Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komu Vnız
Komu Vnız (ukr. Кому Вниз) - 1988-ci ildə Kiyevda yaranmış Ukraynanın rok qrupudur.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Viz Media
VIZ Media, LLC — manqa və anime nəşr edən amerika kompaniyası .
Hüseyn Vaiz Kaşifi
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504, Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair. == Həyatı == İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.
Mirzə Hüseyn Vaiz
Mirzə Hüseyn Vaiz (?-1955) — Məşrutə hərəkatının üzvü. Şeyx Həsən Rüşdiyyənin xalası oğludur. == Həyatı == Mirzə Hüseyn Vaiz Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə məsciddə vaiz kimi xidmət etmişdi.Qafqaza gediş-gəlişi sayəsində azadxahlara meyl etmişdi.Siyasi azadlıq uğrunda mübarizə qalxmışdı. 1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şah Qacarın Məsrutə fərmanını imzalamasıyla genişləndi. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan götürülməsi, ədalətin və müstəqilliyin bərpası şüarı altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı. Mirzə Hüseyn Vaiz məşrutəpərəstlərə qoşuldu.Təbriz əncüməninin başçısının müavini olmuşdu.Eynüddövlənin və Şücaüddövlənin Təbriz şəhərini mühasirəsi sırasında Əncümən tərəfindən bu iki irtica nümayəndəsi ilə danışıqlara getmişdi.Təbrizin işğalı dönəmində 6 ay Mirzə Hüseyn Mağazanın evində gizlənmişdi.Sonra tutulmuş Hacı Şücaüddövləyə təhvil verilmişdi.Rusiya səfirinin xahişi ilə ölümdən qurtulmuşdu. Əncümən sədri Bəsirəssəltənə və İclaülmülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz - fransız konsulluqlarında bəstə oturdular.
Seyid Cəmaləddin Vaiz İsfahani
Seyid Cəmaləddin Vaiz İsfahani (1862–1908) — ruhani, inqilab xadimi. == Həyatı == 1862-ci ildə İranın İsfahan şəhərində doğulmuş, 1908-ci ildə Tehranda vəfat etmişdir. O, İsfahanın qədim seyid nəsli olan Sədrlər ailəsindən çıxmışdı. Sədrəlmühəqqiqin ləqəbini daşıyırdı. Dini – dünyəvi təhsilini valideynlərindən, üləmalardan və məktəbdarlardan almış, ərəb, fars, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı olmuşdur. Seyid Cəmaləddin Vaiz İsfahani 1906-cı ilin 9 iyulunda Tehranda digər natiqlər -Şeyx Məhəmməd Vaiz və Mirzə Nəsrullah Məlikülmütəkəlliminlə tutulmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Andız
Andız (lat. Inula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Latın dilində "Inula" adlanır. Lüğəti mənası inaein — təmizləmək deməkdir. Köklərində 44% inulin vardır. Bəlğəmgətirici və sidikqovucu dərmanların hazırlanmasında, yaraların sağalmasının tezləşdirilməsində geniş istifadə olunur. Xalq təbabətində təmizləyici xüsusiyyətinə görə şəkər xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan florasında 13 növü geniş yayılmışdır. == Növləri == Inula acaulis Schott & Kotschy ex Boiss. Inula acuminata Royle ex DC. Inula angustifolia DC. Inula arbuscula Del.
Ağız
Ağız İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur.Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir.Altda: Ağız döşəməsi olur. Ağız döşəməsi, dilin ekstrinsik əzələləri, submandibular və sublingual tüpürcək bezlərini ehtiva edər. Mandibula nın corpusu isə ağız döşəməsini ətraflar.
Caiz
Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
Faiz
Faiz — ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar:0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. == Ad == Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. == Coğrafiya == Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. == Milli etnik tərkib == == İdman == Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Linz
Lins (alm. Linz‎) — Avstriyanın mühüm şəhərlərindən biri.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Quiz
Quiz (fr. Gouise) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03124. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 224 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 149 nəfərin (15-64 yaş arasında) 109 nəfəri iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.2%, 1999-cu ildə 75.6%). Fəal olan 109 nəfərdən 104 nəfər (64 kişi və 40 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi. 40 hərəkətsiz 17 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İçiz
İçiz şanyü (e. ə. II əsr – e.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır. == Ailəsi == O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi.
Əkiz
Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar.
Əngiz
Əngiz - Vedi nahiyəsi kənd. == Tarixi == Böyük Qarabağ kəndinin yaxınlığında yerləşirdi. Kəndin adı 1590 və 1727 adı keçir «İrəvan əyalətinin icmal dəftəri»ndə, qeyd edilmişdir.
Əniq
Əniq (Qusar)
Ənıx
Əniq (Qusar)
Əziz
Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı.Əziz ƏliyevƏziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Əziz Əliyev (kinoprodüser) — kinoprodüser, İTV-də musiqi, əyləncə, ədəbi verilişlər departamnetinin direktor müavini.OxşarƏl-Əziz (ər. العزيز) — Allahın adlarından biri.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. == Yeri == Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.