Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatyana Qubina
Tatyana Qubina (d. 15 noyabr 1977) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Tatyana Qubina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Tatyana Qubina, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Luina
Luina (lat. Luina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Luina hypoleuca Benth.
Anna Qolubkina
Anna Semyonovna Qolubkina (rus. Анна Семёновна Голубкина; 28 yanvar 1864, Zaraysk, Ryazan quberniyası - 7 sentyabr 1927, Zaraysk, Moskva vilayəti) — rus heykəltaraş. Şərəfinə Venerada krater adlandırılıb. == Həyatı == Anna Qolubkina 1864-cü ildə Ryazan quberniyasının (hazırda Moskva vilayəti) Zaraysk şəhərində anadan olmuşdur. 25 yaşında ikən Moskvaya getmiş və Anatoli Qunst tərəfindən təşkil edilmiş Qunst İncəsənət Məktəbinə (1889—1890-cı illər) daxil olmuşdur. Həmin məktəbdə Qolubkinanın bacarığını məşhur heykəltaraş və pedaqoq Sergey Volnuxin kəşf edir. Bir neçə il Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbində təhsil alır. Ardınca Peterburqa köçür və 1894-1895-ci tədris ilində həvəskar dinləyici kimi Rəssamlıq Akademiyasında Vladimir Beklemişevin sinfində iştirak edir. 1895-ci ilin yayında Parisə gedərək, özəl Kolarossi Akademiyasında olur. 1897-ci ildə Rusiyaya qısamüddətli qayıdışından sonra Kamilla Klodelin yerinə keçərək, Ogüst Rodenin assistenti olur və onun əsərlərinin əl və ayaqları üzərində çalışır.
Monodelphis glirina
Monodelphis glirina (lat. Monodelphis glirina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. == Turizm == Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. == Tarix == XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.
Yuliya Zlobina
Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur. == Karyerası == Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu. 2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı.
Rimma Zyubina
Rimma Zyubina (ukr. Римма Анатоліївна Зюбіна; 23 avqust 1971, Ujqorod) — Ukraynalı teatr və kino aktrisası, teleaparıcı, ictimai xadim. 2017–2019-cu illərdə "Ukraynada çəkiliş" reytinqinə görə ən yaxşı aktrisa kimi tanınıb. Çoxsaylı teatr mükafatlarının, o cümlədən iki dəfə Kiyev Pektoral Mükafatının, eləcə də bir sıra beynəlxalq mükafatların laureatı olmuşdur. == Bioqrafiya == Rimma Zyubina Zakarpatiyanın Ujqorod şəhərində anadan olub. Atası hərbçi olduğu üçün üç yaşından yeddi ilinədək Macarıstanda yaşayırır. Məhz Macarıstanda bacısının baş rolda oynadığı "Zoluşka" tamaşasına baxandan sonra uşaq arzusu olaraq aktrisa olmaq fikrinə düşür. Uşaqlıqdan baletlə məşqul olur, musiqi məktəbində oxuyur, həmçinin 17 yaşından etibarən Zakarpatiya Dram Teatrının nəzdində fəaliyyət göstərən "Rovesnik" uşaq teatrında, studiya teatrında iştirak edir. Ujqorod Mədəni-Maarif Məktəbini fərqlənmə diplomu ilə bitirir, bundan sonra bir neçə teatrda işləməyə dəvət edilir, lakin o, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetini seçir. Bir il burada oxuduqdan sonra Ujqoroda qayıdır və yerli dram teatrında işə düzəlir.
Albina, Surinam
Albina — Surinamda şəhər, Marovijne rayonunun mərkəzidir. Şəhər Fransa Qvianası və Surinam arasında sərhəd kimi xidmət edən Marovijne çayının qərb sahilində yerləşir. Albina şəhəri 1845-ci il dekabrın 13-də Avqust Kappler tərəfindən qurulmuş və həyat yoldaşı Albina Josefine Liezenmaierin (1815–1904) şərəfinə adlandırılmışdır. Kappler Almaniyanı tərk edərək Surinama gedir.1845-ci ilin fevral ayında Maroni çayı yaxınlığında tərk edilmiş kənd görür.Daha sonra mehriban bir yerli və Maroon xalqı ilə tanış oldu və icazə aldıqdan sonra kənddə yerləşməyə qərar verdi. 1913-cü ilə qədər bir ədəd tibb məntəqəsi və 349 kişi və 266 qadın Albinada yaşayırdı. 22 iyul 1986-cı ildə Surinam Vətəndaş müharibəsi başladı.Həmin gecə Ronnie Brunswijkin başçılıq etdiyi Cəngəllik Komandosu Albinadakı ordu kazarmalarına atəş açdı.Döyüş üç saat davam etdi.Bir əsgər və iki mülki şəxs yaralandı. Milli Ordu bu hadisəyə cavab olaraq Moengotapoedəki məbədi dağıtdı və orada olan bütün kişiləri əsir götürdü. Vətəndaş müharibəsi zamanı ərazinin böyük hissəsi, o cümlədən Albina şəhərinin bir çox hissəsi və yolları dağıdıldı.Bu, həmçinin Fransa Qvianasında qaçqın böhranına səbəb oldu.24–25 dekabr 2009-cu il tarixlərində Albinada iğtişaşları baş verdi , yerli Maroon sakinləri Braziliyalı, Çinli, Kolumbiyalı və Perulu qızıl axtaranlara hücum etdikdən sonra bir adam braziliyalı tərəfindən bıçaqlanaraq öldürüldü. İğtişaşlar nətisində 1 nəfər həlak oldu və ən azı 24 nəfər yaralandı.
