Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
İranə Qasımova
İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
Vrana gölü
Vrana (xorv. Vransko jezero) — Xorvatiyanın Cres adasında göl. Göl adanın mərkəzində, Cres şəhərindən 12 km cəbda yerləşir. Primorsko-Qoranska jupaniyasının ərazisinə aiddir və regionun önəmli içməli su mənbəyi hesab olunur. Göl əsas atmosfer yağıntıları ilə qidalanır. Gölün sahəsi — 5,8 km², uzunluğu — 7 km, eni isə 1,5 km-dir. Vrana gölü sahəsinə görə Xorvatiyanın altıncı, həcminə görə isə üçüncü böyük təbii gölüdür. Ən dərin yeri — 74 metrdir. Cres adasında olan göllərin içində ən dərin göldür. Göl səthinin dəniz səviyyəsindən hündürlüyü — 16 metr olsa da, mövsümlə əlaqadər yarım metr arasında dəyişə bilir.
Vane (ada)
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Vane adası
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Vane Xorn-Miller
Vane Xorn-Miller (d. 30 noyabr 1975) — Kanadanı təmsil edən su poloçusu. Vane Xorn-Miller, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Aranq
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Branq
Branq (fr. Brangues) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38055. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 225 ilə 315 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Qranj
Qranj (bəzən Seattle sound olaraq da adlandırılar) — 1980-ci illərin ortalarında alternativ rokun bir alt növü olaraq ABŞın Vaşinqton ştatının Sietl şəhərində yaranan musiqi janrı, mədəniyyət və həyat tərzi. Hardkir pank, həvi metal və indi-rokdan təsirlənmişdir. Qranj ümumiyyətlə distorizə edilmiş heavy metalvarı gitara riff'ləriylə qaynaşdırılar. Tərzi ümumiyyətlə aqressiv, depresif, içə dönük, nihilist və vecsizdir. Lüğət mənası "çirkli, dağınıq, qatqısız pox" olan grungenin ad atası isə Mudhoney solisti Mark Armdir. 1980-ci illərin sonu 1990-cı illərin başında məşhur olan bu musiqi axını, 1991 və 1994-cü illər arasında ən yüksək məşhurluğa çatmışdır. Grunge geyim tərzi cırıq yamaqlı cinslər, odunçu köynəkləri və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə pis və dağınıq geyim seçim edilir. Odunçu köynəyi grunge geyiminin təməl daşıdır belə deyiləbilər. Musiqi tərzi olaraq grunge punk'dan daha ağır heavy metaldan daha melodiktir.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
France
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Hyu Qrant
Hyu Qrant (ing. Hugh Grant; 9 sentyabr 1960[…]) — britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib. == Karyerası == Qrant, kinoya ilk dəfə diqqətə Moris filmiylə gəlib. Filmdə canlandırdığı obraz ilə Venesiya Film Festivalında mükafata layiq görülüb. Dünyaca məşhurlaşması isə 4 Toy, 1 Dəfn filminin ardından oldu. Filmdəki roluna görə Qızıl Qlobus, BAFTA mükafatlarına layiq görüldü, həmçinin David di Donatello mükafatına namizəd göstərildi. Sonrakı il Hissiyyat və həssaslıq (1995) filmində rol aldı. Ən yaxşı filmə görə Oskar mükafatına namizəd göstərilən film bu mükafata namizəd göstərilən sayca üçüncü Hyu Qrant film idi.
Hörümçəklər (Aranea)
== Quruluşu == Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır. Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür.