Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
GNOME
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) - əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq kod proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE və GNOME geniş istifadə olunur.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Geoid
Geoid - Dünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3. Yerin həqiqi forması (rus. геоид, ing. geoid) .
Ghost
Ghost — 2008-ci ildə İsveçdə yaradılan metal qrupu. "Ghost" (ABŞ adı ilə Ghost B.C.) 2008-ci ildə İsveçin Linköping şəhərində qurulmuş Qremmi mükafatlı heavy/doom metal qrupudur. 2010-cu ildə 3 mahnıdan ibarət demo ilə birlikdə "Elizabeth" adlı sinql və çıxış (ilk) albomları olan Opus Eponymous'u yayımlamışdır. Həmin il İsveçin Grammis mükafatlarına namizəd göstərilən albom müsbət rəylər almış və qrupun məşhurluğunu daha da artırmışdır. Infestissumam adlı ikinci albomlarını 2013-cü ildə yayımlayan qrup İsveç çartlarında zirvədə yer almış və sözügedən albom ilə həmin il İsveçin Grammis mükafatlarının Ən Yaxşı Hard Rock/Metal kateqoriyasını qazanmışdır. Qrup 2015-ildə artıq sayca üçüncü olan Meliora albomunu yayımlamış və bu albomdan olan Cirice sinqlı ilə "58-ci Qremmi Mükafatları"nda Ən Yaxşı Metal performansını qazanmışdır. Ghost səhnədə teatrikal və artistik performansları ilə tanınmaqdadır. Qrup 6 üzvdən ibarətdir və üzvlərdən yalnız biri fərqli görünüşü ilə anti-Papa personajına malik Papa Emeritus ləqəbli vokalistdir. Digər 5 üzv isə Nameless Ghouls (Adsız Pis Ruhlar) adlanır və pentaqramdakı (5 guşəli ulduz) 5 elementi təmsil edir və pentaqrama görə hava, od, su, torpaq və ruh elementləri ilə bir-birindən seçilirlər. Qrup bu vaxta qədər heç bir müsahibə, konsert və digər qatıldığı yerlərdə maskalarını çıxartmamış və özləri haqda heç bir məlumat verməmişdir.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. == Xüsusiyyəti == Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. == Həyatı == Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Dudleya gnoma
Dudleya gnoma (lat. Dudleya gnoma) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.
Gəbit Əxmərov
Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 1921 – 11 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqırdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu.Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant. == Həyatı == 24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı. O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 fevral 1944-cü il tarixli fərmanı əsasında qvardiyanın baş çavuşu Gəbit Abdulloviç oğlu Əxmərova Lenin ordeni və "Qızıl Ulduz" medalı (№ 3024) verilməklə o, Sovet İttifaqı Qəhrəmanı elan olundu.1945-ci ildə G. A. Axmerov Tambov süvari məktəbini bitirdi. 1945-ci ilin noyabr ayından leytenant Axmerov ehtiyatda qalan leytenant oldu.
Norbert Qönött
Norbert Qönött (fr. Norbert Gœneutte; 23 iyul 1854, Paris, Fransa — 9 oktyabr 1894, Over-syür-Uaz) — fransız rəssam-impressionist, illüstrator, ilk növbədə Emil Zolyanın «Dünya» (1889) romanın rəssam müəllifi kimi tanınır. 150-dən çox ofortların və litoqrafiyanın müəllifidir. == Bioqrafiya == Paris şəhərində anadan olmuşdur. İzidor Pils adına İncəsənət məktəbində təhsil almışdır. Pilsin ölümündən sonra 1875-ci ildə Norbert təhsilini atır. Tezliklə Marselen Debuten ilə tanış olur daha sonra Renuar və Mane ilə görüşdüyü "Yeni Afina" (fr. Nouvelle Athènes) kafesinin tez-tez getdiyi bir yerə çevrilir. === Vəfatı === == Qalereya == == Ədəbiyyat == === Rus dilində === Мировое искусство. Импрессионизм.
Qanoid balıqlar
Chondrostei (lat. Chondrostei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan yarımsinfi. 4 dəstəni özündə birləşdirir: Çoxüzgəclikimilər (Polypteriformes), Amiekimilər (Amiiformes), Zirehlikimilər (Lepisosteiformes), Nərəkimilər (Acipenseriformes).
Qonio Apsar
Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi; Batumidən 15 km cənubda yerləşən qədim abidələrdən biri; qədim şəhər-qala. == Tarixi == Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur.Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.1994-cü ildən muzey kimi fəaliyyət göstərir. Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır.Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır. == Şəkilləri == == İstinadlar == == Xarici keçidlər == Kakhidze, Emzar, Recent Archaeological Finds in Apsarus Arxivləşdirilib 2008-04-02 at the Wayback Machine. Third International Congress on Black Sea Antiquities, 2005. (ing.) Pictures of Gonio castle (ing.) Kakhidze, E. Apsaros: A Roman Fort in Southwestern Georgia // In: Meetings of Cultures in the Black Sea Region: Between Conflict and Coexistence.
