Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hayduk
Hajduk (Bolqar: хайдутин, Ermənicə: Հայդուկ, Macarca: hajduk, Makedonca: ајдут, Rumın: haiduc, Serbcə: хајдук, Türkcə: haydut) xüsusilə 19-cu əsrdə Balkanlarda, Orta və Şərqi Avropada qanun qaçaqları, quldurlar və müstəqillik döyüşçüləri üçün istifadə edilən ümumi termindir.Balkan ənənəsində Hajduk əfsanələştirilmiş bir qəhrəman olaraq adlandırılıb. Qəhrəman o dövrdə Osmanlı İmperatorluğu nəzarəti altındakı torpaqlardakı Osmanlılara qarşı mübarizə etməkdədir. İngiltərə əfsanəsi Robin Hud nümunəsində olduğu kimi Varlıdan oğurlayaraq kasıba verən bir Hajduk simvolu eyni zamanda ədalətsiz rəhbərliyə qarşı üsyanı da işarələyər. Gerçəkdə isə Hajduk tərifi 17-ci əsrdən başlayaraq 19-cu əsrin sonlarına qədər fəaliyyət göstərən qanunsuz kəslər üçün istifadə mənfi bir təbir olmuşdur. Bu kəslər deyilənin əksinə yalnız Osmanlılara deyil yerli xalqa da hücum etdikləri bilinməkdədir. == Mənşəyi == Hajduk sözünün mənşəyi qəti olaraq bilinməməklə birlikdə Azərbaycanca quldur sözündən gəldiyinə dair nəzəriyyələr var. Digər bir nəzəriyyəyə görə isə Macar çoban mənasını verən hajdó sözündən törəmişdir. İki dilin tarix içində bir-birindən təsirləndiyi gözetildiğinde iki nəzəriyyənin birlikdə reallaşmış olmasıda olabiləcəkdir. Türklər tərəfindən Macar muzdlu əsgərləri üçün istifadə edilən bu terminin Xorvatiya da da dağdakı quldur üçün istifadə edildiyi bilinməkdədir. == Macarıstan == Günümüzdəki Macarıstan sərhədləri içində yer alan Hajdú-Bihar rayonunda Habsburg Xanədanına qarşı qiyam qaldıran Macar feodal bəyi István Bocskay qurmaqda olduğu orduya Habsburg rəhbərliyindən qaçan çoxu serf olan kəndliləri alacaq.
Robert Qaydik
Robert "Slavko" Qaydik (çex. Robert "Slavko" Gajdík, mak. Роберт "Славко" Гајдик; 1923, Zlin – 14 yanvar 1942) ― çexoslovak mənşəli yuqoslav Makedoniya partizanı, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsinin partizanı. == Həyatı == Robert Qaydik Zlin şəhərində anadan olmuşdur. Onun atası Yuqoslaviya Krallığının cənubunda yerləşən Matka Kanyonunda su elektrik stansiyası inşa edən Çexoslovakiya şirkətində işləyirdi. Zlíndə "Bata" ayaqqabı fabrikində işləyirdi, almanlar Çexoslovakiyanı işğal etdikdən sonra Yuqoslaviyaya köçdü. Velosipedlə çoxlu səyahət etmişdir. Məktəbdə oxuduğu müddətdə Robert sol hərəkatının nümayəndələri ilə tanış oldu; o, inşaat texnikumunu bitirmiş və 1939-cu ildən Yuqoslaviya Kommunist Gənclər Birliyinin üzvü olmuşdur. 1941-ci ilin birinci yarısında Yuqoslaviya Kommunist Partiyasının Skopye şəhər Komitəsinin əmri ilə Robert "Raduşa" mədənində baş anbardar kimi işə düzəldi, həmçinin bir qrup gənclərlə antifaşist təşviqatına qatıldı. Ölkəsinin işğal atlında düşəndən sonra gizli partizan fəaliyyətinə başladı; 1 mayda isə Skopye mərkəzində "divizion binası" adlanan tikilinin üzərində qırmızı bayraq qaldırdı, iyun ayının əvvəlində isə Skopye aerodromunda yanğın çıxartdı və nəticədə "Junkers Ju 52" nəqliyyat təyyarəsi partladı və yandı.
Hayduk Kula FK
Hayduk (Kula) - Serbiyanın futbol klubu
Hayduk Split FK
Hayduk (Split) — Xorvatiyanın futbol klubu
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Doyduk
Doyduk — Nevşəhər ilinin Kozaklı ilçəsində kənd. == Tarixi == Kənd 1907-ci ildən Doyduk adlanır. Nevşəhərdən 91 km, Kozaklıdan 10 km aralıda yerləşir.
Göynük
Göynük (əvvəlki adı: Köynük) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kənd inzibati ərazi dairəsi tərkibindəki Köynük kəndi Göynük kəndi adlandırılmış, Göynük kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Nəhəcir kəndi mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndi Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Göynük kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Göynük kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Baydak
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Göyük
Göyük (Ağcabədi) —
Qayda
Qayda – 1)nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2)bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3)üsul. [[1]] [ölü keçid]] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Arkadi Qaydar
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı. == Həyatı == Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir.
