Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bremen
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Gromee
Andjey Qromala (pol. Andrzej Gromala; d. 14 dekabr 1978, Krakov, Polşa) və ya səhnə adı ilə Gromee — Polşa DJ-i, prodüseri və bəstəkarı. O Kingztown Music albom şirkətinin rəhbəridir. 2016-cı ildə Gromee Sony Music şirkəti ilə anlaşma imzalamışdır. 2017-ci ildə o Polşanın Eska Music Awards mükafatlandırma mərasimində "Ən yaxşı DJ/prodüser" kateqoriyasında mükafata layiq görülmüşdür. Gromee Lukas Meyer ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Predmet
Predmet – elmin əsas götürdüyü sahə, alimlərin əsas diqqət etdikəri sahə, konkret elmin nüvə nöqtəsi. Elmin bir neçə predmetinin olması mümkündür. Predmet – obyektin mahiyyətidir. O, obyektiv inkişaf qanunlarını və müəyyən sistemin fəaliyyətini göstərir. Elm predmetinin mənası onun mahiyyətini dərk etmək üçün vacibdir. "Predmet" anlayışına müəyyən məzmun və eyni zamanda obyektin özünün spesifikası verilir və bu obyekt, alman filosofu Q.V.F.Hegelin təyin etdiyi kimi, nə isə konkret, özlüyündə bitmiş və müstəqil bir şeyi ifadə edir: "Obyekt … ümumiyyətlə tam (özlüyündə hələ müəyyən olunmayan) vahiddir, ümumiyyətlə obyektiv aləm, Allah, mütləq obyektidir". Müasir alimlər elmin obyektinə müstəqil mövcud olan bütöv sistem kimi baxırlar; bu müstəqilliyə və inkişaf qabiliyyətinə malik gerçəkliyin bir parçasıdır. Elmin predmetinin təyin edilməsi konsepsiyasının nəzəri işlənməsi üçün lazımdır. Hər hansı bir elmin təşəkkül tapması və inkişafı obyektin daha dərindən dərkini, problemin işlənməsini, ümumi nəticə çıxarmağı təmin edən metoda əsaslanır. Predmet və metod bir-birinə bağlı və bir-birindən asılıdırlar.
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı.Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijorDigər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Qiymət
Qiymət — satıcının bir vahid mal köçürməyə (satmağa) hazır olduğu pul məbləği. Əslində, qiymət müəyyən bir əmtəənin pula dəyişdirmə əmsalıdır. Qiymət anlayışı əsas iqtisadi kateqoriyadır. Malların könüllü mübadiləsindəki nisbətlərin (nisbət) qiyməti dəyər adlanır. Bu səbəbdən, qiymət malın vahidinin pulla ifadə olunan dəyəri və ya mal vahidinin pul dəyəri və ya dəyərin pul dəyəridir. Gündəlik danışıqlarda qiymət çox vaxt bir məhsulun dəyəri ilə sinonimdir (məsələn, “kibrit nə qədərdir?”) və bu sözlər bir-birinin əvəzinə istifadə edilə bilər. == Qiymətin fəlsəfi anlayışları == Aristotelin iki qiymət anlayışı var: qiymət — artığın dövriyyəsinə xidmət edən mübadilə kateqoriyasıdır (insanın varlığı və çoxalması üçün lazım olmayan hər şey). Digər tərəfdən, bu həqiqətə uyğun olmayan sərvətin ifadəsidir. Foma Akvinski üçün "Ədalətli Qiymət" — xərcləri bərpa etməyə imkan verən bir qiymətdir. Digər tərəfdən, Foma Akvinski, qiymətin alıcının Tanrı ilə nə qədər yaxın olmasından asılı olaraq fərqləndirilməli olduğunu söyləyir.
Qremmi
Qremmi mükafatı — ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatı.2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır. 31 Qremmi mükafatı ilə , Georg Solti ən çox Qremmi almış artist hesab olunur . Alison Krauss 27 mükafat ilə qadınlar arasında ilk yerdə durur. U2 qrupu , 22 mükafatla ən çox Qremmi almış qrup olaraq qalır.