Senecio gnoma
Senecio gnoma (lat. Senecio gnoma) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Vael Qonim
Google" korporasiyasının Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim İran müxalifətinə müraciət edib. İran müxalifətçiləri fevralın 14-də Tehranda etiraz yürüşünə çıxmağa hazırlaşırlar. "İranlılara məsləhət görərdim ki, vaxtılə biz onlardan öyrəndimiyiz təki, indi də onlar bizdən öyrənsinlər. Xalq istəyəndə hər şeyə nail ola bilər. Məqsədlərimizə inanırıqsa, birləşmişiksə, istənilən arzularımızı gerçəkləşdirə bilərik", - Qonim deyib. O, etiraf edib ki, Misir prezidenti Hüsni Mübarəkə qarşı kütləvi xalq etirazlarını hər vasitə ilə genişləndirməyə çalışıb. İki həftə həbsxanada olan Qonim Misir ictimaiyyətinin tələblərindən sonra azad edilib və xalq hərəkatının liderlərindən birinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, prezident Hüsni Mübarəkin istefasından sonra yaradılacaq keçid hökumətində Qonim nazir postu ala bilər. Vael Qonim isə siyasətçi olmayacağını, inqilab başa çatandan sonra işinə qayıdacağını deyib.
İnkit gölü
İnkit — Gürcüstanın şimal-qərbində, Abxaziya ərazisində yerləşən relikt göl. İnkit gölü Pisunda burnunda, Qaqra rayonu ərazisindədir. Gölün hündürlüyü dəniz səviyyəsinə yaxındır. Su səthinin sahəsi 0,4 km², ən dərin yeri 3,2 metrdir. Ümumi su kütləsinin həcmi 810 min m³-dir. Əvvəllər göldən kiçik çay axırdı. Sahiz xətti çox az parçalanıb. Oval formaya malikdir. Sonralar göldə su səviyyəsi süni endirildi və nəticədə həm göl suyunun duzluluğu artdı, həm də çay axını dayandı. Suyun duzlaşmasına səbəb dəniz suyunun gölə daxil olması idi.
İnuit xalqı
İnuitlər və ya Kanada İnuitləri - hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnos.
Vətənə qayıt (roman)
Vətənə qayıt — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1973-cü ildə qələmə aldığı roman. == Haqqında == Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət və memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır.
Duqlas Nort
Duqlas Nort (ing. Douglass Cecil North; 5 noyabr 1920[…], Kembric, Massaçusets – 23 noyabr 2015[…]) — amerikalı iqtisadçı. 1993-cü ildə Robert Fogellə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Əsərləri == The Economic Growth of the United States, 1790–1860, Prentice Hall, 1961. Institutional Change and American Economic Growth, Cambridge University Press, 1971 (Lens Devislə birlikdə). The Rise of the Western World: A New Economic History, 1973 (Robert Tomasla birlikdə). Growth and Welfare in the American Past, Prentice-Hall, 1974. Structure and Change in Economic History, Norton, 1981. Institutions, Institutional Change and Economic Performance, Cambridge University Press, 1990.
Kira Noir
Kira Noir (16 iyul 1994[…], San Marino[d], Kaliforniya, ABŞ) — amerikalı pornoaktrisa.
Koit Toome
Koyt Toome (est. Koit Tomme; d. 3 yanvar 1979, Tallin, Estoniya) — Estoniya müğənnisi və aktyoru. O, Estoniyanı 1998 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Koyt Toome 3 yanvar 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində anadan olmuşdur. Koyt bir oğul və iki qız atasıdır. Koytin əmisi İndrek Toome 1988-ci ildən 1990-cı ilə kimi Estoniyanın Baş naziri olmuşdur. == Musiqi karyerası == Koyt Toome musiqi prodüseri Mikk Tarqo tərəfindən 1994-ci ildə musiqi məktəbində aşkarlanmışdır. Koyt üçün musiqi karyerası yaratmağı planlaşdıran prodüser həmin musiqi məktəbində eyni zamanda Sirli Hiius adlı istedadlı bir ifaçı aşkar edərək, Koyt və Sirlidən ibarət Code One adlı pop duet yaratmışdır. Code One həmin illərdə Estoniyada bir neçə hit mahnılar ifa etmişdir.
Lüdviq Knit
Lüdviq Franseviç Knit — Azərbaycanlı rəssam, miniatürçü. == Həyatı == 1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi. "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi. 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Noir Désir
Noir Désir (azərb. Qara arzular‎) 1985-də Bordo şəhərində yaranan fransız rock qrupudur. Hal-hazırda aktiv deyil. == Haqqında == Des visages, des figures albomunda Manu Chao ilə birlikdə ərsəyə gətirdikləri Le Vent Nous Portera daha çox məşhurdur. Nori Desir 'in solist ve gitaristi Bertrand Cantat 2003-də Latviya nın paytaxtı Vilnüs də otel otağında sevgilisi Marie Trintignant ilə aralarında mübahisə olur. Mübahisədən sonra qız huşunu itirir və bir neçə gün sonra ölür. Bertrand Cantata 8 il həbs cəzası verilir. Fransız məhkəməsi onun həbsdəki yaxşı halını nəzərə alıb onun tez təxliyə olunmasına qərar verir. Beləliklə 2007-nin 16 oktyabrı həbsdən çıxır. Sonra o musiqi fəaliyyəti göstərə bilmir və 2010-da rəsmi şəkildə qrupun dağıldığı elan edilir.
Con Qont
Gentli Con (ing. John of Gaunt (24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir. Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransa və İspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu. Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu.