Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Drom
Drom (departament)
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
Qrim
Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir.Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur. == Postijor == Saç və hörüklərin düzəldilməsi ilə məşğul olan qrim ustaları postijor adlanır.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. == Etimologiyası == İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. == Haqqında == Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Xrom
Xrom (Cr) – D. İ. Mendeleyevin kimyəvi elementləri dövri sisteminin 4 dövrünün 6-cı qrupunun 24-cü bir elementi (köhnəlmiş bir təsnifata görə, 6-cı qrupun yan alt qrupu). Kimyəvi elementlərin dövri sistemində 24-cü element. Cr (lat. Chromium) simvolu ilə təyin edilmişdir. Sadə maddə xrom - mavi ağ rəngli bərk metaldır. Xrom bəzən qara metallara aid edilir. == Tarixi == === Adının mənşəyi === Yunan dilindən elementin adı yun. χρῶμα — rəng, boya - birləşmələrinin rənglərinin müxtəlifliyinə görə. === Tarixi === Orta Uralda, Berezovski qızıl filiz yatağında tapılıb. İlk olaraq Mixail Lomonosovun "Metallurgiyanın ilk təməlləri" əsərində qırmızı qurğuşun filizi,PbCrO4kimi qeyd edilmişdir (1763).
Munja I Grom
Munja I Grom (azərb. İldırım və şimşək‎) — Bosniya və Herseqovinanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Vukajin Brajic ifa edib.
ROM
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Drom (departament)
Drom (fr. Drôme, oks. Droma) — Fransa cənub-şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 26. İnzibati mərkəzi — Valans. Əhalisi — 499.313 nəfər (departamentlər arasında 53-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi — 6530 km². Rona və Drom çayları departamentdən axır. Departamentə 3 rayon, 36 kanton və 369 kommun daxildir. == Drom departamentinin rayonları == Drom departamentinə 3 rayon daxildir: Valans (Valence) Di (Die) Nyon (Nyons) == Tarixi == Drom — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaranan ilk 83 departamentdən biridir.
From qambiti
From qambiti — Şahmat termini Danimarkalı usta From tərəfindən kəşf olunmuşdur. O, bu qambitin ilk təhlilini 1862-ci ildə dərc etdirmişdir.
Gros-Dratov
Gros-Dratof (alm. Groß Dratow‎) — Almaniyada kommunadı, Meklenburq-Ön Pomeraniya əyalətində yerləşir. Muric rayonuna qatılır. Zeenlandşaft Varen tərəfindən idarə edilir. Əhali 387 insan (31 dekabr 2006 il). Sahə 25,77 km². Rəsmi kod — 13 0 56 015.
Khmer-krom
Khmer-krom (khm. ខ្មែរក្រោម, vyet. Khơ Me Crộm) — Vyetnamda, Mekonq deltasında yaşayan xalq. Vyetnamda onlara "kho-me zıoy" (Khơ-me dưới), yəni "aşağı khmerlər" deyilir. 2006-cı il siyahıyaalınmasına görə, Vyetnamda 1,055,174 khmer-krom yaşayırdı. Mekonq deltasında khmerlər vyetnamlılardan sonra ikinci ən böyük etnik qrupdur.Çoxsaylı müstəqil ictimai təşkilatlar khmer-krom hüquqlarının Vyetnam hökuməti tərəfindən mütəmadi olaraq pozulduğunu bildirir. Khmer-kroma etnik və dini səbəblərdən ayrı-seçkilik edilir, onlar adlarını Vyetnam dilinə uyğun olaraq dəyişmək məcburiyyətində qalırlar və həm də Vyetnam dilində danışmağa məcbur edilirlər.
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Pol Qrem
Pol Qrem (ing. Paul Graham; 13 noyabr 1964) — İngilis əsilli Amerikalı kompüter alimi, esseist, sahibkar, vençur kapitalisti və yazıçı. O, daha çox Lisp proqramlaşdırma dili üzərindəki fəaliyyəti, keçmiş Viaveb startapı (sonradan Yahoo! Mağazası adlandırıldı), nüfuzlu startap akseleratoru və toxum kapitalı firması Y Combinator-un həmtəsisçisi, yazıları və Hacker News ilə tanınır. 2008-ci ildə Cessika Livinqston ilə evləndi. İki uşaqları var və İngiltərədə yaşayırlar.
Qoca Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Qram determinantı
n {\displaystyle n} -ölçülü U {\displaystyle U} unitar fəzanın x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının ( x i , x j ) {\displaystyle (x_{i},x_{j})} skalyar hasillərindən düzəldilən n {\displaystyle n} determinantına x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının Qram determinantı deyilir.
