Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drozd
Drozd (ing. Drozd, rus. Дрозд), ən tanınmış aktiv müdafiə sistemlərindən biridir. Rusiya tərəfindən hazırlanmış və Əfqanıstan müharibəsində ilk dəfə istifadə edilmişdir. Əfqanıstan müharibəsi gedişatında 1983-cü ildə T-55A tanklarına quraşdırılmış bu sistemlər Əfqan mücahidlərinin idarəolunan tank əleyhinə raketlərinə və raket buraxıcı qurğularına qarşı müqavimət göstərə bilmək məqsədilə yaradılmışdır. Sistem 1977–78-ci illərdə A. Şipunovaya bağlı bir KBP dizayn bürosu olan Kompleks 1030M-01 tərəfindən kəşf edilmişdir. Drozd radarı 24,5 GHz Doppler radar siqnalları göndərərək tanka 70 ilə 700 m/s arasında bir sürətlə yaxınlaşan bir obyekt (raket və ya döyüş raketi) aşkar edə bilər. Daha sonra kompüter 107 mm diametrli bir raketi atışa hazırlayır. Tanka yaxınlaşan raket tankdan 7 metrlik məsafəyə gəldikdə, bu raket partlayır, parçalanma effekti ilə böyük qəlbələr atır və gələn raketi və ya idarə olunan raketi havada partladır. Əvvəlcə ön tərəfi 60° bucaq altında müdafiə edən sistem daha sonra inkişaf etdirildi və 120°-lik müdafiə təmin etdi.
Qrod adası
Qrod adası (bolq. остров Грод, ‘Ostrov Grod’ \'os-trov 'grod\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən cənubda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 610 m, eni 200 metrdir. Robert adasından 130 m məsafədə yerləşmişdir. Ada Bolqarıstan hökmdarı Qrodun (6-cı əsr) adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 940 m cənub-qərbdə, Misnomer burnundan 810 m şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Geoid
Geoid - Dünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3. Yerin həqiqi forması (rus. геоид, ing. geoid) .
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrole
Qrole (Val-d'Uaz)
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. == Etimologiyası == Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Qozo
Gozo (malta Għawdex (Audeş), ing. Gozo (Qozo), it. Gozo (Qodzo), q.yun. Γαῦδον, lat. Gaudus) ― Malta Respublikasının və Malta arxipelaqının ikinci böyük adası. Cənub-şərqindəki Malta adasına 5,25 km uzaqlıqdadır. Uzunluğu 14,5 km, eni 7,2 km olan adanın sahəsi 67 km²-dir. Ən əhəmiyyətli şəhəri əvvəllər Rabat olaraq bilinən Viktoriyadır. Əhalisi 31 053 nəfərdir (2005).
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid - (ing.grid computing, ru. грид-вычисления) – (“grid” – tor, şəbəkə) - hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. == Etimologiyası == İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. == Haqqında == Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
ANT Group
APA Group
APA Holdinq — Azərbaycanda fəaliyyət göstərən media şirkətidir. “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
ATEF Group
ATEF Group — Azərbaycan ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında qurulub. Müəssisə güc transformatorları və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. == Haqqında == Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib. 1997-ci ildən təkmilləşməyə başlayan zavod çoxsaylı bölmələrə malik sənaye qurumuna — ATEF Şirkətlər Qrupuna çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir. Şirkət tərəfindən həyata keçirilən yenidənqurma işlərindən dərhal sonra yağlı tip transformatorların, eləcə də yeni nəsil quru tip transformatorların istehsalına sərmayə qoyulub. Güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan şirkət sənaye, dəmir yolu, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edir. Şirkət hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi detalları da daxil olmaqla, müxtəlif çeşidləri bazara çıxarır. Zavodlar İri Qabaritli Transformatorlar Zavodu ATEF Elektromaş Zavodu ATEF Transformator Zavodu Yüksək Gərginlikli Avadanlıqlar Zavodu Metal Konstruksiya Zavodu Tökmə Məmulatları Zavodu Kabel Məhsulları Zavodu Dəqiq Mexaniki Emal Zavodu Bərk İzolyasiya ZavoduMəhsullar ATEF Şirkətlər Qrupu güc transformatorları, yağlı tip paylayıcı transformatorlar, tökmə izolyasiyalı quru tip transformatorlar, paylayıcı qurğular, mühafizə və idarəetmə panelləri, cərəyanı məhdudlaşdırıcı və şuntlama reaktorları, reaktiv güc kompensatorları, ölçü transformatorları, elektrik açarları, ayırıcılar və torpaqlayıcılar, güc və nəzarət kabelləri, transpozisiya edilmiş (CTC) məftillər, dəmir yol kontakt şəbəkəsi detalları və s. məhsullar istehsal edir.
