Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorelı adası
Qorelı adası (ing. Gareloi Island, aleut. Анаҥусиҳ) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Ada 67,2 km² sahəyə malikdir. Delarov adaları qrupunun ən böyük adasıdır. Onun uzunluğu 9,7 km, eni 8 km rəşkil edir. Maksimal hündürlüyü 1573 metrdir. Ada vulkanik mənşəllidir və eyni adlı vulkanın bir hissəsini təşkil edir. Diametri 1120 metrdir.
Görədil
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. == Tarixi == Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Morelia
Morelia — Meksikada şəhər. 608 049 nəfər əhalisi var.
Qorelsk
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır. Aşıq Şahsuvar — aşıq Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qorəbiyə
Qurabiyə (türk. Kurabiye; fars. قرابیه‎) — undan hazırlanan və peçdə bişirilən peçenye növü. Cənubi Azərbaycan və Türkiyədə çox sevilən bir şirin növüdür. Türkiyə də ən çox sevilən növləri acıbadam qurabiyəsi, almalı qurabiyə və un qurabiyəsidir.
Qoçəli
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
Görədil bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Görədil qəsəbəsi
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. == Tarixi == Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Görədil xalçaları
Görədil xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalça növü. == Ümumi məlumat == "Görədil xalçaları" öz adını Bakı şəhərindən 20 km şimalda yerləşən Görədil kəndinin adından almışdır. "Görədil xalçaları" təkcə Görədil kəndində deyil Mərdəkan, Pirşağı, Bül-bülə, Novxanı və Nardaran Bakıətrafı kəndlərdə də toxunurdu. Bəzi xalçaçılar bu xalçanı "Novxanı xalçası" hesab etsələrdə, bu xalçalar "Novxanı xalçaları"ndan çox fərqlənir. == Bədii analiz == "Görədil xalçaları"nın orta yerliyinin kompozisiyası "Novxanı xalçası"nda olduğu kimidir. Orta sahədə yerləşən iki və ya üç böyük göldən başqa göllərin arasında sağ və sol tərəflərdə cüt-cüt yerləşmiş firuzəyi yerliyi olan dörd balaca göl toxunmuşdur. Qalan boşluqlar isə həndəsi və nəbati naxışlarla tamamlanmışdır. Orta sahənin hər bir küncündə sarı yerlikli, pilləli şəkildə düzbucaqlı yerləşir. Bu pillələrdən orta sahənin mərkəzinə doğru uzanan diaqonal cizgilər keçir. Görədil kəndinin xalçaçıları bu cizgiləri "çəpər" və ya "saç" adlandırırlar.
Mark Avreliy
Mark Avreli (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya[d], Roma imperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. == Həyatı == 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138-ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir.
Morelia reticulatus
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Vladimir Qorelov
Vladimir Qorelov (rus. Горелов, Владимир Михайлович) - Polkovnik rütbəli Sovet ordusunun zabiti, SSRİ-nin Polşanı işğalı və Böyük Vətən müharibəsinin iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı. Qorelov öz təsadüfi ölümü ilə SSRİ-də məşhurluq qazanmışdır. O, 1945-ci ilin 28 yanvar tarixində Polşanın Poznan şəhəri yaxınlığında həlak olub. Sovet dövründə zabitin ölümünün detalları açıqlanmamışdır. Qorelovun komandiri olmuş marşal Mixail Katukov öz xatirələrində onun ölümünü axmaq təsadüf adlandırıb. Hadisə baş verən gün sovet əsgərləri Polşanın Poznan şəhəri yaxınlığında almanların özləri ilə aparmağa macal tapmadıqları yüklərə rast gəlmişdilər. Onların arasında alkoqollu şnaps içkisi də vardı. Əsgərlər doyunca içəndən sonra yerli əhaliyə qarşı zorakılığa başladılar. Baş verənlərdən xəbər tutan Katukov əsgərlərin hərəkətlərinə son qoymaq üçün Vladimir Qorelovu göndərir.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Orelia Buşez
Orelia Buşez — Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən 2019-cu ilə qədər) Arxivləşdirilib 2018-04-07 at the Wayback Machine.
Qoçəli (rəqs)
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Qoçəli rəqsi
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Çin qoralı
Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır. Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir. Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir.
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.
Bakının görməli yerləri
Bakının görməli yerlərinin siyahısı — Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşmüşdür.
Sinqapurun görməli yerləri
Sinqapurun görməli yerləri — Sinqapur ərazisində muzeylər, parklar, istirahət yerləri və maraqlı yerlər yetərincə çoxdur. Görməli yerlərin çoxluğu bir səfərdə bu yerlərin hamısını görməyə imkan vermir. Sinqapurun bəzi yerləri dünyaca məşhurdur: Zoopark, quş parkı, botanika bağı, Marina Bay Sands oteli, körfəz bağları və s. Aşağıda əsas görməli yerlərin siyahısı verilib. Sentosa. Böyük istirahət zonasına, muzeylər, akvarium və çimərliklərə malik ada. Dəniz Həyatı Parkı (Sinqapur) Bukit Timah istirahət zonası. Qədim zamanlardan qorunub salanılan cəngəllik. Curong Quş Parkı. Ekzotik quşların qorunub saxlanıldığı ərazi.
Sumqayıtın görməli yerləri
Sumqayıtın görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının Sumqayıt şəhərinin turizm potensialı ilə bağlıdır.
Laknau gözəli (dəqiqləşdirmə)
Laknau gözəli (film, 2006) – 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Laknau gözəli (film, 1981) – 1981-ci ildə çəkilmiş hind bədii filmidir.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.