Qrem Qrin
Qrem Qrin (ing. Henry Graham Greene; 2 oktyabr 1904 – 3 aprel 1991) — İngilis əhvalat və roman yazıçısı. Əsərlərinin əksəriyyəti müasir dünyanın mürəkkəb əxlaqi və siyasi problemlərindən bəhs edir. 1935-ci ildə yazdığı England Made Me adlı romanından başqa digər əsərlərində katolik mövzular yer alır. Bu mövzuların ən çox ağırlıq təşkil etdiyi dörd roman Brighton Rock, The Power and the Glory, The Heart of the Matter və The End of the Affairdir. Bir dövr MI6 agenti olaraq da vəzifə etmiş olan Qrin, xüsusilə 1955-ci ilə aid Səssiz Amerikalıdan sonra beynəlxalq siyasət və casusluq fəaliyyəti haqqında bir çox roman yazmışdır. Bunlar arasında ən əhəmiyyətliləri Our Man in Havana ("Havanadakı adamımız"), Haitidəki Duvalye diktatorluğundan bəhs edən The Comedians ("Məzhəkəçilər"), The Honorary Consul ("Fəxri konsul") və The Human Factor ("İnsan amili") əsərləridir.
Qrod adası
Qrod adası (bolq. остров Грод, ‘Ostrov Grod’ \'os-trov 'grod\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən cənubda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 610 m, eni 200 metrdir. Robert adasından 130 m məsafədə yerləşmişdir. Ada Bolqarıstan hökmdarı Qrodun (6-cı əsr) adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 940 m cənub-qərbdə, Misnomer burnundan 810 m şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Qron çayı
Qron çayı (slovak. Hron) —Slovakiyanın ən uzun ikinci çayı olub, Dunay çayının sol qoludur. == Əsas xüsusiyyətləri == Ümumi səthinin sahəsi Slovakiyanın ərazisinin 11%-ni təşkil edir. Çayın uzunluğu-298 km, hövzəsinin sahəsi isə-5454,56 km²-dir. == Tarixi == İlk əvvəllər çay Hron adı altında "Özünə" adlı topluda 170-ci ildə söylınilir. 1075-ci ilin orta əsrlər yazılarında isə çayın adı Gron kimi qeyd edilir. XVII əsrdən 1930-cu ilə qədər daşıma üçün bu çaydan istifadə olunurdu.
Qrum Leyk
Qrum Leyk — ABŞ, Nevada ştatı, Linkoln dairəsində yerləşir. Burada Nellis bombardımançı aviabazasının poliqonu yerləşir. Sadə şəkildə «51-ci Bölgə» adlanır. Qrum Leyk dəniz səviyyəsindən 1344 m hündürlüyə malikdir. Şoranlıq şimaldan cənuba 6 km, şərqdən qərbə 4,8 km uzunluğa malikdir. Şoranlıq Qrum Leyk Velli vadisinə daxildir (ing. Groom Lake Valley). Qurumuş göl Papus Leyk şimal-qərbdə, Reyçel şəhərindəmn isə 40 km cənubda yerləşir. == Tarixi == 1864-cü ildə Rrum rayonu ərazisində qurğuşun və gümüş yataqları aşkarlanır. 1870-ci illərdə ingilis «Groome Lead Mines Limited» şirkəti hasilatı maliyyələşdirir və üstəlik regiona öz adını verir.
Seprus Qrou
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Süst Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Billi Qrem
Uilyam Frenklin Qrem (ing. William Franklin Graham Jr.; 7 noyabr 1918[…], Şarlott, Şimali Karolina – 21 fevral 2018[…]) — amerikalı evangelist. 1940-cı illərin sonunda məşhurlaşan Qrem Cənub Baptist Cəmiyyəti üzvü olmuşdur.
CD-ROM
CD-ROM (ing. compact disc read-only memory) — müxtəlif məlumatlar yazılmış və ancaq oxunma üçün nəzərdə tutulan kompakt-disk. Tutumu 10-terabaytdır İlkin olaraq disk audio yazılışların saxlanması üçün hazırlanmışdır. Lakin sonralar digər rəqəmli informasiyaların saxlanılması üçün istifadə edilib. Daha sonra CD-ROM-un bazası əsasında çoxsaylı yazmalar üçün istifadə olunan CD-R və CD-RW kimi disklər yaradıldı. Daha sonra isə inkişaf etdirilərək DVD-ROM-lar yaradıldı.
Elizabet Röm
Elizabet Röm (alm. Elisabeth Röhm‎; 28 aprel 1973, Düsseldorf) — Almaniya-ABŞ televiziya və film aktrisası.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.