Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ürək... Ürək...
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Feofan Qrek
== Həyatı == Feofan Qrek (təq. 1340, 1330 və ya 1335, Konstantinopol – təq. 1410) – Bizansda və qədim Rus dövlətində işləmiş ikonaçı rəssam. Konstantinopol, Qalata, Xalkedon və Kafada (indiki Feodosiya, Krım) bir sıra kilsənin divar rəsmləri ona məxsusdur. Rusiyadakı işləri Novqoroddakı Spas-Preobrajeniye kilsəsi (1378), Moskva Kremlindəki Arxangel (1399, Semyon Çyornı ilə birgə), Blaqoveşşenie (1405, Andrey Rublyov və Qorodetsli Ptoxor ilə birgə) baş kilsənin divar rəsmləri və s. Blaqoveşşenie baş kilsəsindəki Spas, Müqəddəs Məryəm, Arxangel Qavriil, Apostol Pavel, İoann Zlatoust və s. ikonalar Feofan Qrekə aid edilir.
Maksim Qrek
Maksim Qrek (tam adı: Μάξιμος ο Γραικός; d. 1470. ö. 21 yanvar 1556) — dini yazıçı, publilist, tərcüməçi, aristokrat. == Həyatı == Yunanıstanın Arta kəndində, 1470-ci ildə Maksim Qrek adlı aristokrat dünyaya gəldi. Zəngin valideynləri ona gözəl təhsil verdi. Corfu adasında məktəbi bitirdi. Maksim Qrek İtaliyaya gedib, əsasən qədim yunanların dilini və fəlsəfəsini öyrənib. Milanda Padua şəhərində yaşayıb. Venesiyada görkəmli humanist Aldom Manutius ilə yaxından tanış olmuş və 1503-cü ildən bəri yunan dilinə tərcüməçi olmuşdur.
Grep
grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Örək
Ürək
Ürək və ya qəlb[mənbə göstərin] — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Şrek
Şrek 1 (ing. Shrek) — 2000-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır.
Ürək... Ürək... (film, 1976)
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
El Qreko
Dominikos Teotokopulos, El Qreko (yun. Δομήνικος Θεοτοκόπουλος, Domenikos Theotokopoulos, eləcə də Dominiko, Domenika, Teotokopuli kimi variantlara da rast gəlinir; isp. El Greco, hərfi mənada "Qrek" — yunan; 1 oktyabr 1541, İraklion, Kandiya krallığı – 7 aprel 1614[…], Toledo, Kastiliya krallığı — Yunan mənşəli İspaniya rəssamı.
Elvin Qrey
Elvin Qrey (başq. Элвин Грей) və ya Radik Yulyakşin (başq. Радик Юлъяҡшин; rus. Радик Юльякшин) — rus pop müğənnisi və başkir əsilli prodüser. Radik Yulyakşin Ufada etnik başkır inşaat işçisi ailəsində anadan olub. Moskva Dövlət Pedaqoji Universitetini bitirib . 2006-cı ildə ilk albomunu çıxarmışdır. Yulyakşin 2006–2012 illər ərzində hər il Başqırdıstanda İlin Müğənnisi seçilmişdir. 2011-ci ildə Moskvaya köçmüşdür. 2016-cı ildə Yulyakşin Tatarıstanda ilin mədəniyyət adamı adına layiq görülüb.
Eysa Qrey
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Henri Qrey
Henri Qrey (1827, London – 13 iyun 1861, London) — ingilis anatomu və cərrahı. Məşhur "Qrey Anatomiyası" kitabının müəllifidir. 25 yaşından London Kral Cəmiyyətinin üzvü. == Həyatı == 1842 ci ildə 15 yaşında ikən Qrey Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbinin tələbəsi olur. O, yaraşıqlı, dinamik, bacarıqlı və zəhmətkeş cərrah kimi xatırlanır. 21 yaşında Henri Qrey kliniki cərrahiyydə birçox mükafatlara layiq görülmüşdür. Sonra o, London Patoloqlar cəmiyyətinin və krall cərrahlar kollecinin üzvü olur. 1852 ci ildə xəstəxananın qubernatoru olur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853 cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855 ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir.
Lita Qrey
Lita Qrey (ing. Lita Qrey; d. 15 aprel 1908 — ö. 29 dekabr 1995, əsl adı ing. Lillita Louise MacMurray) — Amerikalı kino aktrisası, Çarli Çaplinin ikinci həyat yoldaşı == Doğum == Lita Qrey 15 aprel 1908-ci ildə Amerikanın Kaliforniya ştatının Hollivud şəhərində anadan olmuşdur. Atası milliyətcə şotland idi. Anası isə Kaliforniyanın ispan ailəsində doğulmuşdu. == Həyatı == Lita Çarli Çaplinlə səkkiz yaşında olarkən kafedə tanış olmuşdur. Daha sonra 1921-ci ildə Çaplinin Körpə filmində "nazlı mələk" rolunu ifa etmişdir. 1924-cü ildə Çarli Çaplinlə ailə qurmuşdur.
