Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vienna
Vyana (alm. Wien‎, ing. Vienna) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir. Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir.
Vimba vimba
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır.60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur. Vətəgələrdə belə yetişdirilir.
Vimba
Qarasol (lat. Vimba) — balıq cinsi. Bədəni az hündürdür. Ağzı aşağıda və aypara şəklindədir. Udlaq dişləri bir sırada yerləşir, yanlardan basıqdır, sayı adətən 5-5-dir. D III 8 (9), A III (15) 16-22-dir. Anal üzgəci bel üzgəcinin qurtaracağındakı vertikaldan başlayır. Bel üzgəcinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Peysər ilə bel üzgəcinin başlanğıcı arasında pulcuqla örtülü olmayan şırım olur. Bel üzgəcinin qurtaracağı ilə quyruq üzgəcinin başlanğıcı arasında aydın görünən omurğa olur.
Vıhma
Vıhma (est. Võhma) — Estoniyanın mərkəzində, Vilyandimaa bölgəsində şəhər. Türi—Vilyandi dəmiryol qovşağı, həmçinin dəmiryol stansiyası var.
Vimba vimba persa
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. == Yayılması == Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Fabio Vieyra
Fabio Daniel Ferreira Vieyra (30 may 2000) – İngiltərə Premyer Liqasında çıxış edən Arsenalın futbolçusu. == Karyerası == === Portu === Portuda ilk matçına 10 iyun 2020-ci ildə keçirilən Portu-Maritimo matçının 72-ci dəqiqəsində çıxıb.Matç Portunun 1-0 hesablı qələbəsi ilə başa çatıb.Portuda ilk dəfə 5 iyul 2020-ci ildə keçirilən Portu-Belenenses matçında fərqlənib. Matça 64-cü dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Portunun 5-0 hesablı qələbəsi ilə başa çatıb.21 iyun 2022-ci ildə Portudan ayrıldı. === Arsenal === 21 iyun 2022-ci ildə Portudan Arsenala transfer olundu. == Uğurları == === Klub === Portu Portuqaliya Premyer Liqası Qalib (2): 2019/20, 2021/22 Portuqaliya Kuboku Qalib (1): 2022 UEFA Gənclər Liqası Qalib (1): 2018/19 === Şəxsi === == İstinadlar == 1.Fabio Vieyra Soccerway 2.Portu 1-0 Maritimo Soccerway 3.Portu 5-0 Belenenses Soccerway 4.Fabio Vieyra Arsenalda!
Windows Vienna
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi. Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu. 9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı. Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi. == Modifikasiyaları == Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var: === Windows 7 Starter Edition === Windows 7- in ilkin versiyası sayılır.
Qustavo Viera
Qustavo Viera (21 oktyabr 2000-ci ildə Boliviyada anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Liverpul Montevideo klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. == Klub karyerası == === Liverpul === Viera Liverpul akademiyası vasitəsilə inkişaf etmişdir. Viera öz peşəkar karyerasında debütünü 6 may 2017-ci ildə Danubio klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə İqnasio Ramirezi əvəz etmişdir. Həmin görüşdə Liverpul liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Vilma Huqonnay
Kontes Vilma Huqonnay (tam adı: Vilma Huqonnay, mac. Vilma Hugonnai; 30 sentyabr 1847 – 25 mart 1922, Budapeşt) — Macarıstanın ilk qadın həkimi. == Həyatı == Kontes Vilma Huqonnay, Kont Kalman Huqonnay və Pansey Rizanın beşinci övladıdır. O, Sürixdə tibb üzrə təhsilini 1879-cu ildə başa vurmuşdur. Vilma Macarıstana qayıdanda Macarıstanın rəhbərliyi cinsiyyətinə görə onun ixtisasını tanımaqdan imtina etdiyi üçün həkim kimi fəaliyyətinə başlaya bilmədi. 1897-ci ilədək mamaça işləmişdir. Sonradan macar rəhbərliyi onun elmi dərəcəsini qəbul etmiş və beləcə öz tibbi fəaliyyətinə başlaya bilmişdir. Macarıstanda bu ixtisasa yiyələnən ilk qadın 1900-cü ildə Şarolta Ştaynberger olmuşdur. Onlardan heç biri 1913-cü ilə qədər kişi həkimin nəzarəti olmadan fəaliyyət göstərə bilməmişdilər. == İstinadlar == == Ədəbiyyat == Erzsébet Kertész: Vilma doktorasszony.
Vilma Montezi
Vilma Montezi — 1953-cü ildə cəsədi Roma yaxınlığında tapılan italyan qadın. Qadının sensasiyalı qətlinin üstü illər keçməsinə baxmayaraq hələ də açılmayıb. = Haqqında = Qadının cəsədi 1953-cü il aprel ayının 11-də paytaxtın Torvayanika adlı çimərliyində tapılmışdır. Öldürüldüyündə qadın 21 yaşında idi. Ailəsi tərəfindən 9 apreldə polis axtarışına verilmişdi. 1932-ci ildə Romada mühafizəkar bir ailənin qızı olaraq dünyaya gələn Vilmanın cansız cəsədi çimərlik işçisi Fortunato Bellini tərəfindən tapılıb. Dediyinə görə cəsədi aşkar edərkən nahar edirmiş və cəsəd arxasında sahildə uzanıqlı vəziyyətdə imiş. Uzun müddət araşdırmaların aparılmasına baxmayaraq qatilin tapıla bilməməsi hadisənin İtalyanın kriminal tarixinə yazılmasına səbəb olub. Ümumulikdə, proffessional qatilin cəsəd üzərində hər hansı əl izi və sübut qoymaması uzun müddət ölkədə əsas gündəm mövzusu olmuşdur.
Vışka (qəzet)
"Vışka" (qəzet) — həftəlik ictimai-siyasi qəzet. == Yaranma tarixi == 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi “Vışka” qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7. Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi 1939-cu ildə “Vışka”nın “Bakinski raboçi” qəzeti ilə birləşməsi üçün qərar verdi.
Vışka qəzeti

Xulio İemma
Xulio İemma (31 iyul 1984) — Venesuelalı atıcı. Xulio İemma Venesuelanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xulio İemma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 612.7 xal toplayaraq 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Jao Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Juan Bernardu Vieyra

Novoye Vremya (qəzet)
Novoye Vremya — 1868-1917-ci illərdə Peterburqda nəşr olunan gündəlik burjua qəzeti.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. == Həyatı == Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Marta Vieira da Silva
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Marta Vieyra da Silva