Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır.Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir.Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. == Əhalisi == 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Andrey Qreçko
Andrey Antonoviç Qreçko (ukr. Андрій Антонович Гречко; 17 oktyabr 1903, Kuybışevo[d], Don Voysko vilayəti[d] – 26 aprel 1976[…], Moskva) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1958, 1973) və SSRİ-nin müdafiə naziri (1967-1976). == Həyatı == Andrey Qreçko 1903-cü ildə indiki Rostov vilayətinin Qolodayevka kəndində anadan olmuşdur. 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamış Rusiya vətəndaş müharibəsində iştirak etmişdir. 1936-cı ildə Frunze adına Hərbi Akademiyanı, 1941-ci ildə Baş qərərgah akademiyasını bitirmişdir. Böyük Vətən müharibəsində diviziya, korpus komandiri, 1942-ci ilin aprel-avqustunda 12-ci ordunun, sentyabr-dekabrda 47-ci və 18-ci orduların, 1943-cü ildə 56-cı ordunun komandanı, həmin ilin oktyabrından 1-ci Ukrayna cəbhəsi qoşunları komandanının müavini, dekabrdan müharibənin sonuna kimi komandanı olmuş, Şimali Qafqaz, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. Müharibədən sonra Kiyev hərbi dairəsi qoşunlarının (1945-1953) və Almaniyada sovet qoşunları qrupunun komandanı (1953-1957), SSRİ quru qoşunlarının baş komandanı və SSRİ müdafiə nazirinin 1-ci müavini (1957-1960) olmuşdur. 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuşdur. Andrey Qreçko 26 aprel 1976cı ildə Moskvada vəfat etmişdir. == Hərbi rütbələri == polkovnik — 10.07.1941, general-mayor — 09.11.1941, general-leytenant — 28.04.1943, general-polkovnik — 09.10.1943, ordu generalı — 03.08.1953, Sovet İttifaqı Marşalı — 11.03.1955.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Nikola Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Nikolas Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Orelia Buşez
Orelia Buşez — Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən 2019-cu ilə qədər) == İstinadlar == Arxivləşdirilib 2018-04-07 at the Wayback Machine.
Gela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Anna Qreki
Anna Qreki (14 mart 1931, Batna (şəhər) – 6 yanvar 1966, Əlcəzair) — Əlcəzair yazıçısı. == Həyatı == Əlcəzairdə doğulub böyümüş, milliyyətcə fransız olan qəribə taleli şairlərdən biridir. O, gənc yaşlarından Əlcəzairin istiqlaliyyəti uğrunda mübarizəyə qoşulmuş, təqib və həbs olunmuş, əzab çəkmişdir. Ölkə istiqlaliyyət qazandıqdan sonra Anna müxtəlif mətbuat orqanlarında çalışmış və fransız ədəbiyyatından dərs demişdir, lakin o, azad Əlcəzairə dördcə il xidmət edə bilib. 1966-cı ildə 35 yaşında ikən vəfat edib. Ölümündən əvvəl cəmi bir şeirlər kitabı və bir romanı çapdan çıxıb. İkinci şeirlər kitabı isə ölümündən az sonra nəşr olunub. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 89.
El Qreko
Dominikos Teotokopulos, El Qreko (yun. Δομήνικος Θεοτοκόπουλος, Domenikos Theotokopoulos, eləcə də Dominiko, Domenika, Teotokopuli kimi variantlara da rast gəlinir; isp. El Greco, hərfi mənada "Qrek" — yunan; 1 oktyabr 1541, İraklion, Kandiya krallığı – 7 aprel 1614[…], Toledo, Kastiliya krallığı — Yunan mənşəli İspaniya rəssamı.
Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur. == Təhsil == Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur. İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır. == Kareyası == Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.
Qreko burnu
Qreko, Kapo Qreko, Kavo-Qreko (yun. Κάβο Γκρέκο, it. Capo Greco «yunan burnu») — Kipr adasının cənub-şərqində yerləşən burun. Famaqusta körfəzinin cənub, Ayiya Nap buxtasının şərq nöqtəsini təşkil edir. == Təsviri == Qreko burnu Kiprin ən ucqar şərq nöqtəsidir. Halbuki, Kipr adasının ən ucqar nöqtəsi Zəfər burnudur. Zəfər bunu isə Şimali Kipr Türk Respublikasının ərazisinə daxildir. Burun ensiz bərzəxlə adaya birləşir. Burunla ada arasında nisbətən iri körfəz vardır. Körfəz bərzəxin cənub-qərbindədir.
Qreta Qarbo
Qreta Qarbo (ing. Greta Garbo, doğum adıQreta Lovisa Qustafsson (isv. Greta Lovisa Gustafsson; 18 sentyabr 1905[…], Katarina[d], Stokholm leni[d] – 15 aprel 1990[…], Nyu-York, ABŞ) — İsveç və Amerika aktrisası. 1954-cü ildə kinonun inkişafındakı müstəsna xidmətinə görə fəxri Oskar mükafatı aldı. == Bioqrafiyası == === Erkən karyerası === Qreta Qarbo 18 sentyabr 1905-ci ildə Stokholmda anadan olub. Karl və Anna Qustafsson ailəsində üçüncü uşaq idi. 1920-ci ildə qızın çox yaxın olduğu atası vərəmdən vəfat etmişdir. Qreta məktəbdən ayrılıb işə getməyə məcbur oldu. İlk pulunu bir bərbər salonunda kömək edərək qazandı, daha sonra Stokholm univermağında işlədi, qəzetlərdə reklam çəkdirdi. İlk dəfə işlədiyi böyük mağazanın reklam çarxlarına çəkilərək kamera qarşısına keçdi.