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…]) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
BESIX Group
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
BT group
British Telecommuncations (azərb. "Britiş Telekommunikeyşnzs") (BT Group, dünyanın ən böyük telerabitə şirkətlərindən biridir. Baş qərargahı İngiltərənin paytaxtı Londonda yerləşən şirkət 170-dən çox ölkədə xidmətlərini icra edir. == Tarixi == 1980-ci ildə Böyük Britaniyada rabitə xidmətlərini təklif edən "Post Office Telecommunications" dövlət şirkətinin özəlləşməsi ilə yaranıb.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi.
Droid 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristika == Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.
Evsen Group
Hyve Group
Hyve Group, keçmiş adı ilə ITE Group — beynəlxalq sərgi və konfransların təşkilatçısı olan şirkətlər qrupu. Qrup hər il 14 ölkədə 130-dan çox ticarət sərgisi və konfransı təşkil edir və dünyanın 17 ofisində 1200-dən çox işçi çalışır. Şirkətin əsas devizi, müştəriləri üçün yüksək təcrübə və investisyanın qaytarılmasını təmin edən, məzmuna əsaslanan, mütləq iştirak gərəkdirən tədbirlərdən ibarət dünyanın aparıcı portfoliosu ilə təmin etməkdir. London fond birjasında siyahıya alınmışdır.
KCOM Group
KCOM Qrupu (əvvəllər Kingston Communications və KC kimi tanınan) Böyük Britaniya kommunikasiya və İT xidmətlər provayderi. Onun qərargahı Kinqstonda , Köln şəhərində, Yorkşire Şərq Ridingin də yerli sakinlərə və müəssisələrə İnternet və telefon xidmətlər göstərmək üçün yaradılıb və bu şəkildə London Fond Birjasında qeyd olunur . Kottingham və Beverly-də başqa telekommunikasiya fəaliyətini göstərən şirkət yoxdu və ancaq KCOM qrup bu fəaliyyəti göstərir == Tarix == 22 Avqust 1902-ci ildə Hall Koorparasiyasına (daha sonra Hall Şəhər Şurası oldu) 1899-cu ildəki Teleqraf qanunlarına əsasən Kullinq bölgəsində Kinqston şəhərində telefon sistemi qurmaq üçün lisenziya verildi, ilk telefon stansiyasını 28 noyabr 1904-cü ildə xidmətə başladıO zaman İngiltərənin ətrafında bir sıra bələdiyyə telefon şirkətləri vardı, bunların hamısı - Kənar istisna olmaqla - tədricən Britaniya Telekoma (BT) qoşulmaq üçün üçün PTT telefon şöbəsinə yerləşdirildi. 1914-cü ildə Lüksemburqun lisenziyasını yeniləmək təklifi şəhərdəki "Milli Telefon Şirkəti" infrastrukturunun 192,000 funt sterlinqli lik hissəsi ilə şərtləndirildi. Şura, ölkənin tək qalan bələdiyyə telefon quruluşunun gələcəyini təmin etdi 1922-ci ildə ilk Rotary avtomatik mübadilə məntəqəsi yaradıldı .Müəssisə 1934-cü ildən isə Strovver birjalarında yer alırdı. Rotary və Strovger mübadiləsi müvafiq olaraq 1975 və 1988-ci fəaliyyətini tam təmin edə bildi.KCOM, Hall City FK və Hall FK reqbi liqa komandasının oynadığı oyunlara ev sahibliyi edən KCOM Stadionuna və Hall Kingston Rovers reqbi liqa komandasının oyunlarını oynadığı KCOM Cravenə adını vermişdir . Hər iki stadion Hall Şəhər Şurasına aiddir.