Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bob Veaton
Bob Veaton (28 dekabr 1941, Viktoriya) — Kanadalı keçmiş üzgüçü. Bob Veaton Kanadanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bob Veaton birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.7 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Vlatko Lozanoski
Vlatko Lozanoski (mak. Влатко Лозаноски) — 27 iyun 1985-ci ildə Makedoniyanın Kiçevo şəhərində anadan olan və daha çox "Lozano" ləqəbi ilə tanınan Makedoniyalı müğənni. Vlatko Lozanoski Esma Recepova ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Makedoniyanı "Pred Da Se Razdeni" mahnısı ilə təmsil edib. Onlar 2-ci yarımfinalda—16 may 2013-cü il tarixində 3-cü nömrə altında çıxış etdilər və 28 xalla ən sonuncu—16-cı yerdə qərarlaşaraq finala keçə bilməyiblər. Bu da Makedoniyanın Avroviziya tarixində ən pis nəticəsi oldu.
NATO
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Anton Vayno
Anton Vayno (est. Anton Vaino, rus. Анто́н Эдуа́рдович Ва́йно; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən). == Həyatı == 17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir. 2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur. Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur.
Antuan Vatto
Antuan Vatto(fr. Jean Antoine Watteau; 10 oktyabr 1684[…], Valansyen, Eno qraflığı, Fransa krallığı – 18 iyul 1721[…], Nojan-sür-Marn, Fransa krallığı) — fransız boyakarı. == Həyatı == Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.
Karl Vayno
Karl Vayno (est. Karl Vaino, rus. Карл Ге́нрихович Ва́йно; 28 may 1923, Tomsk – 12 fevral 2022, Moskva) — Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1978–1988). == Həyatı == 28 may 1923-cü ildə Tomsk şəhərində eston kommunisti Henrix Vaynonun ailəsində anadan olmuşdur. 1978–1988-ci illərdə Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləmişdir. Estoniyada etirazların başlamasından sonra vəzifəsindən çıxarılmış, Moskvaya, Sov. İKP MK-da vəzifəyə təyin olunmuşdur. Son illərə qədər Moskvada yaşamışdır.
NATO sammiti
NATO sammiti (ing. NATO summit) — Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin dövlət və hökumət başçılarının təşkilatın strateji istiqamətini qiymətləndirmək və müəyyən etmək, habelə yeni Baş katibin seçilməsi qaydalarını təsdiq etmək üçün vaxtaşırı baş tutan görüşü. Sammitlərin yeri və vaxtı Şimali Atlantik Şurası tərəfindən müəyyən edilir. 1949-cu ildə NATO-nun yaranmasından bu yana otuzdan çox NATO sammiti keçirilmmişdir. Sonuncu müntəzəm sammit 2019-cu ilin dekabrında Şimali Makedoniya Respublikasının ittifaqa qoşulmaq qərarına gəldiyi zaman Londonda baş tutmuşdur.
NATO ölkələri
Nato üzvü olan ölkələr — NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 32 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub. 32 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), otuzunda isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə üzv olub.
NATO əlifbası
NATO əlifbası – ən çox istifadə olunan radio əlifbası. Hər ingilis hərfinə bir kod sözü aiddir, buna görə bütün məlumat, o cümlədən rəqəmlər dildən asılı olmayaraq anlaşılır. Əlifba Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən tərtib edilmiş, ən çox NATO-da işlədilir. Digər beynəlxalq təşkilatlarda da istifadə olunur.
Nano morfostrukturlar
Nanomorfostrukturlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) — geoloji strukturların ən xırda elementlərinə uyğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Nato (müğənni)
n. A. T.o. (Və ya doğum adı ilə: Natalya Şevlyakova, doğ. 1979, Gürcüstan SSR, Tiflis), Rus və Gürcü mənşəli Rusiya vətəndaşı müğənni. Ümumiyyətlə kliplərində göründüyü üzrə bir müsəlman kimi niqablıdır. Tacik, Fars və Özbək dillərini çox yaxşı dərəcədə bilir və o dillərdə müxtəlif mahnıları vardır. Yaxını İvan Şapovalov tərəfindən kəşf edilmişdir. Mahnılarının mövzusu ümumiyyətlə döyüş, sülh, terrorizm mövzulu olub dünyaya ictimai mesaj verməkdir. 11 Sentyabr hücumlarının ildönümündə, Moskvada 2004-cü ildə bazara çıxmışdır. İlk çıxdığından sonra müəyyən bir müddət şəxsiyyəti gizli tutulmuş və deşifrə edilməmişdir.
