Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vahl
Martin Val (dan. Martin Vahl, 10 oktyabr 1749, Bergen – 24 dekabr 1804, Kopenhagen) — Danimarka (Norveç) botaniki və zooloqu. Christensen, Carl (1932) Martin Vahl, pp. 85–88 in: Meisen, V. Prominent Danish Scientists through the Ages. University Library of Copenhagen 450th Anniversary. Levin & Munksgaard, Copenhagen. Flora Danica. The Royal Copenhagen Porcelain Manufactory’s page on the Flora Danica dinner set. Facsimile of Enumeratio plantarum, Hauniae, 1805–1806.
Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Vatt
Vatt (Vt) (ing. Watt; işarəsi: W) — Elektrik və ya mexaniki güc ölçü vahidi. 1 vatt – 1 saniyədə (s) 1 coul (C) iş görə bilən mexanizmin gücünə deyilir və BS-də güc vahidi olaraq götürülür. N = A/t, burada N-mexaniki güc, A iş, t-bu işi görməyə sərf olunan zamandır. Vatt ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su-elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Elvin Vayt
Elvin Vayt (11 iyul 1899[…] – 1 oktyabr 1985[…]) — ABŞ yazıçısı. Onun 1952-ci ildə yazdığı "Şarlottanın sevgi toru" romanının 45 milyon nüsxəsi satılmışdı.
Lesli Vayt
Lesli Vayt (ing. Leslie Alvin White; 19 yanvar 1900 - 31 mart 1975) — ABŞ antropoloqu, etnoloqu və kulturoloqu. == Həyatı == Lesli Vayt 19 yanvar 1900-cü ildə ABŞ-nin Kolorado ştatında anadan olmuşdu. Lesli Vayt 31 mart 1975-ci ildə Kaliforniya ştatında vəfat etmişdir. == Vayt və kulturologiya == Məlumdur ki, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Vayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Vaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Patrik Vayt
Patrik Viktor Martindeyl Uayt (ing. Patrick Victor Martindale White; 28 may 1912[…], London – 30 sentyabr 1990[…] və ya 29 sentyabr 1990, Sidney) — Avstraliya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1973), İlin avstraliyalısı (1973). Patrik Viktor Martindeyl Uayt yaşıl qitənin — Avstraliyanın Nobel mükafatı alan ilk yazıçısıdır. O, ailələrinin Avropaya səyahəti zamanı İngiltərədə doğulmuşdur. Geniş maddi imkanlara malik valideynləri on üç ildən sonra Patriki təhsil almaq üçün yenidən Londona göndərmişdilər. Lakin daha sərbəst mühitdə böyüyən avstraliyalı yeniyetmə mühafizəkar İngiltərədə duruş gətirə bilməmişdi. Atasının razılığı ilə vətənə qayıdaraq bir müddət öz fermalarında çalışmışdı. Artıq müəyyən həyat təcrübəsi topladıqdan sonra yenidən Britaniyaya dönən Patrik Uayt Kembricdə ingilis, alman və fransız ədəbiyyatlarını öyrənmiş, dil bilgilərini təkmilləşdirmək üçün Fransa və Almaniyaya uzunmüddətli səyahətlərə çıxmışdı. İlk şeirlər kitabını 1935-ci ildə çap etdirmişdi. Bunun ardınca bir neçə pyes yazsa da, onların nəşrinə, yaxud tamaşasına təşəbbüs göstərməmişdi.
Qreys Vahu
Qreys Wahu Kenyatta (bilinmir və ya 1897 – aprel 2007) — Keniyanın ilk prezidenti Jomo Kenyatta'nın ilk həyat yoldaşı idi. Qeydlər göstərir ki, Vahu, daha sonra Johnstone Kamau kimi tanınan Kenyatta ilə 1917 və ya 1919-cu illərdə evləndi. Jomo Kenyatta ilə iki övladı var: Peter Muigai Kenyatta (1922-1979) və Margaret Wambui Kenyatta (1928–2017). Grace Wahu Keniyada 2007-ci ilin aprelində 110 yaşında vəfat etdi.
Rayan Vayt
Rayan Ueyn Vayt (ing. Ryan Wayne White; 6 dekabr 1971, Kokomo[d], İndiana – 8 aprel 1990, İndianapolis) — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində 18 yaşında, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Vaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı.
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Robert Vayt
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). Wightia Wall. Wightia Spreng. ex DC. Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Sandra Vayt
Sandra Vayt (ing. Sandra White; d. 17 avqust 1951, Qlazqo, Şotlandiya) — Şotlandiya parlamentinin deputatı, Şotlandiya Milli Partiyasının üzvü. 2016-cı il 1 mart tarixində Şotlandiya parlamentində Şotlandiya onun irəli sürüldüyü Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsünü sürüb.
Tre Vayt
Tre Vayt (20 oktyabr 1993) — Böyük Britaniyalı peşəkar kişi BMX velosipedçisi, BMX üzrə plkə çempionu. Tre Vayt Böyük Britaniyanı beynəlxalq yarışlarda təmsil edir. Tre Vayt 2014-cü ildə Britaniya Velosiped İdmanı üzrə Dünya Çempionatı komandasına seçilmədikdən sonra fərdi çalışmağa başlamışdır. Həmin ildə Vayt 2014 UCI BMX Dünya Çempionatında bürünc medal qazanmışdır. 2015 UCI BMX Dünya Çempionatı 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.942 saniyəlik nəticəsi ilə 72-ci yeri tutdu. 2016-cı ildə Vayt Britaniya Ölkə Çempionu adını qazanıb. Qayda dəyişiklikləri ilə əlaqədar olaraq o, 2016-cı il Dünya Çempionatına qatıla bilməyib. Hal-hazırda fərdi hazırlaşır.
