ŞİRVANŞAHLAR

is. Ərəb işğalına qədərki Şirvanşahlar dövlətində hökmdarlar sülaləsi.
ŞİRPƏNCƏSİ
ŞİST
OBASTAN VİKİ
Şirvanşahlar
Şirvanşahlar — Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür. Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir.
Ovdan (Şirvanşahlar)
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Şirvanşahlar (dəqiqləşdirmə)
Şirvanşahlar - Şirvanşahlar dövlətində hakim sülalə. Şirvanşahlar dövləti - Azərbaycan ərazisində Şirvanşahlar tərəfindən idarə olunmuş dövlət. Şirvanşahlar sarayı - XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Şirvanşahlar sarayı - 1969-cu ildə çəkilmiş sənədli film. Şirvanşahlar türbəsi - Şirvanşahlar saray kompleksinin tərkib hissəsi.
Şirvanşahlar Sarayı
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Şirvanşahlar bayrağı
Şirvanşahlar bayrağı — Şirvanşahlar dövlətinin bayraqları haqqında dəqiq məlumat yoxdur. Şirvanşah İbrahimin və onun oğlu I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur: 1385-ci ilə aid anonim Kastiliyalı müəllifin kitabı olan "Bütün dövlətlərin kitabı" (isp. Libro del Conosçimiento de todos los rregnos ) Şirvan bayrağından bəhs edir. Kitabın 1350-60-cı illərdə yazıldığı güman edilir. Kitabın 4 əlyazması günümüzə gəlib çatmışdır. Qısaca "Z", "N", "R" və "S" kimi kodlanan bu nüsxələrin sonuncusu və ən genişi "S" nüsxəsidir. Həmçinin "Libro" da adlanır. 1874-cü ildə tapılmış, 1877-ci ildə Madriddə Markos Ximenez de la Espada tərəfindən yenidən yayımlanmışdır. 109 və 250-ci səhifələrdə Şirvandan "Sara dövləti" kimi bəhs edilir, paytaxtı Bakı göstərilir və İran ölkəsinin (Elxanilər) bir hissəsi olduğu qeyd olunur. Mənbədə həmçinin Şirvan dövlətinin bayrağı da göstərilir.
Şirvanşahlar dövləti
Şirvanşahlar dövləti (az-əbcəd. شیروانشاهلار دؤولتی‎, fars. شروانشاهان‎, translit. Shīrwān Shāh) — 861–1538-ci illərdə Cənub-şərqi Qafqazda, əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş və sonradan azərbaycanlılaşmış dövlətdir. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur. Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur. Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar — Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə — Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə meyl göstərmişdilər.
Şirvanşahlar gerbi
Şirvanşahlar gerbi — Şirvanşahlar xanədanı və dövlətinin gerbi. Şirvanşah I İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur. İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolu təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Engelbert Kempferin fikrincə şirlər qala divarlarını, öküz şəhəri, ay və günəş isə gecə və gündüzü simvolizə edir. Yəni istehkam divarları şəhəri gecə və gündüz qoruyur. Şirvanşahlar dövlətinin gerbinə XII əsrdə inşa edilmiş Qoşa Qala qapılarının üzərində rast gəlmək olar. 1683-cü ildə Bakının ilk qrafik təsvirini latın dilində yazmış olduğu 2 cildli kitabında vermiş alman alimi Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir: Şəhərin buxta üzərində yüksələn ən hündür hissəsi şah sarayı adlanan gözəl bir sarayla seçilir; o, qaya üzərində həqiqətən şah möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, tikiş yerləri belə sezilmir. Sarayın qapıları üzərində qarşı-qarşıya durmuş iki şir təsvir edilib. Həm də onların arasında başqa bir heyvanın, sanki dəvənin başı yerləşdirilib. İkinci qapının girişi üzərində də belə fiqur var.