Nato Vaçnadze
Nato Vaçnadze (gürc. ნატო ვაჩნაძე; 4 (17) iyun 1904, Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 14 iyun 1953, Zuqdidi) — Sovet gürcü səssiz və səsli film aktrisası. Gürcüstan SSR xalq artisti (1941), RSFSR-nin əməkdar artisti. İkinci dərəcəli Stalin mükafatı laureatı (1941). Aktrisa və rejissor Kira Andronikaşvilinin böyük bacısı. == Bioqrafiyası == 1 iyun (14) 1904 -cü ildə Varşavada anadan olub. Hussar polkovniki Şahzadə Georgi Andronikov (1875-1911) və Ekaterina Semyonovna Slivitskayanın (1877-1947) dörd övladından ikincisidir. 1919-cu ildən gələcək aktrisa Prometey kibrit fabrikində, daha sonra musiqi müəllimi olaraq çalışır. Tiflisdəki bir fotoqrafın pəncərəsindəki Nato portretini 1923-cü ilin yazında Dövlət Sənaye Komitəsinin idarəçisi görür. Qız daha sonra yaşadığı Gürcaani şəhərində tapılır və ona iki rol təklif olunur: Hamo Beknazaryanın "Ata qatili" və Vladimir Barskinin "Quldur Arsen" filmi.
Tata Nano
Tata Nano — Hindistanın Tata Motors şirkətinin istehsal etdiyi avtomobil markası == İdeya == Velosiped və ya motosikletə dörd nəfərin mindiyi Hindistan şəhərlərini avtomobillə doldurmaq və insanların təhlükəsizliyini təmin etmək üçün iş adamı Ratan Tata yığcam və ucuz maşın hazırlamaq qərarına gəlir. Tezliklə "Chrysler CCV" və 1984-dən bəri Hindistanda yığılan "Maruti 800"-ün bazasında yeni model hazırlanır. Bu avtomobil də "Chrysler" kimi kompozit materialdan hazırlanmışdı. Avtomobilin mühərriki "Bosch" firması ilə birgə hazırlanır. Sadə quruluşlu mühərrik az yer tutması üçün arxada, oturacaqların altında yerləşdirilir. Avtomobil 2008-ci il yanarında Dehli avtosalonunda təqdim edilir və bundan sonra seriya istehsal başlayır. 2009-cu ildə isə avtomobilin Avropa bazarına çıxarılacağı barədə xəbərlərə isə Avropa mediası kinayə qarışıq rişxəndlə yanaşır. == Parametrlər == Bu avtomobil standartlara uyğunluq baxımından avropalıları, təchizat etibarilə isə Azərbaycan alıcısını razı sala bilməz. Avtomobildə heç bir elektrik avadanlığı, o cümlədən salon qızdırıcısı və ventilyator yoxdur. Sükan gücləndiricisi olmayan avtomobildə cəmi bir şüşəsilən və 1 güzgü var.
Vano Zodelava
Vano Zodelava (gürc.
Vato Arveladze
Vato Arveladze (4 mart 1998) — gürcüstanlı futbolçu. == Karyerası == === Neftçi === 8 avqust 2022-ci ildə "Neftçi" ilə 1+1 illik müqavilə imzaladı. "Neftçi" də ilk matçına 14 avqust 2022-ci ildə keçirilən Neftçi-Kəpəz matçının 75-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 5–2 hesablı qələbəsi ilə başa çatıb. 22 iyun 2023-cü ildə "Neftçi" Vato Arveladze ilə yolları ayırdığını açıqladı.
Azərbaycan–NATO münasibətləri
Azərbaycan-NATO əlaqələri — Azərbaycan və NATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi. == Tarixi == Azərbaycan 18 oktyabr 1991-ci ildə, SSRİ dağılandan sonra, digər postsovet ölkələri kimi yenidən müstəqilliyini qazandı. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və aprelin 23-də NATO-nun Baş katibi Haviyer Solanaya təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.