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Vaxt tənliyi
Vaxt tənliyi — eyni an üçün verilmiş coğrafi meridianda orta və həqiqi Günəş vaxtlarının fərqidir. η = T m − T ⊙ = t m − t ⊙ {\displaystyle \eta =T_{m}-T_{\odot }=t_{m}-t_{\odot }} Vaxt tənliyini əslində vaxt düzəlişi adlandırmaq daha doğru olardı, lakin o tarixi olaraq astronomiyaya vaxt tənliyi kimi daxil olmuşdur.
Vayt Volker
Vayt Volker (ing. White Walker) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanı və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialında insanabənzər varlıq. Vayt Volkerlər "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Divarın şimalında yaşayırlar. Romanda onlar the Others, yəni Başqaları olaraq adlandırılır. Roman oxuyucuları "Buz və odun nəğməsi"nin altıncı və yeddinci kitabında Vayt Volkerlər haqqında daha çox öyrənmək istəyirlər.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Vaut Veqorst
Vaut Veqorst (7 avqust 1992, Amsterdam) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunayteddə icarə əsasında çıxış edir.
Betti Vayt
Betti Vayt — (17 yanvar 1922[…], Ouk-Park[d], İllinoys – 31 dekabr 2021, Brentvud (Los-Anceles), Kaliforniya) daha çox Betti Marion Vayt Ludden kimi tanınan Amerikalı aktrisa, komediyaçı, müğənni və müəllifdir. == Həyatı == Betti Vayt İllinoysda anadan olub. Orta məktəbi Los-Ancelesdə, Kaliforniyadakı Liseydə 1939-cu ildə bitirmişdir. Televiziya karyerasına başlamazdan əvvəl model olan Betti Vayt televiziya karyerasına 1953-cü ildə Elizabeth ilə həyatsitcomu ilə başlayıb. Bu ilk iş Betti Vayta ilk Emmi nominasiyasını qazandırdı. Daha sonra Mələklərlə görüş adlı başqa bir sitcomda Vicki Angel rolunu oynadı. 1954-cü ildə qısa ömürlü olan " Betti Vayt şousu" adlı tok-şousunu da hazırlayan sənətçi ortada Qızıl Qızlar, Çirkin Betti, Malkolmu yerləşdirdi. Çoxsaylı mükafatlar, nominasiyalar və fəxri adlara layiq görülən sənətçinin rol aldığı 16 film var. == Ölümü == Vayt 31 dekabr 2021-ci ildə 99 yaşında Los-Ancelesdə, Kaliforniyada vəfat etdi. ABŞ prezidenti Co Bayden onun ölümü ilə bağlı açıqlama verərək onu "sevimli xanım" və "çox darıxılacaq bir mədəniyyət simvolu" kimi təsvir edib.
Valter Vayt
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır. Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. İngiliscə “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. O vaxtlar bu şirkətin laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım da işə düzəlmişdi. Çox keçmir ki, Volter işlərində yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen dörd iyul bayramının birində Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı.
Skayler Vayt
Skayler Vayt (ing. Skyler White) — "Breaking Bad" teleserialının əsas personajlarından biri. Anna Qann tərəfindən canlandırılıb. Skayler pul qazanmaq üçün müxtəlif işlərlə məşğul olub. Albukerkedəki "Beneke Fabricators" adlı bir şirkətdə mühasib işləyib, həmçinin qısa hekayələr yazıb və eBay-da əşyalar satıb. O, və əri Volterin iki övladı var, uşaqları serebral iflicdən əziyyət çəkən balaca Volter və körpə qızı Hollidir. Skaylerin bacısı Mari Henk Şreyder adlı DEA əməkdaşı ilə evlidir. Skayler Voltdan on iki yaş kiçikdir, onunla Los Alamos Milli Laboratoriyasının yaxınlığındakı yeməkxanada işləyərkən tanış olub.
Volter Vayt
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır. Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. İngiliscə “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. O vaxtlar bu şirkətin laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım da işə düzəlmişdi. Çox keçmir ki, Volter işlərində yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen dörd iyul bayramının birində Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır. A24 filmləri Yaxşı vaxt — Internet Movie Database saytında.
Vayt adası
Vayt adası — İngiltərə qraflığı və ölkənin ən böyük adası, İngilis kanalında yerləşir.
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Vayt Hart Leyn
White Hart Lane — Tottenhem Hotspur futbol komandasının stadionudur. Şimali Londonun Tottenhem bölgəsində yerləşməkdədir. Azarkeşlər arasında The Lane olaraq da adlandırılır. Totenhem Hotspur 1899-cu ildən bəri matçlarını Vayt Hart Leyn'də oynamaqdadır. Stadionda oynadıqları ilk matçı, 5,000 tərəfdar izləmiş və Notts County komandasını 4–1 məğlub etmişdilər. 1908-ci ildən 1972-ci ildə qədər, İngiltərədə Vayt Hart Leyn reklam panoramalarının olmadığı bir neçə stadiondan biri olmuşdur. 1923-cü ildə stadionun tutumu 50,000 nəfərə çıxarılmışdır. mart 1938-ci ildən keçirilən, FA Cup oyununda Vayt Hart Leyn 75,038 tamaşaçıyla rekordu qırmışdır.