Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Forrester Osey
İşəy (Baymak)
İşəy (başq. Ишәй, rus. Ишей) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 75 km, kənd sovetliyindən (Teməs): 30 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 130 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
İşəy (İşembay)
İşəy (başq. Ишәй, rus. Ишеево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd İşəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 14 km.
Asey Kobayaşi
Asey Kobayaşi (小林 亜星, Kobayaşi Asey, 11 avqust 1932, Hataqaya[d] – 30 may 2021, Tokio) – Yaponiya bəstəkarı və aktyoru. Bəstələdiyi minlərlə televiziya reklamı musiqilərinə və anime mahnılarına tanınır. == Həyatı == Asey Kobayaşi 1932-ci ildə Tokio şəhərində doğulmuş və Keyo Universitetindən məzun olmuşdur. Şirkətlərin birində işlədikdən sonra bəstəkar Tadaşi Hattorinin tələbəsi olmuşdur. 1961-ci ildə "Renown" adlı geyim şirkəti üçün bəstələdiyi "Wansaka Musume" adlı cinqldan sonra tanınmışdır. Bundan sonra bir çox şirkət üçün televiziya reklamı musiqisi hazırlamağa davam etmişdir: "Hitachi" ("Konoki nannoki"), "Suntory" ("Yoru ga kuru"), "Meiji" ("Meiji Chelsea no uta") və "Bridgestone" ("Dokomademo iko"). 1975-ci ildə enka müğənnisi Harumi Miyakonun "Kita no yado kara" mahnısının musiqisini bəstələmişdir. "Himitsu no Akko-chan", "Sally the Witch", "Turn A Gundam", "Science Ninja Team Gatchaman", "Time Patrol Bon", "Wolf Boy Ken", "Japanese Folklore Tales", "Dororon Enma-kun", "Angie Girl", "Asari-chan Ai no Marchen Shōjo", "Hana no Ko Lunlun", "King of Beasts Golion", "Voltus 5" və "Kick no Oni" animeləri üçün mahnılar və musiqilər bəstələmişdir. 1974–1975-ci illərdə Yaponiyada yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialındakı ata obrazını canlandırmış və aktyor kimi də tanınmışdır. === Ölümü === 30 may 2021-ci ildə ürək çatışmazlığı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.
Qərbi Vey
Qərbi Vey (çin. 西魏) ― Cənub və Şimal sülalələri dövründə Şimali Çində mövcud olmuş sülalə. 535-ci ildən 556-cı ilə qədər hakimiyyət sürmüşdür.
Sey Muroya
Sey Muroya (5 aprel 1994, Osaka prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır. Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır. Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.
Tomas Sey
Toni Şey
Toni Şey (ing. Tony Hsieh; d. 12 dekabr 1973) — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi. Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır. Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb. Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Vey Yi
Vey Yi (2 iyun 1999-cu ildə anadan olmuşdur) Çin qrosmeysteridir və şahmat dahisidir. 1 Mart 2013-cü il tarixində Reykyavik Open Turnirində özünün sonuncu qrosmeyster normasını yerinə yetirərək 13 yaş, 8 ay, 23 gün yaşında tarixdə dördüncü, o zaman üçün isə dünyada ən gənc qrosmeyster titulunu qazanır. Vey Çin Şahmat Liqasında Jiangsu Taizhou klubunu təmsil edir. 2007-ci ildə Çin Şahmat Çempionatında B qrupunda mübarizə apardı və qrosmeyster Zhou Jianchao ilə oyunu heç-heçə olmuşdur. 2010-cu ildı 12 yaşlılar arasında Asiya Gənclər Şahmat Çempionatında qalib oldu və eyni diviziyonu Dünya Gənclər Şahmat Çempionatında da qalib gəldi. 2012-nin avqustunda o birinci GM normasını Afinada keçirilən Dünya Gənclər Şahmat Çempionatında yerinə yetirdi. Həmin yarışda Richárd Rapport üzərində qələbə və qalib Alexander Ipatov ilə heç-heçə elədi. Yariş yanvarın 1-də 20 yaşlılara qədər açıq keçirilirdi, Vey o vaxt 12 yaşında idi. Oktyabrda o ikinci GM normas;n; İndoneziya Open Turnirində Michal Krasenkow və Sergey Fedorchuk üzərində qələbəsi ilə yerinə yetirdi. Fevralda o final normasini Reykjavik Open turnirinde 10 oyundan 7½ xal qazanmaqla qorudu.
Vey sülaləsi
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Şey (fəlsəfə)
Şey — maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir Şey o biri Şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. Şeylərin öz aralarındakı eyniyyət və fərq problemi, həmçinin Şeylərin obyekt və predimetdən fərqli problemi mühüm qnoseoloji və xüsusi-elmi problemdir.
Şey Boddinqton
La-Bati-Vyey
La-Bati-Vyey (fr. La Bâtie-Vieille, oks. La Bastia Vielha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 29 hərəkətsiz (fəaliyyət göstərici 81.8%, 1999-cu ildə bu 68.6%) idi. 130 aktiv adamdan 118 nəfəri (64 kişi və 54 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın).
