LİBAS

is. [ ər. ]
1. Paltar, geyim. Səfər libası. Toy libası. Dərviş libası. Hərbi libas.
– Pənbeyi-daği-cünun içrə nihandır bədənim; Diri olduqca, libasım budur, ölsəm kəfənim. Füzuli.
[Mirzə] durub, libasını geyinib, getdi Zeynalın dükanına. Ə.Haqverdiyev.

2. məc. Örtük mənasında.
Dərələr, təpələr bozumtul bir libas geymişdi. M.Hüseyn.

Синонимы

  • LİBAS libas bax paltar
  • LİBAS paltar
LİANA
LİBASLI

Значение слова в других словарях