Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Bidət
Bidət — kəlimə mənası ilə sonradan ortaya çıxan, yenilik. İslam hüququna görə yeni birşey ortaya çıxarmaq qəbul edilən davranışlardan kənara çıxmaq dinin qəbul edilmiş inancları və ya dinin qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998.
IDEA
IDEA və ya tam adı: "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi — Azərbaycanda ictimai birlik. == Tarixi == Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. == Layihələri == "Azərbaycanın 9 möcüzəsi" Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı == Poçt markalarında == 2014-cü ilin may ayının 12-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap edilmişdir. Marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib. Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir. Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də "IDEA"nın loqosu təsvir olunmuşdur.
İder
İder — Monqolustan ərazisindən axan çay. Ölkənin şimal-qərbindən hissəsindən axır. Öz başlanğıcını Xanqay dağlarından götürür. Çayın uzunluğu 452 km-dir. Selenqa çayının əsas qollarından birini təşkil edir. Oktyabr-noyabr aylarından aprelin ortalarına qədər donur. Ən iri qolları — Çuluutın-Qol və Teqşiyn-Qol.
İDEA
IDEA(azərb. beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi‎, ing. International Data Encryption Algorithm, rus. международный алгоритм шифрования данных, türk. uluslararası veri şifreleme algoritması) – verilənlərin şifrlənməsi üçün simmetrik blok alqoritmi. İlkin adı PES (Proposed Encryption Standard, 1990) olub. Lay Süetsia (Xuejia Lai) və Ceyms Messi (James Massey) tərəfindən işlənib hazırlanıb və yekun variantı 1992-ci ildə yeni adla (IDEA) təqdim olunub. DES (Data Encryption Standard) ilə müqayisədə daha etibarlıdır; PGP (Pretty Good Privacy) və rəqəmsal imzada istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Göyova körfəzi
Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan). == Görməli yerləri == === Kleopatra çimərliyi === Kleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur.
Alina Qorlova
Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb. == Təhsili == Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb. == Filmoqrafiya == 2012: Buludlarda ilk addım 2014: Nənə 2016: Холодний Яр. Інтро 2017: Görünməz batalyon, sənədli film, İrina Tsilık və Svetlana Lişçinska ilə birgə ərsəyə gətirilmiş ekran işi 2018: Aşkar işarələr yoxdur, sənədli film (Ptax Janq tərəfindən hazırlanmışdır) 2020: Bu yağış heç vaxt dayanmayacaq, sənədli film == Tanınması == 2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb. 2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb. 2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı. 2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
İƏT
İslam Əməkdaşlıq Təşkilatı
3 (adət)
Üç — dəfn mərasimi. == Üç mərasimi haqqında == "Üç" adicə rəqəm olsa da, yas mərasimi ifadəçisi kimi maddiləşərək, ad göstəricisinə çevrilmiş, sayla omonimik mövqe qazanmışdır. "Üç" yas mərasimi kimi Zərdüşt ənənələri ilə bağlı bir məfhumun ifadəçisidir. "Avesta"da qeyd edildiyinə görə mərhumun ruhunun himayəsizlikdən xilas olub, Günəşin himayəsinə keçdiyi günü ifadə etmişdir. Uzun əsrlərin islam təsiri bu adəti də özünə çulğaşdıraraq, matəm günlərinin qeyd olunan əlamətdar və ağır günləri sırasına daxil etmişdir. "Yeddi", "cümə axşamı", "cümə" və "qırx" günlərində olduğu kimi, "üç" mərasimində də ölünün ruhu öz evinə baş çəkir, doğmalarının qəlbinə yaxın olur. Bu zaman ruhu ovundurmaq naminə ehsan verir, "Yasin" oxutdurur, dualar edir və namaz qılırlar.
