Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cibəl
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Qiblə
== İslam dinində qiblə == Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Gigəl (Germi)
Gigəl (fars. گيگال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (19 ailə).
Gizel (kənd)
Gizel (Oset. Джызæл) kəndi Şimali Osetiyanın Priqorodnı rayonunda yerləşir. Eyni adlı kəndin inzibati mərkəzidir. Kənddə Respublika sanatoriya internat məktəbi var və eyni adlı hərbi aerodrom fəaliyyət göstərir. == Coğrafiya == Kənd Vladiqafqazdan 8 km qərbdə, Gizeldon (qərbdə) və Qara (şərqdə) çayları arasında yerləşir. Kəndin şimal-qərb kənarında Koban və Karmadon dərələrinə gedən yol başlayır. == Tarix == Kənd 1867-ci ildə qurulmuşdur, digər mənbələrə görə kənd 1858-ci ildə qurulmuşdur. Kəndin yerləşdiyi yerdə 1858-ci ilə qədər Taqaurski soyadları olan aullar Mamsurov, Kanukov, Kunduxov və Dzantiev var idi. 1825-1830-cu illərdə taqaur aldarları olan bir neçə ailə dağlardan çayətrafına doğru hərəkət etdi və Gizeldon çayı boyunca hər ailə ayrı-ayrılıqda özləri üçün müvəqqəti binalar tikdi. Taqaur aldarlarının bu yerlərə köçürülməsindən iki-üç il sonra, hökumətin əmri ilə digər dərələrdən olan digər osetinlər köçməyə başladılar və bir neçə il ərzində beş kənd qurdular və onlara həmin aldarların adları verildi.
Sibel Alaş
Sibel Alaş (13 fevral 1975, Türkiyə) — türk müğənni.
Sibel Can
Sibel Cangüre (d. 1 avqust 1970, İstanbul, Türkiyə) — qısaca Sibel Can kimi tanınan Türkiyə müğənnisi. Karyerasına rəqqasəliklə başlayan Sibel, hazırda aktrisa, müğənni və aparıcıdır. == Həyatı == Sibel Can 1 avqust, 1970-ci ildə Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və Bursa Mudanyalı çingənə (qaraçı) kökənli Əminə Gül Sezərin uşaqları olaraq Türkiyənin Fatih vilayətində dünyaya gəlib. Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir kaman sənətçisi idi. 13 yaşında gələn təkliflə Vianada oriental olaraq səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm oriental rəqqasəlik, həm də solistlik edib. Galata Qülləsi və Astorya kimi klublarda səhnə olan sənətçi, Nükhet Durunun Fəxrəddin Arslana tövsiyəsilə Maksim Kazinosunda çıxmaya başlamış və hələ 17 yaşı varkən solist olmuşdur. Sibel Canın yaşının az olması səbəbilə kazinonun bağlanmasıyla Arslanın köməklikləriylə məhkəmədə yaşını 6 yaş artırmışdır. Maksim kazinosunda Muazzez Abacı, Nəşə Qaraböcək və Əməl Sayın kimi məşhur şəxslərlə çalışmışdır. == Karyerası == Nükhet Duru tərəfindən aşkarlanan Maksim kazinosunun oriental rəqqasəsi oldu.
