Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Qlüon
Qlüon və ya Qluon — Güclü qarşılıqlı təsir- nüvə qüvələrinin daşıyıcı zərrəciyi. Qlüon Eynşteyn - Boze sistematikasının zərrəciyidir. Spini- daxili fırlanma momenti vahidə bərabər olan sahə zərrəciyidir. Qlüon bozonlara aid edilir. Onun təsir sahəsi 10−15 metrdir. Qlüon həm zərrəcik, həm də antizərrəcik xassəsi göstərdiyindən onun tədqiqi çətinlik törədir. Qlüon bir vektor bosondur. Qlüon iki qütbləşmə halına malikdir. Bunun səbəbi düzən dəyişməzliyinin eninə qütbləşməni vacib qılmasıdır. Bu qanun kütləsiz zərrəciklərin işıq sürətilə hərəkət etməsi ilə bağlıdır və işıq sürətində hərəkət edən zərrəciklər üçün qütbləşmə vəziyyəti yalnız hərəkət yönünə dik yəni eninə ola bilər.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.
Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir. == Tarix == Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır. == Su yolları == Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur. Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Lugo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luqo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Lüno
Lüno (fr. Luneau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03154. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 284 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş) arasında 121 nəfər iqtisadi fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 67.9%). Fəal 121 nəfərdən 116 nəfəri (67 kişi və 49 qadın), 5 nəfəri işsizdir (2 kişi və 3 qadın). Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Gulo
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Pluto (okeanida)
Pluto (yun. Πλουτώ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Pyotr Qluxov
Serafim Veçkanov (tam adı: Pyotr Semyanoviç Qluxov, rus. Серафим Емельянович Вечканов; 26 dekabr 1897 və ya 13 (25) dekabr 1897, İrçe Çarmas[d], Buinsk qəzası[d], Simbirsk quberniyası[d], Rusiya imperiyası – 7 fevral 1979, Maqnitoqorsk, Çelyabinsk vilayəti) — erzyan əsilli SSRİ yazıçısı, Mordoviyanın ilk jurnalistlərindən biri. Mordoviya pedaqoqlarından Makar Yevseyevin bacısı oğlu. Pyotr Qluxov 26 dekabr 1898-ci ildə Simbirski vilayəti, Buinski qəzası, Malıe Markalı kəndində (indiki Çuvaşıstan Respublikası, Batırevski rayonu) kəndli ailəsində anadan olmuşdur. Beş yaşında ikən atası tif xəstəliyindən həyatını itirir. Anasının qardaşı Makar Yevseyev erkən öyrənməyə maraq göstərən oğlanın təhsilini öz üzərinə götürür. Pyotr Qluxov Kazandakı Müəllimlər Seminariyasının Mordva məktəbində təhsil almağa başlayır. 1916-cı ildə isə Kazan Müəllimlər Seminariyasını bitirir. Bir müddət sonraimperator ordusuna çağrılır. Dörd ay artilleriya qüvvələrində xidmətdən sonra ağır yaralanır.
Rede Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
Strix aluco
Adi yapalaqca (lat. Strix aluco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
TV Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
Ryuho Okava
Ryuho Okava (大川 隆法, Okava Ryuho, 7 iyul 1956, Kavaşima[d], Oe rayonu[d], Tokuşima prefekturası – 2 mart 2023, Minato, Tokio) – Yaponiya dini və siyasi lideri. "Xoşbəxt elm" kultunun lideri və CEO-su olmuşdur. O, iddia edirdi ki, istənilən yaşayan və ölü şəxsin ruhunu çağırmaq bacarığına malikdir. Okava 1956-cı ildə doğulmuşdur. O, Tokio Universitetindən məzun olmuşdur. Kultunu qurmazdan öncə bir neçə şirkətdə işləmişdir. 1986-cı ildə ruhlarla danışdığını iddia edərək "Xoşbəxt elm" kultunu qurmuşdur. Onun iddiasına əsasən ruhlar ona missiyasının "bəşəriyyəti xoşbəxtliyə aparmaq olduğunu" demişdirlər. Kult onun ruhlarla danışmaq bacarığına, ruh reinkarnasiyasına və qlobal utopiyanın inşasına inanmışdır. Kult iddia edir ki, onların 110-dan çox ölkədə üzvü var.
