Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabo-Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
Kristoffer Velde
Kristoffer Velde (9 sentyabr 1999, Hauqesund[d], Ruqalann[d]) — Norveç futbolçusu, "Ekstraklasa"da çıxış edən "Lex Poznan" FK-nın və U19 Norveç milli futbol komandasının vingeri. == Karyera == Kristoffer Velde "Kopervik"də gənclər komandasında çıxış etmişdir. O, 2013-cü il mövsümünü "Vard"ın gənclərdən ibarət heyətində keçirmiş, ardınca "Kopervik"ə qayıtmış və 2015-ci ildə "Högesunn"un heyətinə qoşulmuşdur. Velde 2017-ci ildə əsas komandada debüt etmişdir. O, həmin U19 Norveç milli futbol komandasında çıxış etmişdir. 2019-cu ilin yanvar ayının əvvəlində Veldenin 2019-cu il mövsümü üçün "Nest-Sotra" klubuna icarəyə verildiyi açıqlanmışdır. İcarə 2019-cu ilin aprel ayının əvvəlində dayandırılmışdır. O, 2022-ci ilin yanvarında Polşanın "Lex Poznan" klubuna keçmişdir. == Şəxsi həyat == Ona "Veldinyo" ləqəbi verilmişdir.
Vərdə (Sərdəşt)
Vərdə (fars. ‎‎ورده‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (104 ailə).
Vəznə (Sulduz)
Vəznə (fars. وزنه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (85 ailə).
Əynul-Vərdə
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Kabo-Verde Respublikası
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo-Verde bayrağı
Kabo-Verde bayrağı — Kabo-Verdenin dövlət bayrağı.
Kabo-Verde gerbi
Kabo-Verde gerbi — Kabo-Verdenin Dövlət gerbi. == Tarixi == 1992-ci ildə qəbul olunub. == Mənası == Mərkəzdən başla: Eyni tərəfli mavi rəngli üçbucaq birlik, vətəndaş huqlarinin birliyi, aq məşəl mustəqillik, hansi ki illərlə mübarizədə qazanildi Portugal dilində yazilan " Respublica Kabo-Verde" Uç üfüqi xətlər dəniz mənasi İki bağlı dairə Uzgəc - ədalət və ləyaqət uç baglantili zingir və iki palma budagi əhalinin quraqliqda birliyi 10 ulduz ( hər tərəftə 5 ədədt) dövlətin 10 ədət adasi mənasini daşiyir. Uldulzlar dövlət bayraginda da var.
Kabo-Verde himni
Cântico da Liberdade (azərb. Azadlığ mahnısı‎) — Kabo-Verde dövlət himni.
Keyp-Verde alabayquşu
Keyp-Verde alabayquşu (lat. Tyto detorta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Riu-Verde FK
Riu-Verde Futbol Klubu — Riu-Verde kimi də tanınan, 17 dekabr 1991-ci ildə təsis edilən və Masu-Qrosu-du-Sul ştatının Riu-Verde-de-Matu-Qrosu şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub 17 dekabr 1991-ci ildə təsis edilmişdir. Riu-Verde 2004-cü ildə Sul-Matu-Qrossense Liqasının İkinci Səviyyəsinin qalibi olmuşdur. Sul-Matu-Qrossense Liqasının İkinci Səviyyəsi: Çempion (1): 2004 Riu-Verde Futbol Klubu öz ev oyunlarını Estadio Sezario Balbino de Freytas stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 3000 nəfərə bərabərdir.
Əynul-Vərdə döyüşü
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Vədə (film, 2016)
Vədə (ing. The Promise) — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmidir. Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır.
Azərbaycan–Kabo-Verde münasibətləri
Azərbaycan–Kabo-Verde münasibətləri — Azərbaycan Respublikası ilə Kabo-Verde Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulmuşdur.
