Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aliya
Aliya (termin)
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Ceiba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Dilba
Dilba (doğum adı: Dilbahar Demirbağ; 24 noyabr 1971) — kürd mənşəli Türk-İsveç pop müğənnisi.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Guioa
Guioa (lat. Guioa) — sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. == Həyatı == Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Qlint
Qlint-(rus. глинт, ing. glint)(dan. klint –uçurum, sıldırım) struktur plato boyu denudasiya nəticəsində yaranmış uçurum. Mis: Baltik-Ladoqa əhəngdaşı qlinti. Baltika dənizinin sahilindən Ladoqa gölünün cənub sahilinə qədər uzanır. Şimali Amerikada Kanada kristallik sipərini haşiyələyən qlint.
Qoliya
Qoliya (serb-kiril Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür. Moravitsa və Studenitsa çayları başlanğıcını Qoliyadan götürür.
Qılça
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Glycyrrhiza glabra var. glabra
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Alisa Qallyamova
Alisa Qallyamova (tatar. Ğällämeva Alisä Mixail qızı, Алисә Михаил кызы Галләмева; 18 yanvar 1972[…], Kazan) — sovet, ukraynalı və rusiyalı şaxmatçı, beynəlxalq qrossmeyster, Rusiyanın bir neçə qat çempionu. Rus komandasında 2010-cu il Şahmat Olimpiadasının qalibi. == Bioqrafiyası == Kazanda, tatar ailəsində anadan olmuşdur. O, 10 saylı Uşaq İdman Məktəbində, daha sonra Moskva İdman internatında təhsil almışdır. İlk məşqçisi Rusiyanın əməkdar məşqçisi Oleq İlyasoviç İqlamovdur. Sonradan isə beynəlxalq qrossmeyster, Rusiyanın əməkdar məşqçisi Aleksandr Nikolaeviç Pançenko onun baş məşqçisi olur. 1983-1984-cü illərdə iki dəfə qadınlar arasında Tatarıstan çempionatının gümüş medalçısı və 1985-1986-cı illərdə isə çempionu olmuşdur. 1987-ci ildə 16 yaşınadək qızlar arasında SSRİ çempionatında gümüş medal qazanır (Çelyabinsk). 1988-ci ildə Rumıniya (Timisoara) çempionatında uğur əldə edir və 20 yaşa qədər (Avstraliya, Adelaida) yaş kateqoriyasında çempion olur.
Alisa Uolton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Alisa Volton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Alisa Xaleyeva
Alisa Xalıyeva (26 sentyabr 1978) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Alisa Xalıyeva 1978-ci il sentyabrın 26-da anadan olub. == Karyerası == Alisa Xalıyeva Azərbaycanı 2020-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 28.78 saniyə nəticə göstərdi və 59-cu pillənin sahibi olub.
Aliya Mustafina
Aliya Mustafina (tat.: Алия Фəphəт kызы Мостафина; d. 30 sentyabr 1994, Moskva, Rusiya) — Rusiyalı idman gimnastı. Aliya Mustafina 2012 London və 2016 Rio-de-Janeyro Olimpiadasında müxtəlif hündürlükdə qollarda qızıl medal qazanıb. Aliya Mustafina həm də üç dəfə Dünya çempionu, beş dəfə Avropa çempionu və 2015-ci ildə Bakıda, I Avropa Oyunlarının üç qat qızıl medalçısı olub (komanda, çoxnövçülük və müxtəlif hündürlükdə qollarda). Aliya Mustafina 2012-ci ildə "Dostluq" ordeninə, 2016-cı ildə isə "Şərəf" ordeninə layiq görülüb. == Həyatı == === Ailəsi === Aliya Mustafinanın atası Fərhad Mustafin, 1976 Monreal Olimpiadasının yunan-roma güləşi üzrə bürünc medalçısıdır. Anası Yelena Mustafina (Kuznetsova) isə fizika müəlliməsidir. Aliya Mustafina bacısı Nailə Mustafinada idman gimnastıdır və Rusiyanın idman ustasıdır, amma o, ciddi zədə aldığdan sonra pəşəkar karyerasını başa vurdu və həvəskar yarışlarda çıxış etdi. Aliya Mustafinanın ana nəslindən nənəsi və babası əslən Moskva vilayətinin Yeqorovsk rayonunun, Volkova kəndindəndir. Ata nəslindən nənəsi və babası isə Nijeqorod vilayətinin Krasnooktyabrsk rayonunun, Rıbuşkino kəndindəndir.
Aliya Nazarbayeva
Aliya Nazarbayeva (qaz. Älïya Nursultanqızı Nazarbayeva; 3 fevral 1980, Almatı) — Qazaxıstan Respublikasının ictimai xadimi. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı. Qazaxıstan Respublikasının ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatı laureatı (2018). == Bioqrafiyası == === Təhsil === Alma-Atadakı K. Bayseitov adına Respublika Musiqi Məktəbini bitirib. İngiltərənin Londondakı Riçmond Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində və ABŞ-nin Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində oxuyub. 2001-ci ildə Qazaxıstan Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini hüquqşünaslıq ixtisası ilə bitirib. 2016-cı ildə Qazaxıstan Milli Universitetinin Dövlət Attestasiya Komissiyasının qərarı ilə . Əl-Farabi iqtisadiyyat magistri dərəcəsini alır. Rus və ingilis dillərində sərbəst danışır.
Aliya İzzetbeqoviç
Aliya İzzetbeqoviç (bosn. Alija Izetbegović; 8 avqust 1925[…], Şamats, Yuqoslaviya krallığı – 19 oktyabr 2003, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı siyasətçi və Bosniya və Herseqovinanın ilk prezidenti (1990–1996) və Prezident Şurasının üzvü (1996–2000). == Həyatı == Atası bosniyalı, anası türk olan Aliya 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlib, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür. Aliya İzzetbeqoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında olarkən "Gənc müsəlmanlar" təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilərək,1949-cu ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində əmək fəaliyyətinə başlamışdır. "Gənc müsəlmanlar" təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzetbeqoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi. İzzetbeqoviç 1970-ci ildə bütün dünyada böyük əks-sədaya səbəb olan "İslam Manifesti" əsərini , 1980-ci ildə isə "Şərq və Qərb arasında İslam"ı tamamlamışdır. "İslam Manifesti" kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilsə də, sonradan cəzası əvvəlcə 11, sonra isə 9 ilə qədər azaldılmışdır.
Aliya İzzətbəyoviç
Aliya İzzetbeqoviç (bosn. Alija Izetbegović; 8 avqust 1925[…], Şamats, Yuqoslaviya krallığı – 19 oktyabr 2003, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı siyasətçi və Bosniya və Herseqovinanın ilk prezidenti (1990–1996) və Prezident Şurasının üzvü (1996–2000). == Həyatı == Atası bosniyalı, anası türk olan Aliya 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlib, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür. Aliya İzzetbeqoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında olarkən "Gənc müsəlmanlar" təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilərək,1949-cu ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində əmək fəaliyyətinə başlamışdır. "Gənc müsəlmanlar" təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzetbeqoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi. İzzetbeqoviç 1970-ci ildə bütün dünyada böyük əks-sədaya səbəb olan "İslam Manifesti" əsərini , 1980-ci ildə isə "Şərq və Qərb arasında İslam"ı tamamlamışdır. "İslam Manifesti" kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilsə də, sonradan cəzası əvvəlcə 11, sonra isə 9 ilə qədər azaldılmışdır.
Alişa Dikson
Alişa Dikson (7 oktyabr 1978, Böyük Britaniya) — ingilis müğənni, rəqqasə, aparıcı, aktrisa, repçi və modeldir. == Həyatı və karyerası == Alişa Diksonun atası yamaykalı, anası ingilisdir. Bir müddət müğənni Farel Vilyamsın komandasında rəqqasə kimi fəaliyyət göstərmişdir. Britain's Got Talent ve X Factor adlı televiziya proqramlarında münsiflik etmişdir. Dixon BBC üçün bir uşaq nöqteyi-nəzərindən məişət zorakılığı məsələsi ilə bağlı "Anamı vurma" adlı sənədli film yaratdı və öz uşaqlığını qeyd etdi: "O dövrü düşünəndə harmoniyada yaşadığımı xatırlamıram. Mən heç bir əyləncəli anları xatırlamıram, güman edirəm ki, neqativlər onu bulandırıb.Mənfi zamanlar və qorxulu zamanlar yaxşı olan hər şeyin qarşısını kəsib... Mən inanıram ki, hər bir uşağın öz mühitində böyümək hüququ var.
Alişa Kiz
Alisia Auqello-Kuk, səhnə adı ilə Alisia Kiz (ing. Alicia Keys; 25 yanvar 1981, Hells Kitçen[d], Nyu-York ştatı) — amerikalı müğənni, bəstəkar, aktrisa. Dünya üzərində bütün albomları 30 milyondan çox nüxsə satmış və müxtəlif mükafatların sahibidir. 11 Qremmi mükafatı qazanıb.