Azərbaycan–NATO əlaqələri
Azərbaycan-NATO əlaqələri — Azərbaycan və NATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi. == Tarixi == Azərbaycan 18 oktyabr 1991-ci ildə, SSRİ dağılandan sonra, digər postsovet ölkələri kimi yenidən müstəqilliyini qazandı. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və aprelin 23-də NATO-nun Baş katibi Haviyer Solanaya təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.
Gürcüstan və NATO
NATO - Rusiya münasibətləri
NATO baş katibi
NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər. Hal-hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.
NATO baş katibləri
NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər. Hal-hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.
NATO kod adı
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar. Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. == Adlandırma qaydaları == NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır. === Kod adları === A — hava-hava tipli raketlər (Air-to-Air missiles) B — bombardman təyyarələri (Bomber) C — yük təyyarələri (Cargo) F — qırıcı təyyarələr (Fighter) G — yer-hava tipli raketlər (Ground-to-Air) H — vertolyot (Helicopter) K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
İvan İvanov-Vano
İvan Petroviç İvanov-Vano (rus. Иван Петрович Ивонов-Вано; d. 8 fevral 1900, Moskva, Rusiya imperiyası - ö. 25 mart, 1987, Moskva, Rusiya) — sovet kinorejissoru, rəssam və ssenari müəllifi. SSRİ Xalq Artisti (1985). == Mükafatları == SSRİ Xalq Artisti (1985) RSFSR xalq artisti (1969) Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı (1970) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni iki dəfə "Qırmızı əmək bayrağı" ordeni == Filmoqrafiya == Üç muşketyor (cizgi filmi, 1938) Moydodır (cizgi filmi, 1939) Qış nağılı (cizgi filmi, 1945) Qazlar və qu quşu (cizgi filmi, 1949) Qar qızı (cizgi filmi, 1952) Meşə konserti (cizgi filmi, 1953) Cəsur dovşan (cizgi filmi, 1955) On iki ay (cizgi filmi, 1956) Dostluq haqqında mahnı (cizgi filmi, 1957) Buratinonun macəraları (cizgi filmi, 1959) Sehrli göl (cizgi filmi, 1979) Çar Sultan haqqında nağıl (cizgi filmi, 1984) == Mənbə == Сергей Капков. Энциклопедия отечественной мультипликации. М: Алгоритм, 2006. Иванов-Вано Иван Петрович. Советская энциклопедия.
Gürcüstan–NATO münasibətləri
NATO ilə Gürcüstan arasındakı münasibətlər 1992-ci ildə, müstəqillik əldə edən Gürcüstanın Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildə Avro-Atlantik Tərəfdaşlıq Şurası olaraq dəyişdirilməsi) qoşulması ilə başladı. Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına (1994) və Planlaşdırma və Analiz Prosesinə (1999) qoşulması ilə bu əməkdaşlıq daha da dərinləşdi və genişləndi. 2003-cü il inqilabından sonra Gürcüstan bu təşkilata daxil olma ehtimalı ilə NATO ilə əlaqələri gücləndirmək üçün səy göstərməyə başladı. Bu öhdəlik 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində dəstəkləndi. 2008-ci ilin sentyabrında NATO-Gürcüstan Komissiyası (AMG) Buxarestdə başlayan bir prosesə rəhbərlik etmək üçün işə başladı. NATO ilə Gürcüstan arasındakı münasibətlərdə problem, Rusiyanın 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiya ərazisində rus qoşunlarının olmasıdır. == Tarixi == Sovet İttifaqının süqutundan sonra Gürcüstan müstəqillik qazandı, burada etniklərarası qarşıdurmalar, rəqib siyasi qüvvələr arasında hakimiyyət və təsir uğrunda silahlı mübarizə getdi. Artıq 1991-ci ilin payızında müstəqilliyini elan edən Cənubi Osetiyada genişmiqyaslı qanlı toqquşmalar baş verdi. 1992-ci ilin yayında Abxaziyada silahlı toqquşmalar başladı. Münaqişə geniş ərazilərin demək olar ki, tamamilə dağıdılmasına və kütləvi köçkünlüyünə səbəb oldu.