Şato-Vil-Vyey
Şato-Vil-Vyey (fr. Château-Ville-Vieille, oks. Chastèu Vila Vielha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqyuiy kantonuna daxildir. INSEE kodu — 05038. 2008-ci ildə əhalinin sayı 328 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 212 nəfər (15-64 yaş arasında) arasında 165 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.8%, 1999-cu ildə bu 83.3%). Fəal 165 nəfərdən 160 nəfər (88 kişi və 72 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Jan Batist Sey
Jan Batist Sey (fr. Jean-Baptiste Say; 5 yanvar 1767[…], Lion – 14 noyabr 1832) — fransız iqtisadçısı == Həyatı == Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris Universitetinin və Fransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəzriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.
Vey Nisar (Qürvə)
Vey Nisar (fars. وينسار‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,249 nəfər yaşayır (547 ailə). Əhalisini kürdlər təşkil edir.
Vey çayı müqaviləsi
Vey çayı müqaviləsi — Şərqi Göytürk xaqanlığı ilə Tan sülaləsi arasında imzalanan sülh müqaviləsidir. Müqavilə Tan hökmdarının Şərqi Göytürklərə ödəmək məcburiyyətində qaldığı yüksək miqdarda təzminata görə Çin qaynaqlarında “Vey çayı utancı” adı ilə anılmaqdadır. Müqavilənin nəticəsində türk xaqanı İllig xaqan qazanclı olaraq görülsə də, Şərqi Göytürklərə sığınan Sui sülaləsi üzvlərinin geri verilməsini ehtiva edən bu müqavilə göytürklərin Tana qarşı siyasi üstünlüyünü bitirmişdir. 626-cı ilin avqust ayında türk xaqanı İllig xaqan və qardaşı oğlu Tölis Çinə qəfil hücum etdi. Bu hücum digər basqınlardan fərqli olaraq, Tan sülaləsinin paytaxtı Çanqanı ələ keçirmək üçün edilirdi. Hazırlıqsız yaxalanan Tan hökmdarı Li Şimin ordusu ilə türk ordusunun qarşısına çıxmaqdansa, yanına aldığı 8 atlı ilə birlikdə Çanqana yaxınlaşan türk hökmarı İllig xaqanın qərərgahını ziyarətə qərar verdi. İllig xaqan Çin hökmdarını Bian körpüsündə qarşıladı və ki hökmdar arasındakı müzakirələr burada başladı. Tan sülaləsi göytürklərə böyük miqdarda qızıl və gümüş verməyi, bundan əlavə Çinşahzadələrindən birini İllig ilə evləndirməyi qəbul etdi. Təzminat ödənildikdən sonra türk ordusu geri çəkildi. İllig xaqanın paytaxt Çanqana hücum etmədən geri çəkilməsi Şərqi Göytürk dövləti daxilindəki narazılığı artırdı.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Yeva haqqında hər şey
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir. "Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub. Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir.
Qusey Hüseyn
Qusey Səddam Hüseyn Əl-Tikriti (17 may 1966 , Bağdad — 22 iyul 2003 , Mosul) Səddam Hüseynin kiçik oğludur. Keçmiş kəşfiyyat rəisi və Respublika Qvardiyasının komandiri. O və qardaşı Udey Hüseyn 2003-cü ildə ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Kusey Hüseyn 1966-cı il mayın 17-də Bağdadın əl-Kərç rayonunda İraqın gələcək prezidenti Səddam Hüseynin ailəsində anadan olub. 16 yaşında Kusey general Maher Abdel-Rəşidin qızı Səhərlə evləndi. O, Bağdad Universitetinin hüquq fakültəsinə daxil olmuş,1987-ci ildə onu fərqlənmə diplomu ilə ixtisasını bitirmişdi. Kuseynin cəmi 22 yaşı olanda Səddam onu ​​1988-ci ilin əvvəllərində Rumıniya Sekuritatı kimi yaradılmış Amn əl-Has xüsusi təhlükəsizlik xidmətinin direktor müavini təyin etdi . Güman edilir ki, 1991-ci ildə ölkənin cənubunda şiə üsyanlarının yatırılmasına məhz Kusey rəhbərlik edib və ölkənin cənubundakı bataqlıqların qurudulması ideyasını ortaya atıb . " Bataqlıq ərəbləri " etnik qrupu min ilə yaxın yaşadı — ümumi meliorasiya bu xalqı tamamilə məhv etdi. Qusay böyük qardaşından daha sakit xasiyyəti ilə fərqlənirdi, bunun sayəsində o, atasının sirdaşı və ehtimal olunan varisi hesab olunurdu: yalnız o və İraq prezidentinin şəxsi katibi Abed Həmid Mahmud Səddamın yerini həmişə bilirdi.
Busot
Busot (isp. Busot) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 33,84 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3257 nəfərə çatmışdır.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Dubay
Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubay əmirliyinin inzibati mərkəzi. == Tarixi == Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir. Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Düzköy
Düzköy (türk. Düzköy) — Trabzon ilinin ilçəsi.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Tuson
Tuson (ing.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.