Mariyan op den Velde
Mariyan op den Velde (d. 9 yanvar 1971) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mariyan op den Velde, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Esays van de Velde
Esays van de Velde (nid. Esaias van de Velde; 17 may 1587, Amsterdam, Hollandiya qraflığı – 18 noyabr 1630, Haaqa) — Van de Velde ailəsindən olan holland rəssamı və qravüraçısı. == Həyatı == Antverpenli rəssam Hans van de Veldenin oğlu Esays 17 may 1587-ci ildə vəftiz olunub. Dövrün məşhur rəssamları Qilis van Koninqslo və David Vinkbunsun yanında təhsil alıb. 1612-ci ildə Müqəddəs Luka Gildiyasının ustası olub. Haarlemdə cəmi bir neçə il işləsə də, 1610-cu ildən 1618-ci ilə qədər Esays van de Velde Hollandiya mənzərəsinə yeni, emosional aspekt təqdim edən Haarlem rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur. Ayrı-ayrı insan fiqurları olan mənzərələrdən əlavə, Esays vedata və məişət janrında rəsmlər çəkib. Esays van de Veldenin sonrakı işi kompozisiyaları və parlaq rəngləri ilə seçilir. Rəssam bir çox döyüş rəssamları nəsilləri üçün örnək olan süvari döyüşlərini, döyüş səhnələri və duelləri üslubunda olan batal janrında rəsmlər çəkmişdir. O, Oranj şahzadələri (Hollandiya monarxları) Moritz və Frederik Henrinin saray rəssamı idi.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Bezne
Bezne (fr. Bézenet, {{dil-oc|Besenet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 587 nəfər (15-64 yaş arasında) 382 nəfər iqtisadi cəhətdən fəal, 205 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,1%, 1999-cu ildə bu göstərici 59.0% idi). İşləyən 382 nəfərdən 337 nəfərdən (194 kişi və 143 qadın), 45 nəfər işsizdir (17 kişi və 28 qadın). 205 hərəkətsiz 24 nəfər arasında şagird və ya tələbə, 76 nəfər təqaüdçü, 105 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Məzdək
Məzdək Bamdad oğlu (V əsr – 529 və ya 531) — yeni din yaradıcısı, islahatçı. Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad oğlu klassik feodal cəmiyyətində indiyədək kimsənin cürət etmədiyi baxışlarla çıxış etdi. Nəyə görəsə, Qərb dünyasının hələ əsrlər sonra düşünəbiləcəkləri dəyərləri daha öncə qəbul etdirməyə çalışan Məzdəkin adı mənbələrdə yalnız "ümumi qadın" fikrini ön plana çəkən bir "zındıq" kimi çəkilib. Ümumiyyətlə, ərəb-fars tarixçiləri bu cür məsələlərə xüsusilə önəm verirdilər. Babəkin 20 ildən artıq apardığı azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə iləsə məşğul olduqlarını özlərinin elmlərinə daha çox layiq bilirdilər. Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə də, Məzdək Bəmdad oğlunun teoloji, liberal və sosial baxışlarına xüsusi yer verəcəyik. Teoloji baxış-Məzdəkiliyə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır.
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Qəznə
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Qəzvə
Qəzvə (ərəb. غَزْوَة‎) — Hz. peyğəmbərin iştirak etdiyi döyüşlərə deyilir (istər savaşsın istər savaşmasın). Bədr, Uhud və Xəndək Peyğəmbərin ən mühüm qəzvələrindəndir. Peyğəmbərin qəzvələrinin sayında tarixçilər ixtilaf ediblər. Bəziləri 26 bəziləri isə 27 qəzvə qeyd ediblər. Qəzvə (Ğ,Z,V) maddəsindən yaranıb. Lüğətdə döyüşmək deməkdir. İsmi faili Qazi-düşmənlə döyüşə getmək və onu qarət etmək,cəmi isə Quzzatdır. İstilahda isə Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərə qəzvə, şəxsən iştirak etəyib rəhbərliyi təyin etdiyi bir komandirə verdiyi döyüşlərə isə Səriyyə.
Qəzzə
Qəzzə və ya Qəzza — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzzə bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səznə
Səznə (fars. سزنق‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Teyde
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Vedrə
Vedrə — maye və qırıntı materiallarının saxlanması və kiçik məsafələrə nəql olunması üçün istifadə olunan qab. İlk dəfə vedrələrdən Bibliyada istifadə olunmuşdur. Vedrələrin həcmi 3 -30 litrə qədər olur, amma əvvəllər vedrələrin həcmi təxminən 12 litr olurdu.
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: Birrəngli Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. Damalı Dama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.