Mirzə Hüseyn Vaiz

Mirzə Hüseyn Vaiz (?-1955) — Məşrutə hərəkatının üzvü. Şeyx Həsən Rüşdiyyənin xalası oğludur.

Mirzə Hüseyn Vaiz
Mirzə Hüseyn Vaiz Təbrizi
Doğum yeri Təbriz, İran
Vəfat tarixi
Vəfat yeri Təbriz, İran
Fəaliyyəti inqilabçı

Mirzə Hüseyn Vaiz Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə məsciddə vaiz kimi xidmət etmişdi.Qafqaza gediş-gəlişi sayəsində azadxahlara meyl etmişdi.Siyasi azadlıq uğrunda mübarizə qalxmışdı.

1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şah Qacarın Məsrutə fərmanını imzalamasıyla genişləndi. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan götürülməsi, ədalətin və müstəqilliyin bərpası şüarı altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı.

Mirzə Hüseyn Vaiz məşrutəpərəstlərə qoşuldu.Təbriz əncüməninin başçısının müavini olmuşdu.EynüddövləninŞücaüddövlənin Təbriz şəhərini mühasirəsi sırasında Əncümən tərəfindən bu iki irtica nümayəndəsi ilə danışıqlara getmişdi.Təbrizin işğalı dönəmində 6 ay Mirzə Hüseyn Mağazanın evində gizlənmişdi.Sonra tutulmuş Hacı Şücaüddövləyə təhvil verilmişdi.Rusiya səfirinin xahişi ilə ölümdən qurtulmuşdu.

Əncümən sədri Bəsirəssəltənəİclaülmülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz - fransız konsulluqlarında bəstə oturdular.

Mirzə Hüseyn Vaiz 1955-ci ildə vəfat edib.Təbrizin "İmamiyyə" gorgahında dəfn olunub.

Mirzə Hüseyn Vaiz Abdulla adlı oğlu var.

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.