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. Sağ mədəcik — (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. Sol mədəcik — (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Pol Qrem
Pol Qrem (ing. Paul Graham; 13 noyabr 1964) — İngilis əsilli Amerikalı kompüter alimi, esseist, sahibkar, vençur kapitalisti və yazıçı. O, daha çox Lisp proqramlaşdırma dili üzərindəki fəaliyyəti, keçmiş Viaveb startapı (sonradan Yahoo! Mağazası adlandırıldı), nüfuzlu startap akseleratoru və toxum kapitalı firması Y Combinator-un həmtəsisçisi, yazıları və Hacker News ilə tanınır. 2008-ci ildə Cessika Livinqston ilə evləndi. İki uşaqları var və İngiltərədə yaşayırlar.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Qreko burnu
Qreko, Kapo Qreko, Kavo-Qreko (yun. Κάβο Γκρέκο, it. Capo Greco «yunan burnu») — Kipr adasının cənub-şərqində yerləşən burun. Famaqusta körfəzinin cənub, Ayiya Nap buxtasının şərq nöqtəsini təşkil edir. Qreko burnu Kiprin ən ucqar şərq nöqtəsidir. Halbuki, Kipr adasının ən ucqar nöqtəsi Zəfər burnudur. Zəfər bunu isə Şimali Kipr Türk Respublikasının ərazisinə daxildir. Burun ensiz bərzəxlə adaya birləşir. Burunla ada arasında nisbətən iri körfəz vardır. Körfəz bərzəxin cənub-qərbindədir.
Qrem Qrin
Qrem Qrin (ing. Henry Graham Greene; 2 oktyabr 1904 – 3 aprel 1991) — İngilis əhvalat və roman yazıçısı. Əsərlərinin əksəriyyəti müasir dünyanın mürəkkəb əxlaqi və siyasi problemlərindən bəhs edir. 1935-ci ildə yazdığı England Made Me adlı romanından başqa digər əsərlərində katolik mövzular yer alır. Bu mövzuların ən çox ağırlıq təşkil etdiyi dörd roman Brighton Rock, The Power and the Glory, The Heart of the Matter və The End of the Affairdir. Bir dövr MI6 agenti olaraq da vəzifə etmiş olan Qrin, xüsusilə 1955-ci ilə aid Səssiz Amerikalıdan sonra beynəlxalq siyasət və casusluq fəaliyyəti haqqında bir çox roman yazmışdır. Bunlar arasında ən əhəmiyyətliləri Our Man in Havana ("Havanadakı adamımız"), Haitidəki Duvalye diktatorluğundan bəhs edən The Comedians ("Məzhəkəçilər"), The Honorary Consul ("Fəxri konsul") və The Human Factor ("İnsan amili") əsərləridir.
Qrey Anatomiyası
"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat. İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir. İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir. Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.
Qrey qaratoyuğu
Qrey qaratoyuğu (lat. Turdus grayi) — qaratoyuq cinsinə aid quş növü. 1977-ci ildən Kosta-Rikanın milli quşudur. Qrey qaratoyuğunun uzunluğu 23–27 sm-dir. Bədənin yuxarı hissəsinin tükləri qumsal, dimdiyi sarı, qüzehi qişası qırmızımtıl qəhvəyi rəngindədir. Bu növ əsasən Kosta-Rikada, Meksikada və Kolumbiyanın şimal hissəsində, dəniz səviyyəsindən 2450 m yüksəkliklərdə açıq ərazilərdə, işıqlı meşələrdə yaşayır. Qrey qaratoyuğu əsasən meyvələrlə, cücülərlə və onixoforlarla, bəzən də kiçik kərtənkələlərlə qidalanır. Dişiləri 2–4 yumurta qoyur və 2 həftə kürt düşür.
Qrey vallabisi
Qrey vallabisi (lat. Macropus greyii) — kenquru cinsinə aid heyvan növü.
Qunnar Qren
Yuhan Qunnar Qren (isv. Johan Gunnar Gren; 31 oktyabr 1920, Göteborq – 10 noyabr 1991, Göteborq) isveçli futbolçu və məşqçi. O, daha çox Milan və IFK Göteborg komandalarında ki, oyunu ilə tanınır. O, 1940–1950 illərdə Milanın və İsveç milli futbol komandasının hücüm xəttinin əfsanəvi Gre-No-Li üçlüyün hissəsi idi. Qren 1948 ilin Olimpiya Oyunlarının qızıl medalçısıdı və 1958 ilin dünya çempionatında İsveç millisinin heyətində ikinci yeri ala bilmişdi. O, 1946 ildə İsveçin ən yaxşı oyunçusuna verilən Guldbollen mükafatına layiq görülmüşdü. Qren İsveçin ən məşhur futbolçularından sayılır, onun şərəfinə "Gamla Ullevi" stadionun yaxınlığında heykəl qoyulub. Karyerasını 1970 illərdə bitirmişdir. O, 71 yaşının tamam olmasından 10 gün sonra ölmüşdür. Onu Göteborqda, İsveçdə basdırmışdılar.
Roki Qrey