Azərbaycan–NATO əlaqələri

Azərbaycan-NATO əlaqələriAzərbaycanNATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir.[1] Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi.[2]

Azərbaycan–NATO münasibətləri
NATO və Azərbaycan
 NATO  Azərbaycan
Avropa ölkələrinin NATO ilə əlaqələri
Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş poçt markası
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. 21 dekabr 2021-ci il

Azərbaycan 18 oktyabr 1991-ci ildə, SSRİ dağılandan sonra, digər postsovet ölkələri kimi yenidən müstəqilliyini qazandı. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı.[3] SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və aprelin 23-də NATO-nun Baş katibi Haviyer Solanaya təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu.[2] Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.[4]

NATO Siyasi Komitəsi 12 may 1998-ci ildə Azərbaycanın "19+1" formatında SNT-da iştirakını müzakirə etdi. 15 noyabr 1998-ci il tarixində SNT SOFA və onun Əlavə Protokolu Azərbaycan tərəfindən imzalanmışdır. 1999-cu ilin sentyabrında Qafqazda regional əməkdaşlığı araşdırmaq üçün EAPC xüsusi işçi qrupu yaradılmışdır.[4]

Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu.[4] 28 iyun 2004-cü ildə İstanbul Zirvəsində Qafqaz bölgəsi müzakirə edildi və üzv dövlətlər Qafqaz və Orta Asiya üzrə nümayəndə vəzifəsi yaratmaq qərarına gəldilər.[5] Sentyabrın 15-də NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edildi.[6]

İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün genişləndirildi. Prezident, 17 sentyabr 2004-cü ildə FTP sənədində göstərilən təhlükəsizlik sektorunda islahatlar həyata keçirmək məqsədilə Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupunun yaradılması haqqında fərman imzaladı. Azərbaycanın ilk FTP-ı 27 may 2005-ci ildə MAK tərəfindən təsdiq edildikdən sonra, İlham Əliyev FTP-ın icrası haqqında avqustun 3-də fərman imzaladı. 7 mart 2008-ci ildə ikinci FTP haqqında NATO ilə Azərbaycan arasında müqavilə imzalandı.[4] Azərbaycan birinci (2005-2007), ikinci (2008-2010), üçüncü (2011-2013)[1] və dördüncü dövr (2015-2016) üçün NATO-Azərbaycan FTP sənədlərini tamamladı.[7]

NATO-ya üzv ölkələr 28-29 noyabr 2006-cı ildə Riqada keçirilən Şimali Atlantika Şurası toplantısında,[8] 2-4 aprel 2008-ci ildə Buxarestdə keçirilən NATO/EAPC və ISAF[9] və 3-4 aprel 2009-cu ildə Strasburqda[10] keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Azərbaycan Prezidenti 2012-ci ildə Çikaqoda,[2][3] 2014-cü ilin sentyabrında Uelsdə, 2016-cı ilin iyulunda Varşavada[2] NATO Sammiti zamanı Əfqanıstanla bağlı Dövlət və Hökumət Başçılarının Görüşlərində iştirak etmişdir.

Sülhməramlı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR) iştirak etmişdir. Azərbaycan 1 sentyabr 1999-cu ildə Kosovoya 34 hərbçidən (32 əsgər, 2 zabit) ibarət bir birlik göndərdi və kontingent Dragasda Türkiyənin rəhbərlik etdiyi 4-cü Mexanikləşdirilmiş Piyada Birliyinin tərkibində fəaliyyətə başladı. Ümumilikdə, Kosovodakı missiyada Azərbaycandan 362 hərbi qulluqçu (345 əsgər, 17 zabit) xidmət etmişdir.[7] Azərbaycanlı hərbi qulluqçular Kosovoda siyasi vəziyyət dəyişdikdən sonra 4 mart 2008-ci ildə KFOR-dakı missiyalarını başa vurdular.[2]

Azərbaycan sülhməramlıları, Hadisa su anbarını qoruyarkən

15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada 151 şəxsi heyətdən (120 əsgər, 31 zabit) ibarət Azərbaycan hərbi kontingenti iştirak etmişdir. Azərbaycanlı qüvvələr Hadisədə yerləşən su anbarının və su elektrik stansiyasının təhlükəsizliyini təmin edirdilər. Azərbaycan 7 dekabr 2008-ci ildə Koalisiya Qüvvələrinin geri çəkilməsi səbəbindən İraqdan qüvvələrini çıxardı.[7][11]

Azərbaycan 15 noyabr 2002-ci ildə Əfqanıstanda ISAF əməliyyatını dəstəkləmək üçün 22 hərbçidən ibarət bir hərbi birlik göndərdi. Azərbaycan Milli Məclisinin 2 oktyabr 2008-ci ildə qəbul etdiyi qərara əsasən, birliklərin sayı iki dəfə artırıldı. 2009-cu ilin fevral ayından etibarən 90 nəfər Azərbaycan şəxsi heyəti ISAF-ın rəhbərlik etdiyi Türkiyə birliyində xidmət edirdi. Azərbaycanlı birliklər Kabildə yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi sursat anbarının təhlükəsizliyini və patrul xidmətini yerinə yetirirdilər.

  1. 1 2 FS. "Overview of Azerbaijan-NATO Partnership". www.mfa.gov.az. 2017-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  2. 1 2 3 4 5 FS. "Key milestones of Azerbaijan-NATO Cooperation". nato-pfp.mfa.gov.az. 2019-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  3. 1 2 FS. "Overview of Azerbaijan-NATO Partnership". nato-pfp.mfa.gov.az. 2019-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  4. 1 2 3 4 Azerbaijan-NATO 15 years of partnership (PDF). Mission of Azerbaijan to NATO. 2013-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  5. "NATO Secretary General's Special Representative for the Caucasus and Central Asia". NATO.int. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  6. "Appointment of the NATO Secretary General's Special Representative for the Caucasus and Central Asia". NATO.int. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  7. 1 2 3 "MINISTRY OF DEFENCE OF THE REPUBLIC OF AZERBAIJAN". mod.gov.az (ingilis). 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  8. "Riga Summit Declaration" (PDF). mfa.gov.az. 2013-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-21.
  9. "Bucharest Summit Declaration" (PDF). mfa.gov.az. 2013-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  10. "Strasbourg / Kehl Summit Declaration". NATO.int. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
  11. Nichol, Jim. Armenia, Azerbaijan, and Georgia: Political Developments and Implications for U.S. Interests (ingilis). DIANE Publishing. 2011. 4. ISBN 9781437929331. 2021-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şimali Atlantika Şurası