Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Molla Rəfiəddin Məhəmməd | |
---|---|
ملا رفیع الدین محمد واعظ قزوینی | |
Doğum tarixi | |
Doğum yeri | Səfiabad,Qəzvin, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Səfiabad,Qəzvin, İran |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili, Fars dili |
وورما چوق رنگ گولوم عارض جانانیمیزه/ Vurma çox rəng gülüm areze cananımıza
گیرمه ای باده گلرنگ بیزیم قانیمیزه/ Girmə ey badeye gülrəng bizim qanımıza
اول نه رخ دور نه طراوت که اونین فیضیندن/ Ol nə roxdur nə təravət ki onun feyzindən
گول اولور خار اگر ال وورا دامانیمیزه/ Gül olur xar əgər əl vura damanımıza
اول نه لب دیر نه حلاوت دیر بو/ Ol nə ləbdir nə həlavətdir bu
که شکر سؤزلری اود سالدی بیزیم جانیمیزه/ ki şəkər sözləri od saldı bizim canımıza
نئجه کیم غنچه سیراب گؤلر شبنمدن/ necə kim qunçeye sirab gülər şəbnəmdən
اول گؤلر یوزلی گولر دیده گیریانیمیزه/ Ol gülər yüzlü gülər dideye geryanımıza
گون گیبی سیره قلج دون پئجه بیزدن گئچدین/ Gün gibi seyrə qılıç dün gecə bizdən keçdin
نه بیلر سن کی نه گون گئچدی یازیق جانیمیزه/Nə bilirsən ki nə gün keçdi yazıq canımıza
خار راه اولدو مسیحا کیبیه بیر سوزن/ Xare rah oldu məsiha kibiyə bir suzən
وای اگر بخیه یئتسه گریبانیمیزه/ Vay əgər bəxiyə yetsə gəribanımıza
ساییلور داداودهش خلق جهان ایچره بو گون/ Sayılır dado dəheş xəlqi cəhan içrə bu gün
وئره فتوا اگر اول خصم بیزیم قانیمیزه/ Verə fətva əgər ol xəsm bizim qanımıza
رزقیمیز غصه دین از بس که بوغازدا دوکولور/Rezqimiz qussədir əz bəs ki boğazda dökülür
نه عجب سایه لر آبیمیزی دانیمیزه/ Nə əcəb sayələr abimizi danımıza
مدعی بیرله سوزوم واردی سخنورلیکده/Müddəi birlə sözüm vardi soxənvərlikdə
قانی بیر حاکم عادل یئسه دیوانیمیزه/Qanı bir hakimi adil yesə divanımıza
قانی بیر دیللی فغان عرض ائده واعظ سوزومو/ Qanı bir dilli fəğan ərz edə Vaiz sözümü
بیزه تورکو دئین اول یار سخندانیمیزه/ Bizə türkü deyən ol yare soxəndanımıza