Hüseyn Vaiz Kaşifi

Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı1504[1], Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair.

Hüseyn Vaiz Kaşifi
Molla Hüseyn Vaiz Kaşifinin türbəsi
Molla Hüseyn Vaiz Kaşifinin türbəsi
Doğum tarixi 1461
Doğum yeri
Vəfat tarixi 1504[1]
Vəfat yeri
Fəaliyyəti yazıçı, astronom, riyaziyyatçı
Əsərlərinin dili fars dili
Vikimənbənin loqosu Hüseyn Vaiz Kaşifi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.

Caminin ölümündən (1492) sonra Heratdan ayrılan Kaşifi 910 (1504–1505) -cu ildə Səbzəvarda vəfat etdi. Türbəsi Səbzəvarın cənubi-qərbində Dərvazə-i Nişapurdadır.

  • Mahmud Anbarani, "Müruri bər zindəgani-yi Kaşifi", Keyĥan-ı Əndişə, Qum 1370/1992, s. 83–89;
  • T. W. Arnold, "Kaşifi", İA, VI, 413–414;
  • Gholam Husein Yousofi, "Kāѕћifī",
  • EI² (İng.), IV, 732–733;
  • DMF, I, 2145;
  • Dehxuda, Lüğətnamə (Muin), XXI, 15886–15887.
  1. 1 2 Bibliothèque nationale de France Ḥoseīn Vāʿeẓ Kāšfī // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.