Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xuan Xesus Vivas
Xuan Xesus Vivas (isp. Juan Jesús Vivas) — Seuta muxtariyyətinin prezidenti, ispan siyasətçi. Xuan Xesus Vivas İspaniyanın Xalq Partiyasının üzvüdür. 2001-ci ilin 8 fevral tarixindən etibarən Seuta muxtariyyətinin prezidenti vəzifələrini icra edir.
Cinas
Cinas – formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır.Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsi ilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır. Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsi ilə verilir . == İlk baxış == Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. == Komponentlər == EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü.Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi.Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür.Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir. == Qeydlər == == Ədəbiyyat == Вергилий. Буколики VI 43-44; Георгики III 6; Овидий.
Kidas
Kidas və ya Kidus — samur (lat. Martes zibellina) və meşə dələsinin (lat. Martes martes) qarışığı olan bir hibrid. Təbiətdə müşahidə edilirlər. == Təsviri == Kidasların ölçüləri valideynlərin ölçülərindən biraz böyükdür. Kürkün görünüşü və keyfiyyəti, bəzi hallarda daha çox bir samura bənzəyir, digər xüsusiyyətlərinə görə isə meşə dələsini xatırladır. Daha uzun bir quyruğu və boğaz nahiyyəsində sarı ləkələrə sahib olurlar. Bir həyat tərzində görə sanki samurdur. İstər samur istərsə meşə dələsi ilə çütləşsələrdə balaları olmur.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). == İstinadlar == БСЭ.səh.799.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
Nilas
== Nilas == Nilas-su hövzələrində əmələ gələn, qalınlığı 10 sm-ə qədər olan cavan, elastik buz örtüyünə deyilir. Dalğa üzərində, onun formasına uyğun olaraq. Nilas asanlıqla əyilir, parçalandıqda isə laylı, kündəvari yığımlar əmələ gətirir.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir.İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir.Ancaq ayədəki "qadın üçün qadın" sözünün ləğv edilməsi və ayədə adı çəkilməməsinə baxmayaraq, bir müsəlman qeyri-müsəlmanı öldürdüyü zaman qisasın tətbiq ediləcəyi mübahisəli olaraq qalır.Şəriət qanunlarına görə, kölə azad adam öldürəndə qisas alınır, azad adam qul öldürəndə isə qisas almaq olmaz.İslamda cinayətlərlə əlaqəli olaraq qisas institutu mövcuddur.
Qiyas
Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. == İslamda qiyas == Sinni məzhəblərində bu məsələ təzadlı olduğu halda şiəlikdə xüsusi göstəriş olmadıqda, bu cür hökm vermək haramdır.
Sivas
Sivas — Türkiyənin Sivas ilinin inzibati mərkəzi.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı. Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Vıksa
Vıksa — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Aleiş Vidal
Aleiş Vidal (isp. Aleix Vidal; 21 avqust 1989) — "Espanyol" klubunda oynayan İspaniya peşəkar futbolçusu. Əsasən sağ cinah yarımmüdafiəçisi və həm də sağ cinah müdafiəçisi mövqeyilərində çıxış edir.Karyerasının ilk illərində bir sıra aşağı liqa klublarında və ehtiyat komandalarda keçirərək, o, "Almeriya" klubunun heyətində müntəzəm rol aldı və kluba La Liqaya yüksəlməsinə kömək etdi, həmçinin 2015-ci ildə "Barselona" ilə €17 milyon dəyərində müqavilə bağlamadan əvvəl "Sevilya" ilə Avropa Liqasının qalibi oldu. Üç mövsüm sonra o, "Sevilya"ya qayıtdı. İspaniya milli komandası ilə Vidal 2015-ci ildə 1 oyun keçirtmişdir.
Angelica gigas
Angelica gigas (lat. Angelica gigas) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Arturo Vidal
Arturo Erasmo Vidal Pardo (isp. Arturo Erasmo Vidal Pardo; 22 may 1987[…], Santyaqo) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu. == Karyerası == === İlk illəri === 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir. === Bayer Leverkusen === 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır. Vidal, 2007-08 sezonunda 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur. Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur. O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur.
Avena vilis
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi. 17 yaşında beynəlxalq model müsabiqəsində iştirak etmiş, üçüncü yerə çıxmışdır.
Cey Bilas
Cey Bilas (ing. Jay Bilas), (24 dekabr 1963, San Pedro, Kaliforniya, ABŞ)- ABŞ basketbolçusu və aktyoru. Cey Bilas Vendi ilə ailə həyatı qurmuşdur. Onların Viktoriya adlı qızı və oğlu dünyaya gəlmişdi. == Filmoqrafiya == == Maraqlı faktlar == Cey Bilasın boyu 2.03 m-dir.
Dieqo Ribas
Dieqo Ribas (28 fevral 1985, Braziliya) hücumameyilli yarımmüdafiəçi. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.