Şirvanşahlar türbəsi
Şirvanşahların türbəsi — Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən (digər iki tikili Şah məscidi və Saray hamamıdır) biri. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzlə tamamlanmış düzbucaqlı olması görünür. Orta əsrlərdə günbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdi. Binanın simasının mənalığını kompozisiyanın aydınlığı və memarlıq formalarının təfsirinin ciddiliyi müəyyən edir. Gözəl və ustalıqla yerləşdirilmiş işıq və kölgə ləkələrinin təzadına cəhd, üfüqi detallara şaquli detalların, həmçinin sıx naxışlı böyük səthlərə daş hörgü şəbəkələrinin qarşı qoyulması, Şirvan memarlıq çevrəsi üçün ənənəvi şəkildə səciyyəvidir, oyma naxışlar isə ustalıqla yerinə yetirilmişdir. Giriş üzərindəki kitabə bu tikilinin inşa tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu il" 1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə portal üzərindki bu yazıları oxumuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür. Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazı ilə memarın adı yazılmışdır: "Allah, memar Məhəmməd Əli". Məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan olunmuşdu.
Şirvanşahlar Şahbanuları
Şahbanu (شهبانو‬‎) — Şirvanşahlar dövləti (شروانشاهان) dövründə şahın əsas (baş) xanımına deyilirdi və ən yüksək dövlət adlarından biridir. Azərbaycan tarixində bizim eramızda yaradılmış dövlətlər arasında ilk dəfə Şirvanşahlarda bu titul istifadə edildi. Baxmayaraq ki, 700 ilə yaxın müddət hökm sürmüş Şirvanşahlar dövlətinin tarixində 50 nəfər şahı olub, onların xanımlarından təkcə 17 qadının adı və taleləri tarixə məlumdur. Ümumillikdə, Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar dövləti idarə ediblər. Şirvanşahlar dövlətinin tarixində ilk şahbanu Heysam ibn Xalidin həyat yoldaşı Dilşahpəsənd Bəyim, ən sonuncusu isə Əbubəkr mirzə Dərbəndin xanımı Məleykəcahan xatın olmuşdur. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi.
Divanxana (Şirvanşahlar sarayı)
Divanxana — Şirvanşahlar sarayının şimal-qərbində, hündür stilobat üzərində inşa edilmiş rotonda-pavilyon. XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmişdir. Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Binanın orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir. Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib.
Səfəvi-Şirvanşahlar müharibələri
Səfəvi-Şirvanşahlar müharibələri — XV-XVI əsrlərdə iki siyasi blok, Səfəvi və Şirvanşahlar arasında baş vermişdir. Bu müharibə əsasən Azərbaycanın şimal və şimal-şərq əraziləri uğrunda olmuşdur. Əsas məqalə: Samur döyüşü Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10.000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6.000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü. Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasını almaq üçün Şirvanşaha müharibə elan etdi. Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün Sultan Yaquba müraciət etdi.
Səfəvi-Şirvanşahlar münasibətləri
Səfəvi-Şirvanşahlar əlaqələri — 15-cı əsrin ikinci yarısından başlamış, 16-cı əsrin əvvəlinə kimi əsasən müharibələrlə müşayiət olunmuş əlaqələrdir. 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradılaraq Səfəvilər dövlətinə birləşdirimişdir.
Səfəvi-Şirvanşahlar əlaqələri
Səfəvi-Şirvanşahlar əlaqələri — 15-cı əsrin ikinci yarısından başlamış, 16-cı əsrin əvvəlinə kimi əsasən müharibələrlə müşayiət olunmuş əlaqələrdir. 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradılaraq Səfəvilər dövlətinə birləşdirimişdir.
Şirvanşahlar dövlətinin əhalisi
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir. VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar. Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar. Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.
Şirvanşahlar saray kompleksi
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Səfəvi–Şirvanşahlar münasibətləri
Səfəvi-Şirvanşahlar əlaqələri — 15-cı əsrin ikinci yarısından başlamış, 16-cı əsrin əvvəlinə kimi əsasən müharibələrlə müşayiət olunmuş əlaqələrdir. 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradılaraq Səfəvilər dövlətinə birləşdirimişdir.
Şirvanşahlar Sarayı (film, 1969)
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi — Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 1964-cü ildə yaradılmışdır. Sarayın inşa edilməsinin əsası Şirvanşah I İbrahim tərəfindən XIV əsrdə qoyulmuş, digərləri tərəfindən davam etdirilmişdir. Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi — memarlıq qoruq — muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılıb."Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş mühafizə statusu almışdır., XI–XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı XV əsr memarlığının şah əsəri orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir. Saray Yaşayış binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən xəttat və rəssamların otaqları, dəftərxana, mətbəx, xidmətçi otaqları, ərzaq otaqları, və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s.
