Şahdağ (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Şurakənd kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Şahdağ kəndi, Şurakənd kənd inzibati ərazi dairəsi Şahdağ kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[1]
Şahdağ | |
---|---|
40°32′47″ şm. e. 45°35′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Gədəbəy rayonunun Çobankənd i.ə.v.-də kənd. Yaşayış məntəqəsini 1920-ci illərdə qonşu Əyrivəng kəndindən köçmüş ailələr Təzə Əyrivəng adı ilə salmışlar. 1928-ci ildə Azərbaycanda sovet (şura) hakimiyyətinin qurulması şərəfinə Şurakənd adlandırılmışdır. Yerli əhali arasında Sovetabad adı ilə tanınmışdır.[2] Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Şahdağ şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Günəşli adlandırılmışdır.
Kənd dağətəyi ərazidə yerləşir.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1084 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |