Alisa Battenberq
Viktoriya Alisa Yelizaveta Yuliya Mariya fon Battenberq (alm. Victoria Alice Elizabeth Julia Marie von Battenberg; 25 fevral 1885[…], Vindzor sarayı, Vindzor[d] – 5 dekabr 1969[…], Vestminster borosu, Vestminster borosu) — Battenberq sülaləsindən olan Almaniya şahzadəsi, Yunanıstan və Danimarka şahzadəsi Andreyin həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filipin anası, Birləşmiş Krallıq kraliçası II Yelizavetanın qayınanası, Kral III Çarlzın ata tərəfdən nənəsi,
Kraliça Viktoriyanın nəvəsinin qızı olan Alisa Vindzor qəsrində anadan olmuş və Birləşmiş Krallıq, Almaniya və Maltada böyümüşdür. Mənşəcə Hessen şahzadəsi olan Alisa Hessen-Darmştadt sülaləsinin morqanatik qolu olan Battenberq ailəsinin üzvü idi. O, anadangəlmə kar idi. Alisa 1903-cü ildə Yunanıstan və Danimarka şahzadəsi Andrey ilə evləndikdən sonra ərinin tərzini mənimsəyərək Yunanıstan və Danimarka prinsesi Andrey olmuşdur. O, 1917-ci ildə Yunanıstan kral ailəsinin əksəriyyətinin sürgün edilməsinə qədər Yunanıstanda yaşamışdır. Alisa bir neçə ildən sonra Yunanıstana qayıtmış, lakin sonra əri Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) zamanı ölkənin məğlubiyyətində qismən günahlandırılmış və ailə 1935-ci ildə Yunanıstan monarxiyasının bərpa edilməsinə qədər yenidən ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
1930-cu ildə prinses Andrey şizofreniya diaqnozu qoyulmuşdur və o, İsveçrədəki sanatoriyaya göndərilmiş, ərindən ayrı yaşamışdır. Prinses Andrey sağaldıqdan sonra ömrünün qalan hissəsinin böyük bir qismini Yunanıstanda xeyriyyəçilik işlərinə həsr etmişdir. O, İkinci Dünya müharibəsi illərində Afinada qalmış, burada yəhudi qaçqınlarına sığınacaq vermişdir.