Fernando Luqo
Fernando Luqo (isp. Fernando Armindo Lugo Méndez; d. 30 may 1951, San Solano, Paraqvay) — Paraqvay Respublikasının Prezidenti (2008-2012). == Həyatı == 30 may 1951-ci ildə Paraqvayın San Solano şəhərində anadan olmuşdur. == Dini fəaliyyəti == Orta təhsilini Enkarnasion şəhərindəki dini məktəbdə almışdır. 15 avqust 1977-ci ildə keşiş, 1977-1982-ci illərdə Ekvadorda missioner olmuşdur. 17 aprel 1994-cü ildə Roma Katolik Kilsəsinin yepiskopu seçilmişdir == Siyasi fəaliyyəti == 29 oktyabr 2007-ci ildə Paraqvayın Xristian Demokratlar Partiyasının üzvü olaraq, həmin partiyadan Prezident seçkilərinə öz namizədliyini irəli sürmüş və 2008-ci ildə ölkənin Prezidenti seçilmişdir. 22 iyun 2012-ci ilə qədər bu vəzifədə olmuşdur. == Ailəsi == 1 övlad atasıdır.
Gluk’oZa
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Luhn alqoritmi
Luhn alqoritmi — ABŞ alimi Hans Peter Luhn tərəfindən yaradılmışdır. Alqoritm Kredit kartlarınının, IMEI nömrələrinin doğruluğunu yoxlamaq üçün yaradılmışdır. Kredit kartlarının 16 rəqəmli Buraxıcı identifikasiya nömrəsi (Eng:Issuer identification number) olur və hər bir kartın özünəməxsus xüsusiyyətləri olur. Məsələn Visa kartları 4 rəqəmi ilə, MasterCardlar 51–55 ilə başlamalıdır. IIN mömrələrinin gerçəkliyini yoxlamaq üçün Lhun alqoritmindən istifadə edirlər. Bu alqoritm hal-hazırda ən çox online satış mağazalarında istifadə olunur, kredit kartlarının doğruluğunu İnternet üzərindən Banka sorğu göndərməklə də təyin etmək olur amma bu alqoritm (Lhun) daha sürətli işləməyə imkan verir. == Alqoritmin işləmə prinsipi == Alqortimin işləmə prinspini nümunə üzərində göstərək. 16 rəqəmli kredit kartı nömrəmiz olsun. 1234 — 5678 — 9012 — 3459 Cüt indeksdə yerləşən ədələri toplayırıq => (2+4+6+8+0+2+4+9=35) Tək indeksdə yerləşən ədədləri 2-ə vururuq => (2=6=10=14=18=2=6=10) 2-ə vurduğumuz ədələrin rəqəmlərinin cəmin tapırıq => (2+6+(1+0)+(1+4)+(1+8)+2+6+(1+0)=32 2-ə vurduqdan sonra alınan nəticə 9 dan böyük olarsa həmin ədəddən 9 çıxaraq rəqəmlərin cəmini almış olarıq. 14 rəqəmi üçün: 1 + 4 = 5 <=> 14–9 = 5 Altda və üstə tapdığımız ədədləri toplayırıq => (35 + 32 = 67) Ən son tapdığımız ədədi 10-a bölürük => (67 / 10 = 6.7) Əgər 10-a tam bölünürsə o zaman bu nömrələr keçərlidir (yəni bir kredit kartına aiddir).
Luiza Qlük
Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943, Nyu-York, Nyu-York ştatı – 13 oktyabr 2023, Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. == Həyatı == Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub. 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub. == İstinadlar == == Xarici keçidlər == Louise Glück Online resources from the Library of Congress (ing.) Louise Glück Papers.