40 (adət)
"Qırx" – dəfnin qırxıncı günü. == Adət haqında == İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
7 (adət)
Yeddi — dəfn mərasimi. == Adət haqqında == Azərbaycanlılar içərisində xüsusi mifik semantikaya malik olan "yeddi" rəqəminə münasibət əcdadlarımızın təfəkkür formalaşdırılması ilə bağlıdır. "Yeddi" türk mənşəli sözdür. "Orxon-Yenisey abidələri"ndə bu söz "yeti" kimi işlənmişdir. (Ida tasta kalmısı kubranıp yeti yuz boltı). "Yeddi" sözünün mifik semantika qazanması tarixi qədim Şumer, Akkad mifik təfəkkürünə bağlanır. Belə ki, qədim akkad və elam yazılarında yeddi şər ruhun varlığından söz açılır. Ruhların "O dünya" deyilən astral aləmlə və ölülərlə bağlı bir anlayış olduğunu nəzərə alsaq, şər ruhların şər hərəkətlərə rəhbərlik edən mifik qüvvələr olaraq qədim dünyanın mənəvi təfəkkür məhsulları sırasında mövqeyi aydın olar. Dünyasını dəyişmiş mərhumların şər ruhlardan qorunması vaxtı və şər ruhların ölü bədənlərə təsir mexanizmi barəsində bir-birindən uzaq ölkələrdə yaşayan müxtəlif xalqların adət-ənənələrində oxşarlıqların mövcudluğundan bəhs edərkən Oljas Süleymenov yazır ki, dəfn mərasimi və onun ünsürləri bir xalqdan digərinə yalnız dinin, yəni şüur formasının vasitəsilə keçir. Belə qənaət hasil olur ki, "yeddi" rəqəminin də "üç" rəqəmi kimi mərhumun ruhunun şər ruhlardan (inkir-minkir) xilas olma vaxtı kimi rəmzi bir mənası olmuşdur.
Adət-ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Adət hüququ
Adət hüququ – hüququn ən ilkin formasıdır. Dövlət və hüququn qarşılıqlı əlaqəsidir. İctimai mühitdə kortəbii surətdə yaranan və uzun müddət ərzində vərdiş halına keçən, dövlət tərəfindən bəyənilən və sanksiyalaşdırılan normaların məcmusu. Hakim təbəqənin mənafelərini ifadə edən adətlərin əsasında yaradılmışdır. == Ümumi məlumat == Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti yəni adət hüququnu belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur. Adət hüququ qanuna zidd olmamalıdır.
Batidaea idea
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
IntelliJ IDEA
IntelliJ IDEA — JetBrains tərəfindən yaradılan Java IDEdir. Google tərəfindən Android Studio IntelliJ Community Edition üzərdə yaradılıbdır. IntelliJ ilk versiyası 2001-ci ildə istifadəyə verilibdir. İntelliJ 12.1 versiyası Java 8, Scala, Play framework və s dəstəkləyir.
Qırx (adət)
"Qırx" – dəfnin qırxıncı günü. == Adət haqında == İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
İdrət Abdulov
Bobbi İden
Bobbi İden (4 yanvar 1980, Haaqa) — holland əsilli Amerika pornoqrafik film aktrisası və beynəlxalq jurnal modeli. O, böyüklər üçün kino sənayesinə, 2002-ci ildə 22 yaşında ikən qədəm qoyub. == Həyatı və karyerası == Bobbi İden şou-biznes modelliyinə 1998-ci ildə qədəm qoyub. O, Hollandiyanın Penthouse ev heyvanı qadını müsabiqəsində ikinci olub. Sonra o, Avropanın müxtəlif yerlərində, o cümlədən alt paltar kataloqlarında modellik etdi, corab promosyonlarında və həftəlik jurnallarda çalışdı. Şou-biznes modeli olduğu üçün 2 il boyunca evi 24 saat müşahidə edildiyini bildirib. İngiltərəyə getdi və Club, Men Only və Soho Maqazin kimi jurnalların 250 mövu, 100 dəfə də üz qabığına çıxdı. 3 il boyunca jurnallarda çalışdı. Jenna Jameson böyüklər üçün çəkilişlərdə yer almaq üçün görüşmələrə başladı; ancaq Bobbi hələ hazır deyildi. O, yarım il Avropada özəl erotik nümayişçi kimi çalışıb.
