Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
Vağcıq
Vağcıq (lat. Bubulcus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Şahdağ
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Bacaq
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.
Vaçar
Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır. Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir. Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir. Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir: Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır. Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır.
Vaşaq
Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür. Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı.
Kahcıq (Marağa)
Kahcıq (fars. كهجوق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,256 nəfər yaşayır (306 ailə).
Sancaq (Soyuqbulaq)
Sancaq (fars. سنجاق‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Şahdağ-Şirvan
Şahdağ Şirvan 2010-cu ildə yaradılmış Azərbaycan voleybol klubudur. Şirvanın ilk voleybol komandasıdır. Şirvanlılar Voleybol üzrə Azərbaycan Superliqasında 2010-2011 mövsümündə iştirak etdilər və 6 komanda içində sonuncu yeri tutaraq avrokuboklara vəsiqə şansını itirdi. 2011-ci isə klub fəaliyyətini dayandıraraq tarixin yaddaşına köçdü.
Şahdağ (Gədəbəy)
Şahdağ (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Şurakənd kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Şahdağ kəndi, Şurakənd kənd inzibati ərazi dairəsi Şahdağ kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Gədəbəy rayonunun Çobankənd i.ə.v.-də kənd. Yaşayış məntəqəsini 1920-ci illərdə qonşu Əyrivəng kəndindən köçmüş ailələr Təzə Əyrivəng adı ilə salmışlar. 1928-ci ildə Azərbaycanda sovet (şura) hakimiyyətinin qurulması şərəfinə Şurakənd adlandırılmışdır. Yerli əhali arasında Sovetabad adı ilə tanınmışdır. Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Şahdağ şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Günəşli adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Şahdağ (dağ)
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Şahdağ (zirvə)

Şahdağ FK
Şahdağ Qusar Futbol Klubu 1950-ci ildə yaranan, Azərbaycan ikinci liqasında çıxış edən, Qusar rayonunu təmsil edən peşəkar futbol klubu. Şahdağ Qusar Futbol Klubu 1950-ci ildə Qusar şəhərində yaranmışdır. SSRİ dönəmində aşağı dəstələrdə çıxış etmişdir. Bir neçə dəfə ad dəyişikliyinə getmişdir. Əvvəllər "Şahdağ Qusar FK" adını daşıyan klub daha sonralar ad dəyişikliyinə gedərək "Şahdağ Samur" adı altında fəaliyyətinə davam edir. Daha sonra yenidən ad dəyişikliyi etmək qərarına gələn klub, adını dəyişərək "Şahdağ" qoyur. Azərbaycan müstəqillik qazanandan sonra uzun müddət Azərbaycan çempionatlarında oynamışdır. 15-ci Azərbaycan çempionatında 13-cü yer tutaraq aşağı dəstəyə düşmüşdür. 2017-ci ildə maliyyə problemlərinə görə çempionatlarda fəaliyyətini dayandırmışdır. Lakin 2017-2020-ci illər ərzində AFFA region liqasında fəaliyyətini davam etdirmişdir.
Şahdağ bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahdağ platosu
Şahdağ platosu və ya Şahdağ yastanı — Böyük Qafqazda plato. Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var. "Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.
Şahdağ silsiləsi
Şahdağ silsiləsi — Ermənistan və Azərbaycanın sərhəddində, Kiçik Qafqaz silsiləsinin bir hissəsini təşkil edən dağ silsiləsi. Sisilə Göyçə gölünün şərq hissəsini əhatələyir. Silsilənin uzunluğu 70 km, maksimal hündürlüyü isə 3367 m təşkil edir (Böyük Hinaldağ). Vulkanik suxurlarfan təşkil edilmişdir. Qumluqlara belə rast gəlinir. Şimal hissəsində enliyarpaqlı meşələr yayıldığı halda cənub hissəsində dağ çölləri yayılmışdır.
Şahdağ xalqları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar. Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar.
Şahdağ yastanı
Şahdağ platosu və ya Şahdağ yastanı — Böyük Qafqazda plato. Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var. "Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.
Şahdağ zirvəsi
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Sancaq (dəqiqləşdirmə)
Sancaq
Sancaq əməliyyatı
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Şahdağ (dəqiqləşdirmə)
Şahdağ — Azərbaycanın Qusar rayonunda dağ. Şahdağ həmçinin bu mənalara gələ bilər: Şahdağ platosu — Böyük Qafqazda plato. Şahdağ (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Şahdağ bələdiyyəsi — Azərbaycanın Gədəbəy rayonunda Şahdağ kəndinin bələdiyyəsi. Şahdağ xalqları — Azərbaycanın aborigen əhalisi, etnik azlıqlar. Şahdağ milli parkı — Azərbaycanın milli parklarından biri. Şahdağ Turizm Mərkəzi — Azərbaycanın ilk və ən böyük xizək kurortu. Şahdağ Quba FK — Azərbaycanın Quba rayonunda futbol klubu Şahdağ Qusar — Azərbaycanın Qusar rayonunda futbol klubu. Şahdağ-Şirvan QVK — Azərbaycanın Şirvan şəhərində voleybol klubu. Şahdağ silsiləsi — Ermənistan və Azərbaycanın sərhəddində, Kiçik Qafqaz silsiləsinin bir hissəsini təşkil edən dağ silsiləsi.
Airyanem-Vaecah
Airyanəm-Vaecah (avest. airiianəm vaējah, airiianəm vaējō (çox vaxt airyanəm vaējah), "Aryan düzənliyi") — qədim iranlıların, arilərin mifik dədə-baba yurdu; Vidivdada görə, Ahura Mazda tərəfindən bəşəriyyət üçün yaradılmış 16 "ən yaxşı" (avest. vahišta-) "yerlər və regionlar" (avest. asah- və avest. šōiθra-) siyahısı məhz onunla başlayır. == Təsviri == Bu ölkə, ərazisindən gözəl Daityya (Vahvi-Datiya) çayının axdığı sonsuz bir düzənlik kimi təsvir edilmişdir. Ölkəyə göndərilən fəlakətlər kimi "narıncı ilan" və on aylıq qış göstərilir. "Ən yaxşı ölkənin" sərt iqlim şəraiti alimlər arasında müzakirələrə səbəb olmuşdur. Belə ki, Helmut Qumbax bu uyğunsuzluğu Avestanın Pəhləvi dilindəki mətnində mövcud olan sətirin itirilməsi ilə izah edir: "sonra: yeddi ay yay və beş qış ayları" iqlim normalarına kifayət qədər müvafiqdir. Zərdüştün əfsanəvi vətəni və dünyanın mərkəzi kimi Avestanın digər hissələrində də tez-tez xatırlanır.