Aşağı Göynük
Aşağı Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Göynük Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Çəparx çayının hər iki sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Göynük (indiki Baş Göynük) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. "Aşağıda olan Göynük kəndi" deməkdir. Kəndin tarixi 200 il bundan əvvəldən daha qədimdir. Məlumatlara gorə kəndin əsasını Baş Göynük kəndindən gələnlər qoymuşdur. Daha sonralar buraya başqa yerlərdən əhali gəlmiş və qaynayıb qarışmışdır. Kəndə ən son gələnlər isə 100 il bundan əvvəldən başlayaraq ləzgilər olmuşdur. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki-Zaqatala şose yolundan 2 km aralı, Alazan-Həftəran vadisindədir.
Barduk (Urmiya)
Barduk (fars. بردوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (64 ailə).
Bayduq (Xudafərin)
Bayduq (fars. بايدوق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (26 ailə).
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Göynük (Bolu)
Göynük (türk. Göynük) — Bolu ilinin ilçəsi.
Göynük qalası
Göynük qalası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda arxeoloji abidə. == Haqqında == Qala Culfa rayonunun Göynük kəndindən şərqdə, hündür təpənin üzərində arxeoloji abidə. Abidə S. H. Aşurov tərəfindən qeydə alınmışdır. Təpənin yuxarı hissəsi dördkünc formalı divarla əhatə olunmuşdur. Divarlar yanlarda iri qaya parçalarından hörülmüşdür. Qalanın içərisində dördkünc formalı binanın qalıqları vardır. AMEA Naxçıvan bölməsinin arxeoloji ekspedisiyasının apardığı araşdırmalar zamanı xeyli yerüstü material toplanmışdır. Başlıca olaraq gil qabların parçalarından ibarət olan yerüstü materiallar arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı keramika nümunələri də vardır. Aşkar olunmuş arxeoloji materiallara əsasən Göynük qalasını e.ə. 3–1 minilliklərə aid edilir.
Göynük rayonu
Göynük rayonu — 1930-1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin tərkibində inzibati ərazi. == Haqqında == Göynük rayonu Cəfərabad rayonu və bir çox rayonlarla birlikdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə yaradılmış və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilmişdir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Göynük rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir. == Qeydlər == == Mənbə == İnzibati-ərazi vahidləri. Səh.: 4.
Kaydak körfəzi
Kaydak — Xəzər dənizinin Qazaxıstan sahillərində dayaz və ensiz körfəz. Myortvıy Kultuk körfəzinin davamını təşkil edir. Şərqdən Bozaşı yarımadası ilə əhatələnir. Yerindən asılı olaraq 4-5 metr təşkil edir. == Tarixi == XX əsrin 30-cu illərində Xəzərin səviyəsinin enməsi ilə körfəzin suyu qurumuş və ərzisi şoranlığa çevrilir. 80—90-cı illərdə isə suyun səviyyəsinin qalxması ilə şoranlıq yenidən körfəzə çevrilmişdir.
Leonid Qayday
Leonid İoviç Qayday (rus. Леонид Иович Гайдай; 30 yanvar 1923, Svobodnıy (şəhər) – 19 noyabr 1993, Moskva) — sovet kinorejissoru, ssenaristi və aktyoru, SSRİ xalq artisti (1989), İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886–1965) dəmiryolunda çalışmışdır. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır. Daha sonra o, İkinci Dünya müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır. 1949–1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir.
Marduk (tanrı)
Marduk (şum. MAR.DUK - azərb. aydın səma oğlu‎) — şumer və akkad mifologiyasında Babil panteonunun, Mesopotamiyanın, ali tanrısı. E.ə. 2024 cü ildən Babil şəhərinin qəyyumçu-tanrısı. Yazı tanrısı. Qədim yazılara əsasən Marduk müdrik, təbib, "tanrılar hakimi", "tanrılar hökmdarı", "tanrılar atası" "ölü dirildən" kimi təsvir edilir. Onun dövründə ən mühüm bayram və mərasim yazda qeyd olunan "Təzə İl" sayılırdı. Babildə 12 gün qeyd olunan Akiti (şum. A.Kİ.Tİ) - "Yerdə həyatın başlanması" bayramının xələfi sayırdılar.
Mariya Qaydar
Mariya Yeqorovna Qaydar (ukr. Марія Єгорівна Гайдар; 21 oktyabr 1982, Moskva) — Rus və Ukrayna dövlət və ictimai xadimi və siyasətçi. O, 2015-ci il 30 may-dan Odessa regional şurasının deputatı və 2017-ci il martın 17-dən 2019-cu ilə qədər Ukrayna Prezidentinin xarici məsləhətçisi olmuşdur. Keçmişdə Odessa əyalətinin Sosial Müdafiəsi və Sağlamlığı üzrə Dövlət Administrasiyasının məsləhətçisi (2015-2016), Odessa Rayon İcra Hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini (2016-cı ilin yanvar-may ayları) olmuşdur.
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. == Coğrafiyası == Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür. Belə ki, çay boyu ticarət yolu Nepal və Hindistan arasında mövcuddur.