Albina (Surinam)

Albina Kurbijekova
Albina Kurbijekova (rus. Альбина Васильевна Курбижекова (Кужакова); , 8 aprel 1951, Ustinkino kəndi, Orconikidze rayonu, Xakasiya) – Xakasiya yazıçısı, şairi, tərcüməçi, folklor toplayıcısı, Xakasiya Respublikasının başçısı Moisey Bainov adına ədəbi mükafat laureatı, Xakasiya Yazıçılar Birliyinin sədri (2015-ci ildən). == Həyatı == Albina Vasilyevna Kurbijekova 8 aprel 1951-ci ildə Xakasiya Respublikasının Orconikidze rayonunun Ustinkino kəndində anadan olmuşdur. Orta məktəbi Abakan şəhərində oxumuşdur. 1966-cı ildə Minusinsk Pedaqoji Məktəbini bitirmişdir. 1969-cu ildən etibarən Abakan şəhərinin Şarıpovski rayonunda (21 saylı məktəb) bədən tərbiyəsi müəllimi, Uşaq və Gənclər Turizmi Mərkəzində baş müəllim, Xalq Sənəti Elmi-Metodik Mərkəzində metodist (folklorçu) kimi çalışmışdır. 2000 - 2012 –ci illərdə Abakan şəhərindəki 26 və 28 saylı məktəblərdə bədən tərbiyəsi müəllimi işləmişdir.2012-2015-ci illərdə Sulek Muzey-Qoruğunun direktoru vəzifəsində çalışmışdır.Rusiya Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildən Xakasiya Yazıçılar Birliyinin sədridir. Xakasiya Respublikasının paytaxtı Abakan şəhərində yaşayır. Əsərlərini xakas dilində yazır.
Gülbin Tosun
Gülbin Tosun (10 noyabr 1977, İstanbul), türk proqramçı, diktor və aparıcıdır. İstanbul Universitetində və London School of Business Studies Marketing-də təhsil alıb. O, Reuters xəbər agentliyində təcrübə keçib. 2009-cu ildən Gülbin Tosun ilə FOX Ana Xabər Xəftəsonu-də; Yayda FOX Main News təqdim edir. O, həm də FOX News-un müxbiri Ali Onur Tosunun böyük bacısıdır. == Reaksiyalar == Gülbin Tosun 22 may 2022-ci il gecəsi Tvitterdə 28 mart 2022-ci ildə sahibsiz it hücumu nəticəsində dünyasını dəyişən 10 yaşlı Mahra Melin Pınarın anasına yazdığı cavabla böyük reaksiya verdi:"Sabah səni izləyirəm! Yazıq!Tosun reaksiyalardan sonra şərhini silib. == İşlədiyi kanallar == 2009-cu ildən FOX -da " Gülbin Tosun ilə FOX Main News Weekend " bülletenini təqdim edir. Yayda FOX Main News -u təqdim etməyə davam edir. 2006-cı ildə SKY Türk kanalında "Gülbin Tosunla səhər xəbərləri" verilişini təqdim edib.
Lüdmila Şubina
Lüdmila Şubina (d. 9 oktyabr 1948; Kazan, Rusiya) — Sovet İttifaqını təmsil edən Azərbaycanlı sabiq həndbolçu. Lüdmila Şubina, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. == Karyerası == Lüdmila Şubina 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Zinaida Lunina
Zinaida İqorevna Lunina (d. 18 aprel 1989) — Belarusu təmsil edən bədii gimnast. Zinaida Lunina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Zinaida Lunina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Olesya Babuşkina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Luina nardosmia
Cacaliopsis (lat. Cacaliopsis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cacaliopsis nardosmia (A.Gray) A.Gray === Sinonim === Cacalia nardosmia A.Gray Cacaliopsis nardosmia subsp. glabrata (Piper) Piper Cacalia nardosmia var. glabrata (Piper) B.Boivin Luina nardosmia var. glabrata (Piper) Cronquist Luina nardosmia (A.Gray) Cronquist Luina nardosmia subsp. glabrata (Piper) G.W.Douglas & Ruyle-Dougl. Cacaliopsis glabrata (Piper) Rydb. Cacaliopsis nardosmia var.
Albina dü Buaruvrey
Albina dü Buaruvrey (fr. Albina du Boisrouvray; d. 1941, Paris, Fransa) — keçmiş jurnalist və film istehsalçısı; QİÇS nəticəsində yetim qalmış uşaqlarla işləyən qlobal xeyriyyəçi və sosial sahibkar1941-ci ildə Parisdə doğulan Albinanın kino sənətində gözəl karyerası var. Həyat yoldaşı biznes maqnatı idi.Lakin 1986-cı ildə onun oğlu Fransua-Haviyer Bonyu 24 yaşında ikən vertolyot qəzasında həlak olandan sonra Albinanın həyatı büsbütün dəyişdi. Həyatının ən ağır itkisini verdikdən - yeganə oğlunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. == İstinadlar == == Xarici keçidlər == UN Women’s Newsletter, Vol.
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. == Həyatı == İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. == Fəaliyyəti == İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. === Deputatlığı dövrü === İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.
Luina nardosmia subsp. glabrata
Cacaliopsis (lat. Cacaliopsis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cacaliopsis nardosmia (A.Gray) A.Gray === Sinonim === Cacalia nardosmia A.Gray Cacaliopsis nardosmia subsp. glabrata (Piper) Piper Cacalia nardosmia var. glabrata (Piper) B.Boivin Luina nardosmia var. glabrata (Piper) Cronquist Luina nardosmia (A.Gray) Cronquist Luina nardosmia subsp. glabrata (Piper) G.W.Douglas & Ruyle-Dougl. Cacaliopsis glabrata (Piper) Rydb. Cacaliopsis nardosmia var.
Luina nardosmia var. glabrata