Martin İden
"Martin İden" — Cek London tərəfindən dram janrında yazılmış roman. İlk dəfə 1908 və 1909-cu illərdə jurnalda çap edildi, daha sonra isə elə 1909-cu ildə də tək bir kitab halında çap edildi. Martin İdenin Cek London kimi dənizçi olması, sosiolist ideyalara marağı, oxşar xarakterləri və digər bir çox elementlər yazıçının bu romanı yazarkən öz həyatından ilhamlandığını deməyə əsas verir. == Məzmun == Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində, Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdür. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır.
İslamda bidət
Bidət — dində olmayan şeyi qanun kimi dinə daxil etmək - İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Bu barədə Əli(ə) buyurub: "Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir". Vəhhabilik və təkfirçilər şiələri bidətçi hesab edirlər. == Bidətlə mübarizə == Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir: "Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".
Damazlıq (adət)
Damazlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. == Haqqında == Azərbaycanın maldar əhalisi arasında geniş yayılmış mütərəqqi adətlərindən biri də "damazlıq" adlı el köməkliyi olmuşdur. "Damazlıq" adətinin nə vaxt və ilk dəfə hansı bölgədə meydana çıxması haqqında dəqiq məlumat yoxdur. Bir şey aydındır ki, "damazlıq" el köməkliyi adəti icma daxilində sosial təbəqələşmənin yarandığı şəraitdə meydana çıxmış və Azərbaycanın bütün bölgələrində yayılmışdır. XIX əsrə aid olan etnoqrafik ədəbiyyatda məlumat verilir ki, kənd ağsaqqalının təşəbbüsü ilə müflisləşmiş, mal-qarası olmayan bir kəndlinin evində yemək tədarükü görüb, qohum-qonşuları və kəndin bütün ailə başçılarını oraya qonaq dəvət edərdilər. Qonaqlıqda yeməkdən sonra ev sahibinə daha yaxın olan ağsaqqallardan biri qonaqlığın "damazlıq" məqsədilə təşkil edildiyini açıqlayardı. Qonaqlıq iştirakçılarının hər biri elə oradaca mal-qarası olmayan kəndlinin ailəsinə kimin nə ilə yardım edəcəyini elan edərdilər. Nəticədə qonaqlığın hər bir iştirakçısı ev sahibinə bir qoyun, quzu, dana, yaxud buzov bağışlamağa söz verərdi. Məclis dağıldıqdan sonra qonaqlıq iştirakçıları evə qayıdıb "damazlıq" kimi vəd verdikləri heyvanları həmin kəndlinin qapısına yollardılar. Nəticədə mal-qarası olmayan kəndli müəyyən qədər mal-qaraya sahib olub yoxsulluğun daşını atardı.Göründüyü kimi, "damazlıq" köməklik adəti hər adam üçün deyil, mal-qarası, xüsusilə sağını olmayan ailələr üçün təşkil edilərdi.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Entoni İden
Entoni İden (ing. Robert Anthony Eden; 12 iyun 1897[…] – 14 yanvar 1977[…]) — Britaniya dövlət xadimi, Böyük Britaniya Mühafizəkarlar Partiyası (Böyük Britaniya) üzvü. 1935-1938-ci illərdə (Boldvin kabineti), 1940-1945-ci illərdə (Çörçillin hərbi hökuməti) və 1951-1955-ci illərdə xarici işlər naziri, 1951-1955-ci illərdə baş nazirin müavini 1955-1957-ci illərdə Böyük Britaniyanın baş naziri olub. O, nasistlərin bütün Avropa yəhudilərini məhv etmək planlarını bütün dünyaya ilk çatdıranlardan biri idi. O, bir neçə yüz min yəhudini Holokostdan xilas etməklə tanınır. == Həyatı == Entoni İden 12 iyun 1897-ci ildə İngiltərənin şimal qraflıqlarından birində - Durhamda yerləşən Vindlistone Hall ailə mülkündə anadan olub. Entonin atası, 7-ci Baron Eden Villiam, Sybil Grey ilə evli idi. Qrey ailəsinin nümayəndələri də yüksək dövlət vəzifələrində çalışıblar. Entoni ailənin dördüncü övladı idi. Atası sərt xasiyyətli idi.
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Ruqon
Ruqon (fr. Rougon, oks. Rogon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.