Sibel Edmunds
Sibel Edmunds - Federal Təhqiqat Bürosunun keçmiş tərcüməçisi və ingilis dilli xəbər portalı olan "NewsBud"ın yaradıcısı və baş redaktoru. Federal Təhqiqat Bürosunun iddiasına görə türk kökənli şəxslərə aid işləri ört-basdır etməyə, təhlükəsizlik məsələlərində səhlənkarlığa və kəşfiyyat problemləri kimi məsələlərə görə oradakı işdən qovulmuşdur.Tərəfsiz araşdırmaçılıq və jurnalistlik etmək üçün yaradılan Boiling Frogs Post adlı onlayn media saytının yaradıcısı və redaktorudur. 1 mart 2012-ci ildə Classified Woman – The Sibel Edmonds Story adlı əsər yazmışdır.Sibel Əfqanıstandakı korrupsiya problemlərinin araşdırılması ilə də məşğul olmuşdur. == Həyatı == Atası azərbaycanlı (Cənubi Azərbaycandan), anası isə Türkiyə türküdür. Həyatının erkən dövrlərini İranda, daha sonra isə Türkiyədə yaşamışdır. Orta təhsilini bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə getmişdir. === Təhsili === Bakalavr təhsilini Corc Vaşınqton Universitetində cəza hüququ və psixologiya ixtisası üzrə tamamlamışdır. Magistr təhsilini Corc Mason Universitetində ictimai siyasət və beynəlxalq kommersiya ixtisası üzrə tamamlamışdır. Azərbaycan, türk, fars və ingilis dillərini bilir. == Federal Təhqiqat Bürosu == Sibel 2001-ci ilin sentyabr ayından 2002-ci ilin mart ayına qədər FTB üçün müqaviləli tərcüməçi kimi çalışmışdır.
Sibel Kekilli
Sibel Kekilli (16 iyun 1980, Heilbron[d], Baden-Vürtemberq) — türk əsilli Almaniya kinoaktrisası, keçmiş pornoaktrisa . == Həyatı == Sibel Kekilli 1980-ci ildə Heilbron şəhərində, Almaniyada, bu ölkəyə 1977-ci ildə Türkiyənin Kayseri ilindən mühacirət etmiş türk kökənli ailədə anadan olmuşdur. 19 yaşındaykən Stefan adlı alman gəncə aşiq olmuş və onlar ailə qurmuşlar. Cütlük toy etmək və ev əşyaları almaq üçün Sibelin adına bankdan 15,000 avro kredit pul götürürlər. Sonradan məlum olurki, Stefanın adına onsuzda böyük miqdarda kredit borcu vardır. Bocları ödəmək üçün həm Stefan, həm də Sibel var gücləri ilə çalışırdılar. Sibel hətta bələdiyyədə təmizləyici, bazarda meyvə-tərəvəz alverçisi və sair işlərdə də çalışıb pul qazanmağa çalışırdı. Ancaq Stefanın böyük borcu bitəcək kimi deyildi. Bu maliyyə problemi cütlük arasında münaqişə yaradaraq onların ailə həyatına son qoydu. Bütün bunlara baxmayaraq Sibel hələ də banka 15,000 min avro və bu pulun faizini ödəməmişdi.
Sibel Siber
Sibel Siber (türk. Sibel Siber; 13 dekabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — Şimali Kipr Türk respublikasından olan bir siyasətçi. 2013-cü ilin iyun ayından sentyabr ayına qədər ŞKTR Baş naziri vəzifəsini icra edən icra edən ilk qadın olur. 2013-2018-ci illərdə də ŞKTR məclisinin sədri olmuşdur. Siber Fatma Ekenoğlundan sonra bu vəzifəni tutan ikinci qadın olur. == Bioqrafiyası == 13 dekabr 1960-cı ildə Lefkoşada anadan olmuşdur. Atası Altay Adademir, Meluseya kəndindən olan bir ibtidai sinif müəllimi, anası Aysel Klaudiyadan bir ev xanımı idi. Atası vaxtaşırı müxtəlif məktəblərə təyin olunduğundan ailə daim köçürdü. 16 yaşında Sibel İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur, bu dövrdə tələbələrlə əlaqəli siyasi hadisələrin zirvəsi yaşanır. 1983-cü ildə universiteti həkim ixtisası ilə bitirmişdir.
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Sibel Özkan
Sibel Özkan (d. 3 mart 1988 - Afyonqarahisar) — ağırlıq qaldırma zalında mübarizə aparan türkiyəli idmançıdır. == Həyatı == 9 avqust 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının Türkiyə yığmasına 48 kq çəkidə gümüş medal qazandıraraq ilk Olimpiya medalını eldə etmişdir.
Tibel (Baltas)
Tibel (rus. Тибелево, başq. Тибел) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 189 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 58 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (71%) üstünlük təşkil edir.
Aqidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Ağidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qıfıl
Qıfıl; otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qəbələ
Qəbələ — Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir. == Tarixi == Qəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir.