşğul olub. 2006-cı ildə ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabriki yaradıb.
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. == Həyatı == Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. === Uşaqlığı === İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. === Təhsili === 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfa Qurban
Vəfa Qurban — (1975-ci il, Bakı) - Tarixçi == Həyatı == 1975-ci ildə Bakıda anadan olmuşdur. Ailəlidir. 2 övladı var: Tural və Tunay == Təhsili == 1993-1998-ci illərdə Egey Universitetində Ədəbiyyat fakültəsinin Tarix bölməsinin məzunu olub. 1998-2000-ci illərdə eyni adlı universitetin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində magistr təhsilini alıb. Elmi işi “XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti" (türkcə) adlanırdı. Təhsilini davam etdirərək Egey Universitetinin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində doktorantura təhsili alır. “1900-1978-ci illərdə Azərbaycanda şəhərləşmə və oturaq həyat" (türkcə) adlı dissiertasiya işini müdafiə edir. 2015-ci ildə Dosent Doktor adını alır. Dokuz Eylül Universiteti və İzmir İqtisadiyyat Universitetində müəllim işləmişdir. == Əsərləri == === Kitabları === Kurban V. Russian-Turkish Relations from the First World War to the Present, Cambridge Scholars Publishing, Cambridge, 2017 Arxivləşdirilib 2017-06-11 at the Wayback Machine Kurban V. Neriman Nerimanov ve Türkiye Politikası.
Vəfa Rzayeva
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. == Həyatı == Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. === Şəxsi həyatı === Ailəlidir, əkiz qızları var. == Mükafatları == 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatrın səhnəsindəki rolları == Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. == Filmoqrafiya == Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Sultan
Vəfa Sultan (ərəb. وفاء سلطان‎), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi. == Həyatı == Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır. == Xarici keçidlər == Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı.
Vəfa Təyyarqızı
Vəfa Zeynalova
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. == Həyatı == Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. === Şəxsi həyatı === Ailəlidir, əkiz qızları var. == Mükafatları == 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatrın səhnəsindəki rolları == Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. == Filmoqrafiya == Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol!