Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd.[1]
Qilican | |
---|---|
39°12′ şm. e. 46°43′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.[3]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |