GƏRMƏK₁

f. Gərilmiş hala gətirmək, dartmaq, tarım etmək, açmaq. Qarğa döşünü gərməsə qaz olmaz. ( Ata. sözü ).
Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. Koroğlu”.
…Leylək hər iki qolunu yana gərib var gücü ilə bir də gərnəşdi… S.Rəhimov.

□ Qanad gərmək – qanadlarını bütünlüklə açmaq, uzatmaq.
Tərlan genişlik sevər; Göylərdir onun yeri; Qanad gərsin, dolaşsın; Sonsuz mavilikləri. R.Rza.

// Obrazlı təşbehlərdə.
Hər tərəfdə əsrarəngiz bir sükut qanad gərmişdi. M.Hüseyn.
Ölüm müdhiş qanadını uşağın üstünə gərmişdi. Mir Cəlal.

// Bir şeyi uclarından və ya kənarlarından çəkərək düz hala gətirmək.
◊ Sinə gərmək – çətinlikdən çıxmaq, qalib gəlmək.
Təzə bəlalara biz sinə gərdik; İstiqbal milləti sevindirmədi. B.Vahabzadə.

Синонимы

  • GƏRMƏK dartmaq — çəkmək — tarımlamaq
  • GƏRMƏK ayırmaq — sərmək

Антонимы

  • GƏRMƏK GƏRMƏK – YIĞMAQ Qaya sinəsini gərdi, uşağı küləkdən qorumaq üçün (“Azərbaycan”); Turac gərilmiş qanadını yığmağa çalışdı
GƏRMƏK₂
GƏRMƏKKİMİLƏR

Значение слова в других словарях