Lujo Brentano
Lujo Brentano (18 dekabr 1844[…], Aşaffenburq – 9 sentyabr 1931[…], Münxen) — alman iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == L. Brentano – Breslav, Strasburq, Vyana, Leypsiq və Münhen Universitetlərinin professoru, iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi. Öz iqtisadi baxışlarında həmçinin iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Vyana universitetində mühazirələrlə çıxış edərək (1888-ci il), Brentano ümumi və ya nəzəri iqtisada "iqtisadi hadisələrin bilavasitə müşahidə" vəzifəsini qarşı qoyaraq onun "ikinci dərəcəli əhəmiyyətindən" danışırdı, çünki "siyasi iqtisad bir zaman təbiət elmlərinin təbiətdə müşahidə olunan fakt və proseslərin təsvirinə keçməsinin aprior mühakimələrinə əsaslanmalıdır. Brentano belə hesab edirdi ki, iqtisadi həyatın hətta ən sadə təzahürlərinin dəqiq təsviri eqoizmdən olan ən ağıllı deduksiyadan da müqayisəolunmaz dərəcədə daha qiymətlidir". Qeyd etmək lazımdır ki, iqtisad nəzəriyyəsində abstrakt metoda qarşı mübarizədə həm Şmoller, həm də Brentano klassik məktəbin istehsal münasibətlərinə və deməli kapitalizmin iqtisadi kateqoriyalar məcmusunu əbədi, dəyişməz elementlər kimi nəzərdə tutan metodoloji zəifliklərindən istifadə etmişlər. Yeni tarix məktəbinin nümayəndələri müasir kapitalist ölkələrinin təsərrüfat inkişafını tədqiq edərkən bu ölkələrin təsərrüfat quruluşunun dəyişkənliyini sübut etmiş və cəmiyyətin iqtisadi həyatının inkişafının və obyektiv iqtisadi qanunların qanunauyğun xarakterini inkar etmişlər. Brentano yuxarıda qeyd olunan mühazirədə merkantilistləri hətta siyasi iqtisadın klassiklərindən yüksəkdə tuturdu, belə ki, onun fikrincə, merkantilistlər sənaye və ticarətə dövlət təsirinin müxtəlif üsullarını tədqiq edərək, iqtisadi qanunlar üzə çıxarmağa cəhd etməmişlər. Yeni tarix məktəbi dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış etdi. Şmoller göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi – fəlsəfi obrazlardan başqa bir şey deyildir.
Lülo çayı
Lüloçay — Azərbaycanın İsmayıllı rayonu ərazisindən axan çay. Çayın mənsəbi 1200 metrlik yüksəklik ərazidə yerləşir və Girdimançaya tökülür. Lahıc qəsəbəsinin tən mərkəzindən axaraq onu faktiki iki hissəyə bölür.
Yuho Huvarinen
Yuho Huvarinen (27 mart 2000-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan RoPS klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Huvarinen RoPS akademiyası vasitəsilə inkişaf etmişdir. Huvarinen öz peşəkar karyerasında debütünü 27 avqust 2016-cı ildə Lahti klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Yanne Sakselanı əvəz etmişdir. Həmin görüşdə RoPS liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 26 May 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Yuho Oyanen
Yuho Oyanen (2 yanvar 2002-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan Honka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Oyanen Honka akademiyası vasitəsilə inkişaf etmişdir. Oyanen öz peşəkar karyerasında debütünü 6 mart 2018-ci ildə Qnistan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. Oyanen Veikkausliiqada debütünü isə 8 aprel 2018-ci ildə KuPS klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Kasper Liikoneni əvəz etmişdir. Veikkausliiqa görüşündə Honka rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 3 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Yuho Kusti Paasikivi
Yuho Kusti Paasikivi (ing. Juho Kusti Paasikivi; 27 noyabr 1870[…] – 14 dekabr 1956[…], Helsinki) - Finlandiyanın 7-ci prezidenti (1946-1956). Finlandiya və Milli Koalisiya Partiyasını təmsil edən Paasikivi, həmçinin, 1918 və 1944-1946-cı illərdə Finlandiya Baş naziri vəzifəsini tutmuş və Finlandiya iqtisadiyyatı və siyasətində 50 ildən çox sözü sayılan şəxslərdən biri olmuşdur. O, həmçinin İkinci Dünya müharibəsindən sonra Finlandiya xarici siyasətinin əsas memarlarından biri kimi də xatırlanır.
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.