Şirvanşahların saray binası
Şirvanşahların saray binası və ya Şirvanşahların yaşayış binası — Şirvanşahlar saray kompleksinə daxil olan ən qədim tikili. Saray binası kompleksin yuxarı həyəti ərazisində yerləşir. Saray binası yüksək təpə üzərində yerlşəib, şəhərin ümumi planında və xarici simasının formalaşdırılmasında üstünlük təşkil edirdi. Saray Azərbaycan memarlığının şah əsərlərindən biri hesab edilir. Ansamblın yüksək bədii memarlıq keyfiyyətləri, Azərbaycan memarlığında bütöv bir üslubun istiqamətinin yaradılmasına imkan yaratmış, ayrı-ayrı tikililərin yerin relyefi üzərində ustalıqla yerləşdirilməsi, siluetlərin gözəl həlli, imkanlardan və yerli əhəng daşlarının dekorativ xüsusiyyətlərindən məharətli istifadəsi və daş üzərində möhtəşəm oyması ilə fərqlənir. Sarayın tələbkar əzəmətli binası qapalı saray məkanında üstünlük təşkil edən mövqeni tutur. Ümumi həcm üzərində xeyli irəli çıxmış xüsusi olaraq nəzərə çarpdırılan sadə, lakin, böyük portal, proporsional parçalanmaların ciddiliyi və demək olar ki, bütöv divarların təmizliyi ilə xarakterizə olunur. Sarayın ikimərtəbəli binasının daha qədim tikilinin bünövrəsi üzərində inşa edilməsi istisna edilmir və planın mürəkkəb konfiqurasiyası ilə qeyd edilir. Yuxarı mərtəbə aşağı mərtəbənin planlaşdırılma strukturunu təkrarlayır. Mərkəzi səkkizguşəli zal və ona bitişik eyni formalı bölüşdürücü vestibül ətrafında qruplaşdırılmış əndəruna və biruna üslublu qabaq və yaşayış otaqlarının təşkiledici elementləri idilər.
Şirvanşahların türbəsi
Şirvanşahların türbəsi — Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən (digər iki tikili Şah məscidi və Saray hamamıdır) biri. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzlə tamamlanmış düzbucaqlı olması görünür. Orta əsrlərdə günbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdi. Binanın simasının mənalığını kompozisiyanın aydınlığı və memarlıq formalarının təfsirinin ciddiliyi müəyyən edir. Gözəl və ustalıqla yerləşdirilmiş işıq və kölgə ləkələrinin təzadına cəhd, üfüqi detallara şaquli detalların, həmçinin sıx naxışlı böyük səthlərə daş hörgü şəbəkələrinin qarşı qoyulması, Şirvan memarlıq çevrəsi üçün ənənəvi şəkildə səciyyəvidir, oyma naxışlar isə ustalıqla yerinə yetirilmişdir. Giriş üzərindəki kitabə bu tikilinin inşa tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu il" 1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə portal üzərindki bu yazıları oxumuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür. Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazı ilə memarın adı yazılmışdır: "Allah, memar Məhəmməd Əli". Məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan olunmuşdu.
Şirvanşahların yay iqamətgahı
Şirvanşahların yay iqamətgahı — Şirvanşahların yay sarayı. Dəniz sahilindən 2 km. məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII–XIV əsrə aid müdafiə qalasının yaxınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zonası üçün yararlı hesab etmişlər. Xalq arasında "Xan bağı" adı ilə tanınmış bu tikiliyə "Şah bağı" demək daha düzgün olardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Şirvan şahlarının Bakının "İçəri şəhər"indəki saray kompleksinə yaxınlığı, bu tikilinin XIII–XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII–XVIII əsrlərə təsadüf edir, onda bu bağın "Şah bağı" olduğu inkaredilməzdir. Yazılı mənbələrdə "Şah bağının" komleks tikililər; onu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla hasarla əhatələnmişdir. Fasadın dənizə istiqamətlənmiş girişi dərin taxçalı oxvari baş tağla başlanır.

Значение слова в других словарях