1. Partlayış nəticəsində dağıtmaq, parçalamaq. Dağı partlatmaq.
– [Firəngiz:] Qabağı kəsən, mane olan sal qayaları necə də partladıb dərəyə endirirlər.
// Partlayış əmələ gətirib dağıtmaq, məhv etmək. Düşmən gəmisini partlatmaq. Elektrik stansiyasını partlatmaq.
2. məc. Güllə ilə vurub öldürmək.
[Sərvər:] Qol qoy, yoxsa partladaram səni!
3. Partlamasına səbəb olmaq (şin və s. haqqında). Şini partlatmaq. Voleybol topunu partlatmaq.
4. Yarıq-yarıq etmək, üzərində dərin çatlar əmələ gətirmək; çatlatmaq. Şaxta dərisini partlatdı. Yağış narları partlatdı.
// məc. Daxili əzab vermək, incitmək, üzüntü vermək (adətən “ürəyini”, “başını” sözləri ilə). Haqsızlıq adamı partladır.
– [İncə:] Dursun dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar.
Beynimdəki qara fikirlər başımı partlatmaq istəyirdi.