Qreta Saloume
Qreta Saloume Stefansdottir (isl. Greta Salóme Stefánsdóttir; d. 11 noyabr 1986, Mosfedlsbayr, İslandiya) — İslandiya müğənnisi, bəstəkarı və İslandiya simfonik orkestrının skripkaçısı. O, Younsi ilə duet şəklində ifa etdiyi "Never Forget" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil etmiş və final mərhələsində İslandiyaya 20-ci yeri qazandırmışdır. Saloume növbəti dəfə solo ifaçı olaraq İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Hear Them Calling" mahnısı ilə təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. == Musiqi karyerası == 2012-ci ilin noyabr ayında Qreta Saloumenin In the Silence adlı debüt albomu işıq üzü görmüşdür. Albomda onun Avroviziya 2012 mahnısının ingilis və island dilində ("Mundu Eftir Mér") olan versiyaları da yer almışdır. 2016-cı ildə ifaçının "Raddirnar" mahnısı İslandiyanın Avroviziya 2016 üçün keçirdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Həmin mahnı ilə seçim turunun finalına vəsiqə qazanan Saloume finalda mahnının ingilis dilində olan versiyasını ("Hear Them Calling") ifa etmişdir. Nəticədə isə qalib gələrək, ikinci dəfə ölkəsini Avroviziyada təmsil etmək fürsətini qazanmışdır.
Qreta Stivenson
Qreta Stivenson (ing. Greta B. Stevenson Cone; 10 iyun 1911, Oklend – 18 dekabr 1990, London) — Yeni Zelandiya mikoloqu. == Elmi fəaliyyəti == Qreta Stivenson mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Collybia stevensoniae E.Horak, 1971, nom. nov. [syn. Gymnopus readii (G.Stev.) J.L.Mata, 2006] Entoloma stevensoniae E.Horak, 1980, nom. nov. Hygrocybe stevensoniae T.W.May & A.E.Wood, 1995, nom. nov.
Qreta Tunberq
Qreta Tunberq (isv. Greta Thunberg; 3 yanvar 2003[…], Stokholm) — İsveç iqlim fəalı. Təbiət mühafizəçisi 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib. == Həyatı == Qreta Tintin Elyanora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur.İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi "İqlim üçün məktəb tətili"dir. Qreta Tunberq 2018-ci ildə cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib. Sayılı aylar ərzində ona dəstək hərəkatı qlobal miqyas alıb.Qreta Tunberqə Asperqer sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub.
Qreta Qerviq
Qreta Selesta Qerviq (4 avqust 1983, Sakramento) — amerikalı aktrisa, ssenarist və rejissor. İstehsal etdiyi müstəqil filmlərlə tanınıb. Time jurnalı onu 2018-ci ilin "ən nüfuzlu 100 insanı" siyahısında göstərib. Onun rejissoru olduğu "Balaca qadınlar" və "Parəbüzən" filmləri "Oskar" mükafatına namizəd göstərilib. Qerviqin 2023-cü ildə çəkdiyi "Barbi" filmi dünya miqyasında 1 milyard dollardan çox gəlir əldə etmişdir.Qerviq ilk olaraq karyerasına Co Svanberq ilə "Hannah Takes the Stairs" və "Nights and Weekends" kimi filmlərdə əməkdaşlıq edərək başlamışdır. O, partneri Noa Baumbax ilə bir sıra filmdə birlikdə çalışıb. Bunlara "Greenberg", ona "Qızıl Qlobus" mükafatı nominasiyası qazandıran "Frensis Ha", "Mistress America" və "White Noise" daxildir.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Bolşaya Reçka (Ob)
Bolşaya Reçka — Rusiyanın Altay diyarı ərazisindən axan bir çay. Ob çayının sağ qolu. == Coğrafiyası == Bolşaya Reçka Altay diyarının, Troitski rayonu, Qornovoye kəndindən 10 km cənub-şərqdə başlayır. Əvvəlcə mənbədən şimala, qərbə, şimal-şərqə axır. Xomutino kəndindən sonra cənub-qərb istiqamətini tutur və demək olar ki, qalar axarı boyunca bir istiqamətdə qalır. Hövzənin yuxarı hissəsi Biysk-Çumış yüksəkliklərinin ərazisindən axır. Burada çayın axarı boyunca çöl ərazisi meşə əraziləri ilə kəsişir. Troitski kəndində çay Verxneobski Borun sərhəddinə çatır. Zaqainovo kəndinə çay meşənin kənarından axır, sonra meşənin daxilinə doğru irəliləyir. Çay hövzəsinin aşağı hissəsi bataqlıqlaşmış qədim Ob vadisində yerləşir.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir.Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. == Təsviri == Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.