Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
GPass
GPass (tam adı: Global Pass) – internet senzura əleyhinə proqramdır, "SOCKS" tunnellərindən istifadə etməklə internetdə məlumat əldə edərkən istifadəçilərin kimliyini qoruyur və işlədilən ərazidə adi halda bloklanmış məzmuna giriş əldə etməyə imkan yaradır. "GPass"-in quraşdırılması kifayət qədər asandır, onu sadəcə endirmək tələb olunur. GPass-ın istifadəsi pulsuzdur. == Skype və GPass == GPass həmçinin ani mesajlaşma və İP üzərindən zəng etmə proqramı Skype-dan istifadə zamanı daha geniş tətbiq olunur. Belə ki, daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər tərəfindən müzakirə olunduğundan Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi.Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır. Həmçinin POST-card qurğusu ilə ana platanın diaqnostikası və yaranmış xətanın hansı sektorda olduğunu bilmək olar.
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. == Sözün mənşəyi == Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. == Etimologiya == "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. == Tarixçə == Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Vatt
Vatt (Vt) (ing. Watt; işarəsi: W) — Elektrik və ya mexaniki güc ölçü vahidi. 1 vatt – 1 saniyədə (s) 1 coul (C) iş görə bilən mexanizmin gücünə deyilir və BS-də güc vahidi olaraq götürülür. N = A/t, burada N-mexaniki güc, A iş, t-bu işi görməyə sərf olunan zamandır. Vatt ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). == Tarixi == === İxtira === Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Avast (brauzer)
Avast Antivirus
Avast Microsoft Windows, macOS, Android və iOS üçün Avast tərəfindən hazırlanmış platformalararası antivirus proqramıdır. Avast Antivirus məhsullarına digər xidmətlər arasında kompüter təhlükəsizliyi, brauzer təhlükəsizliyi, antivirus proqramı, anti-kompüter cəsusluğu və anti-spam təmin edən pulsuz və ödənişli versiyalar daxildir. Avast, 2015-ci ilin fevral ayında Avast for Business adlı pulsuz bir iş məhsulu təqdim etdi. Bu antivirusun qorunması, veb təhdid daraması, brauzerin qorunması və bulud idarəetmə konsolunu özündə birləşdirən platformalararası bir proqram idi. 2017-ci ildən etibarən Avast, bazarda ən populyar antivirus satıcısıdır və antivirus tətbiqetmələri bazarında ən böyük paya sahibdir.
Konçita Vurst
Tomas Noyvirt (alm. Thomas Neuwirth‎, 6 noyabr 1988[…]) — və ya səhnə adı Konçita Vurst kimi tanınan Avstriyalı transvistit müğənni. Konçita Vurst Avstriyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində "Rise Like a Phoenix" mahnısı ilə təmsil etmiş və 290 xalla müsabiqədə ölkəsinə qələbə qazandırmışdır. Müsabiqə sayəsində beynəlxalq səviyyədə şöhrət qazanan müğənni müxtəlif LGBT paradlarına, Avropa Parlamentinə və Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisinə dəvət olunmuşdur. Avstriyanın Qmunden şəhərində anadan olan Tom daha sonra modelyerliyi əsas hədəf götürərək yetkinlik imtahanına hazırlaşmaq üçün ölkənin Qrats şəhərinə köçmüşdür. Təhsilini bitirdikdən sonra 2007-ci ildə musiqi karyerasına başlamaq üçün Avstriyanın Starmania musiqi yarışmasında iştirak etmişdir. O qısa müddətlik fəaliyyətdə olan Jetzt Anders! qrupunun üzvü olmuşdur. O 2011-ci ildən etibarən Konçita Vurst adlandırdığı saqqalı qadın xarakteri kimi səhnə almağa başlamışdır. Konçita Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində öz ölkəsini təmsil etmək üçün "That's What I Am" mahnısı ilə Avstriyanın milli seçim turunda iştirak etmiş, lakin 2-ci yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Pasto (Kolumbiya)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. == Tarixi == Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare == İstinadlar == == Xarici keçidlər == Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Pasto (departament)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. == Tarixi == Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare == İstinadlar == == Xarici keçidlər == Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Piast FK
Piast FK – Polşanın futbol klubu.
Salvia vasta
Salvia vasta (lat. Salvia vasta) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Vaasa Universiteti
Vaasa Universiteti (fin Vaasan yliopisto, isv. Vasa universitet) — Finlandiyanın Vaasa şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1968-ci ildə qoyulmuşdur.
Vasit (el)
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafazası
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.