Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gığıçay
Qazangölçay və yaxud Gığıçay (erm. Գեղի; Qeği) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi keçmiş Qafan rayonu ərazisində Gığı dərəsi boyunca axan dağ çayı. == Ümumi məlumat == Çay öz mənbəyini 3130 m yüksəklikdə Hərəmli adlı yerdən və Qazangöl gölündən götürür. Hərəmlidən və Qazangöldən gələn kiçik çay qolları Motalqəyə adlı yerdə birləşərək azərbaycanlıların Qazangölçay, ermənilərin isə Qeği (erm. Գեղի) adlandırdığı 30 km uzunluqlu Oxçuçayın sol qolu olan Qazangölçayı əmələ gətirir. Gığı dərəsi boyunca Acıbac, Pəyhan, Keypəşin, Mahmudlu, Gığı, Baharlı, Qovşud kəndlərindən keçən çay Zeyvə kəndinin Ağkörpü adlı yerində Oxçuçayla birləşir. Sağ qolu Gərd çayı və sol qolu Kurud çayı ilə hövzəsinin sahəsi 310 km² təşkil edən çayın orta illik su sərfi 4,6 m³/san-dir. Bu göstərici bəzən maksimum 37,7 m³/san də olur. Çayda hər 3–5 ildən bir baş verən sel və daşqınların ən dağıdıcısı leysan yağışlar nəticəsində baş verən 1947 və 1956-cı il daşqınlarıdır. == Su anbarı == Qacaran şəhərində yerləşən Zəngəzur mis-molibden zavodunu elektrik enerjisiylə təmin etmək məqsədiylə 1983-cü ildə Qazangölçay üzərində Gığı su-elektrik stansiyası inşa olundu.
Qilican
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.
İqlika boğazı
İqlika boğazı (bolq. проток Иглика, ‘Protok Iglika’ \'pro-tok i-'gli-ka\) — Antarktidanın Cənubi Şetland adalarında, Livinqston adası ilə Zed adaları qrupunun arasında yerləşən boğazdır. Livinqston adasının Varna yarımadasındakı Vilyams zirvəsindən və Lesidren adasından 1.53 km məsafədə yerləşmişdir. Boğaz Bolqarıstanın şimal, şimal-şərq və cənub-şərqində yerləşən İqlika qəsəbələrinin adını daşıyır. İqlika boğazı Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 60° S cənub enliyindəki Antarktida adalarının siyahısı ATEK Bulgarian Antarctic Gazetteer.
İlkay Gündoğan
İlkay Gündoğan (24 oktyabr 1990, Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — La Liqa təmsilçisi "Barselona" klubunda çıxış edən Almaniya futbolçusu, Almaniya milli futbol komandasının üzvü.