Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Veneryo
Veneryö (fr. Vénérieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38532. Kommunanın 1999-cı il üçün əhalisi 382 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 217 ilə 420 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 36 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Vedeno
Vedeno (çeç. Ведана) — Çeçenistan Respublikasında, Vedeno rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Vedeno rayonunun və Vedeno kənd sovetliyinin mərkəzidir. Vedeno kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənd Vedemo rayonunun mərkəzində, Xulxulau və Axkiçu çayları arasında yerləşir. Qroznı şəhərindən 67 km cənub-şərqdədir. Kənd faktiki olaraq şimal-qərbdə Zelamxin-Kotar, cənub-şərqdə isə Dışne-Vedemo kəndlərinə birləşmişdir. Yaxınlığında yerləşən digər yaşayış məntəqələri: cənub-qərbdə Neftyanka, qərbdə Eşilxatoy, şimal-şərqdə Ersenoy. Kənd ərazisi dəniz səviyyətindən ortalama olaraq 722 metr yüksəklikdə yerləşir. Kəndin cənub hissəsindən Xoroç silsiləsi keçir.
Federiko Bokkia
Federiko Bokkia (24 oktyabr 1996) — İtaliyalı üzgüçü. Federiko Bokkia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Federiko Bokkia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.54 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Federiko Fellini
Federiko Fellini (it. Federico Fellini; 20 yanvar 1920[…], Rimini, Emiliya-Romanya – 31 oktyabr 1993[…], Roma) — görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatı. Rimini şəhərinin hava limanı onun adını daşıyır. Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil göstəriləri keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib.
Federiko Obama
Federiko Obama Ondo (4 fevral 2000-ci ildə anadan olub) — Fede kimi də tanınan, La Liqa təmsilçilərindən olan Atletiko Madrid klubunun akademiyasında müdafiəçi kimi çıxış edən peşəkar Ekvatorial Qvineya futbolçusudur. Obama gənc yaşlarında Ekvatorial Qvineyaı tərk edərək İspaniyaya köçmüş və Torrexon bölgəsində yaşamışdır. Fede 2008-ci ildə Atletiko Madrid klubunun akademiyasına qəbul olunmuşdur. Obama Ekvatorial Qvineya milli futbol komandasına ilk dəfə 2017-ci ilin avqust ayında 17 yaşı olarkən çağırılmışdır. O, milli komanda ilə debütünü 3 sentyabr 2017-ci ildə Benin millisinə qarşı yoldaşlıq oyununda etmişdir. Həmin görüşdə Ekvatorial Qvineya rəqibinə 2-1 hesbaı ilə məğlub olmuşdur. Obamanın əkiz qardaşı Salomon Obama Atletiko Madrid klubunun akademiyasında çıxış edir və İspaniyanın gənclər millisinin üzvüdür.
Federiko Qravina
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Federiko Valverde
federiko Valverde (22 iyul 1998, Montevideo) – Uruqvaylı futbolçu. Uruqvay milli komandasının və İspaniynın Real Madrid komandasının üzvü.
Federiko Villeqas
Federiko Villeqas (13 iyul 1994) — Argentinalı peşəkar kişi BMX velosipedçisi. Federiko Villeqas Argentinanı beynəlxalq yarışlarda təmsil edir. Federiko Villeqas 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.673 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu.
Qravina Federiko
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Vedeno rayonu
Vedeno rayonu (Çeçen. Веданан кlошт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Vedeno kəndidir. Vedeno rayonu, respublikanın cənub-şərqindəki dağlıq ərazidə yerləşir. Rayonun sahəsi 956 km² təşkil edir. Vedeno rayonu dağlıq bölgədir və buna görə də iqlim şəraiti şaquli rayonlaşma ilə fərqlənir. Bölgənin şimalında 1000 metr hündürlükdə, iqlimi mülayim kontinental, isti yay və mülayim qış, cənubda yüksəlmə ilə əlaqədar olaraq iqlim daha az kontinental olur və rayonda sərin yay və mülayim soyuq qış müşahidə olunur. Rayonun şimal hissəsində dağ-meşə, qəhvəyi, qarışıq-karbonatlı torpaqlar, bölgənin şimal-şərqində dağ-meşə, boz-qəhvəyi torpaqlar inkişaf etmişdir. Bölgənin cənub hissəsində dağ çəmənliyi zəif podzol, dağ çəmən, subalp, dağ çöl torpaqları inkişaf etmişdir. Əhali sıxlığı 1 km²-ə 41.91 nəfərdir.
İvan Edeşko
İvan İvanoviç Edeşko (белор. Iван Iванавіч Ядэшка 25 mart 1945, Steski, Qrodno rayonu, Qrodno vilayəti, Belarus SSR) — sovet basketbolçusu. SSRİ-nin əməkdar idman ustası (1972); "Şərəf nişanı" ordeninı laqyiq görülüb(1972). İvan Edeşko Qrodno basketbolunun şagirdi. İlk məşqçi Yakov İosifoviç Frumandır.. Belarus Dövlət Bədən Tərbiyəsi Universitetinin İdman Oyunları və Döyüş Sənəti fakültəsini bitirib (1970). Atası İvan Edeşko (1907-1997). Anası Anna Edeşko (1912-1988) idi. Qardaşı Yustas Edeşko Qrodno şəhərindəki Yanka Kupala Dövlət Universitetinin Bədən tərbiyəsi kafedrasında çalışır. Həyat yoldaşı - Larisa Yadeshko (1946), Moskva Dövlət Universitetini bitirib, müəllim işləyib.
Federiko Mayor Saraqosa
Federiko Mayor Saraqosa (isp. Federico Mayor Zaragoza, 27.1.1934, Barselona) –biokimyaçı, siyasətçi, yazıçı, şair. 1968- 1972-ci ilə qədər Qranada universitetinin rektoru. 1972-1976-cı illərdə İspaniyanın Dövlət katibi, Təhsil və Elm naziri olmuşdur. 1981-ci ildən Avropa parlamentinin üzvü, 1987-1999-cu illərdə YUNESKO-nun Baş katibi olmuşdur.
Federiko Qarsia Lorka
Federiko Qarsiya Lorka (isp. Federico García Lorca; 5 iyun 1898[…], Fuente-Vakeros[d], Əndəlüs[…] – 19 avqust 1936[…]) — İspaniya şairi, rəssamı, pionisti və bəstəkarı. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür. 1898-ci ildə, İspaniyanın Qranada bölgəsindəki Fuente Vaqueros şəhərində doğulan Lorka, əsrin ən böyük iki ispan şairindən biri olaraq qəbul edilir. Lorkanın müvəffəqiyyətində uşaqlığının böyük payı vardır. Qranada nın Fuentevaqueros qəsəbəsində, varlı bir ailənin uşağı olaraq dünyaya gələn Lorkanın atası şən bir adam; anası isə səssiz və ciddi bir qadın idi. 1928-ci ildə yazdığı "Romancero Gitano" (Qaraçı Balad) ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın çağdaşlaşması üçün çalışan sənət adamlarından biri olmuşdur. Şeirdə, siyasətdə və əxlaq anlayışında müasirliyin müdafiəçisi olan Lorka homoseksual olduğu üçün Katolik kilsəsi ilə münaqişədə idi. 1918-ci ildə, burjuaziya sinfini, yer üzünü şeirlə doldurmuş olan İsanı qətl etməklə günahlandıran Lorka, keçdiyimiz günlərdə gəlmiş keçmiş ən müvəffəqiyyətli ədəbiyyat əsəri seçilən Migel de Servantesin bir İsa fiquru olaraq ələ salanlara qatılır. Lorka İsanın həm qətlini qınayar, həm də qanının axmalı olduğunu ifadə edir.
Federiko Qarsiya Lorka

Luis Federiko Leluar
Luis Leluar- Luis Federiko Leluar (ispan Luis Federico Leloir-6 sentyabr 1906 il ; Paris — 2 dekabr 1987 il Buenos Ayres) — Argentinalı həkim və biokimyaçı, kimya üzrə ilk ispandilli Nobel mükafatı laureatı. Luis F. Leluar 6 sentyabr 1906-cı ildə Parisdə anadan olub və iki yaşından Buenos-Ayresdə yaşayır. Onun valideynləri argentinalı olublar. O, 1932-ci ildə Buenos-Ayres Universitetində tibb doktoru kimi məzun oldu və elmi fəaliyyətinə Fiziologiya İnstitutunda professor Bernardo A. Houssay ilə birlikdə adrenalin karbohidrat mübadiləsinin rolu mövzusunda çalışmağa başladı. 1936-cı ildə L. Leluar Qovland Hopkinsin rəhbərlik etdiyi İngiltərənin Kembric biokimyəvi laboratoriyasında işləmişdir. Orada Malcom Dixon, NL Edson və DE Green ilə əməkdaşlıq etdi. Buenos Ayresə qayıtdıqdan sonra o, C. M. Munoz ilə qaraciyərdə yağ turşularının oksidləşməsi, həmçinin E. Braun Menendez, JC Fasciolo və AC Taquini ilə birlikdə angiotensinin əmələ gəlməsi üzərində işləmişdir. 1944-cü ildə o, ABŞ-ın Sent-Luis şəhərindəki Dr. Karl F. Korinin laboratoriyasında tədqiqatçı köməkçisi olub və sonra Nyu-York, Kolumbiya Universiteti, Həkimlər və Cərrahlar Kollecində DE Qrin ilə birlikdə çalışıb. Bir müddət o, Instituto de Investigaciones Bioquimicas, Fundación Campomar-ın direktoru vəzifəsində çalışıb.