Qrimes
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Qamet
Qametlər (qədim yunan dilindən ετήαμετή - "evlənmək" ) — cinsi olaraq çoxalan orqanizmlərdə mayalanma zamanı başqa bir haploid hüceyrə ilə birləşən bir haploid hüceyrə. Qametlər, bədənin reproduktiv hüceyrələri də adlandırılan cinsiyyət hüceyrələridir. Morfoloji cəhətdən fərqli iki növ cinsiyyət hüceyrəsi istehsal edən və hər bir fərdin yalnız bir növ istehsal etdiyi növlərdə, qadın yumurta adlanan daha böyük bir cinsiyyət hüceyrəsi istehsal edən hər hansı bir fərddir və kişi daha kiçik bir tip meydana gətirir. Sperma və ya sperma hüceyrələri hüceyrənin hərəkət etməsinə imkan verən quyruq şəklində bir quruluş olan flaqellum sayəsində kiçik və hərəkətlidir. Buna qarşı hər yumurta və ya yumurta hüceyrəsi nisbətən böyük və hərəkətsizdir. Qısacası, bir hüceyrə bir yumurta (qadın hüceyrəsi) və ya sperma hüceyrəsidir (kişi hüceyrəsi). Heyvanlarda yumurta dişilərin yumurtalıqlarında, kişilərin testislərində isə sperma yetişir. Mayalanma zamanı zamanı sperma və yumurta birləşərək yeni bir diploid orqanizm əmələ gətirir . Qametlər bir fərdin genetik məlumatlarının yarısını, hər növün bir dənə ağırlığını daşıyır və cücərmə hüceyrəsinin iki bölünməyə məruz qaldığı və dörd hüceyrənin əmələ gəlməsi ilə nəticələnən meyoz yolu ilə yaranır . Biologiyada istehsal olunan qamet növü cinslərini təyin edir.
Qremi
Kaxetiya çarlığı - Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
"Qremmi" mükafatı
Qremmi mükafatı — ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatı.2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır. 31 Qremmi mükafatı ilə , Georg Solti ən çox Qremmi almış artist hesab olunur . Alison Krauss 27 mükafat ilə qadınlar arasında ilk yerdə durur. U2 qrupu , 22 mükafatla ən çox Qremmi almış qrup olaraq qalır.
Aglaia cremea
Aglaia cremea (lat. Aglaia cremea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Bremen şəhəri
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Bremen əyaləti
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Kremer burnu
Kremer burnu (norv. Kræmerpynten) — Belı adasında yerləşən, Şpitsbergen arxipelaqının və Norveçin ucqar şərq nöqtəsini təkil edir. Burun adı Valdemar Hilbert Kramerin (norv. Waldemar Hilbert Kræmer, 1884—1947) şərəfinə verilmişdir. O, 1925-ci ildə bu regionun dəniz dibini ölçmüşdür.
Libania Qrenot
Libania Qrenot Martines Skafetti (12 iyul 1983, Santyaqo-de-Kuba[d]) — Kuba əsilli İtalyan atletidir. == Həyatı == Kubalı Grenot, atletizm həyatına burada başladı. 2006 cı ildə bir İtalyanla evlənərək bu ölkəyə köçüb. 2008-də isə vətəndaşlığa qəbul edildi. 2008 Pekində 400 metr qaçış yarı finalında 50.83-lə İtaliya rekordu qırdı lakin finala qala bilmədi. Pescaradakı 2009 Aralıq dənizi Oyunlarında 400 metri 50.30-la tamamlayaraq qızıl medal qazandı və özünə aid İtaliya rekordunu yenilədi.
Marta Qrehem
Marta Qrehem (ing. Martha Grehem, d. 11 may, 1894 — 1 aprel, 1991) — amerikan rəqqas, xoreoqraf və baletmeyster. == Həyatı == Marta Qrehem dini ailədən idi və rəqsin günah sayılmasına baxmayaraq, bir gün ailəsi məşhur rəqqas Rut Sen-Deninin konsertinə getmək üçün icazə verdi. Bundan əlavə, ailəsinin sərt mövqeyinə baxmayaraq, Martanın valideynləri kollec təhsilinə qarşı olmadılar. Vassar Kolleci, yalnız təhsilin keyfiyyəti ilə deyil, idman ənənələri və sufrajizmə simpatiya ilə üçün də tanınırdı. Rut Sen-Denisin performansını görən Marta rəqqas olmaq istəyirdi. 1913-cü ildə Los Ancelesdəki rəqs məktəbinə girməyə icazə verildi; sonra Denisoun məktəbində, onun tərəfdaşı Ted Şaun ilə birlikdə İspaniyada təhsil aldı. Qrehemin şagirdlik dövrünü keçdiyi illərdə rəqs əsasən əyləncə kimi qəbul edildi - bu, vodevil, kostyum çıxışları, sosial topların ayrılmaz bir hissəsidir. Sənətin statusu yalnız Amerikada Avropanın bir hiyləsi hesab olunan bir rəqs balı idi.