Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Etimologiyası == Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Gülsar
Gülsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,013 nəfər və 2,775 ailədən ibarət idi. Gülsar şəhəri,Böyük Seyfabad və Xalisə Seyfabad kəndlərinin birləşməsindən yaranıb.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qullar
== Kəndlər == === Azərbaycanda === Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Kəndlər == === Dağıstanda === Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. === Gürcüstanda === Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Ruslar
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Dişli quşlar
Dişli quşlar (lat. Odontornithes, yaxud lat. Odontognathae) — sistematik vəziyyətli tam aydın olmayan təbaşir quşları. Kəlləsinin quruluşu onları müasir quşlara yaxınlaşdırır, lakin dişlərin və kəllənin ön hissəsində pulcuğ örtüyün olması ilə fərqlənir. Hesperornislərə və İxtiornislərə bölünür. Birincilərə uçma qabiliyyəti olmayan iri (180 sm-dək) su quşları, ikincilərə isə (25 sm-dək) qarğaları xatırladan uçan quşlar daxildir. Dişli quşlar Şimali Amerika və Avropanın Təbaşir dövrü çöküntülərindən tapılmış, çənələrində dişləri olan nəsli kəsilmiş quşlar yarımdəstəsi. Bəzi alimlər dişli quşları müasir və ya "yeni quşlar" (Neornithes) yarımsinfinə daxil edirlər. == Həmçinin bax == Quşlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Quşlar (Aves)
Quşlar (Kürdəmir)
Quşlar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Quşlar oyk., sadə. Kürdəmir r-nunda kənd. Kürün sahilindədir. Keçmiş adı Quşilər olmuşdur, Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Türyançayın sahilində, Daşüz silsiləsinin ətəyindədir. Tədqiqatçılar kəndin adını orta əsrlərdə Azərbaycanda məskunlaşmış türkdilli qara hunların bir qolunun adı ilə bağlı olduğunu göstərirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 463 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Quşlar (Qəbələ)
Quşlar — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyançayın sahilində Daşüz silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk mənşəli Kuş (quş) etnonimindən yaranmışdır. Hazırda burada 600 nəfər əhali yaşayır. 134 təsərrüfatı və 370 hektar yararlı torpağı var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq və heyvandarlıqla yanaşı, kənd sakinləri yeni üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyl artdığından, 120 hektar sahədə yeni üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. Əhalinin dolanışığı istənilən səviyyədədir.
Quşlar (dəqiqləşdirmə)
Quşlar — heyvan sinfi. Quşlar (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Quşlar (Qəbələ) — Qəbələ rayonunda kənd. Quşlar (film, 1963) — Alfred Hiçkokun filmi.
Quşlar bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siçanaoxşar quşlar
Toxucu quşlar
Toxucu quşlar (lat. Ploceidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Yırtıcı quşlar
Yırtıcı quşlar — uçuşu zamanı şikarını ovlayan quşlar.
Qəzəbli quşlar
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.
Gümüşü Quşlar
Gümüşü Quşlar ing. Silver Birds — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. == Tarixi == Gümüş Quşlar 1966-cı ildə yaradılıb və 1968-ci ilə qədər mövcud olublar. Onlar 1975-ci ildə yenidən aktivləşdirilib və 1976-cı ilə qədər uçublar. Uçuşlar üçün Fouga CM.170 Magister(en) təyyarələri istifadə olunurdu.
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. == Etimologiya == İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. == Tarixi == === Rusiya imperiyası ilə müharibə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Quşlar (film, 1963)
"Quşlar" (ing. The Birds) — rejissor Alfred Hiçkokun filmi. == Məzmun == Hiçkokun bundan əvvəlki filmi "Psixo"da olduğu kimi burada da heç nə tamaşaçını izaholunmaz hadisələrə hazırlamır. Kinolentin əvvəlində gözəl və bir qədər də özündənrazı xanım Melani Denielsin gənc vəkil Mitç Brennerlə tanış olduğunu görürük. Bu görüş San-Fransiskoda bir zoomağazada baş tutur. Arada olan soyuqluq onu çəkindirmir. Melani Mitçin bacısı Ketiyə ayrılmazlar cinsindən olan quşları hədiyyə alır. Hədiyyəni vermək üçün Melani onlara – Bodeqa körfəzinə getməli olur. Lazım olan yerə getməyə başlayan Melani birdən qağayının hücumuna məruz qalır. Qız alnından yaralanır.
Qəzəbli quşlar 2
Qəzəbli quşlar 2 (ing. The Angry Birds Movie 2) — 2019-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Columbia Pictures, Sony Pictures Animation və Rovio Animation tərəfindən istehsal edilmiş və paylanmış Rovio Entertainment-in Angry Birds videooyun seriyası əsasında hazırlanmışdır. Sony Pictures Releasing tərəfindən. Qəzəbli quşlar (2016) filminin davamı olan filmin rejissoru Turop Van Orman və birgə rejissorluğu ilə Con Rays (rejissorluq debütlərində) ssenarisi Peter Ackerman, Eyal Podell və Jonathon E. Stewart. Jason Sudeikis, Cosh Gad, Danny McBride, Maya Rudolph, Tony Hale, Bill Hader və Peter Dinklage replikası ilk filmdəki rolları, yeni gələnlər Leslie Jones, Rachel Bloom, Awkwafina, Sterling K. Brown, Eugenio Derbez , JoJo Siwa və Bruklin Şahzadəsi ansambl heyətinə qoşulur. Filmdə təkmil silah həm Quş, həm də Piggy adalarını təhdid edəndə quşlar donuzlarla birləşməyə məcbur olurlar. "Qəzəbli quşlar filmi"nin davamının istehsalına 2016-cı ilin avqustunda başlanılıb. Film üçün yeni ideyalar quşların və donuzların özlərini xilas etmək üçün birlikdə işləməsi prinsipi ilə hazırlanmışdır, bu, adətən "Angry" filmlərinin əksəriyyətində olmur. Quşlar oyunları.
Poçt markalarında quşlar
Poçt markalarında quşlar tematik poçt kolleksiyaçılığının populyar mövzulardan biridir. Üzərində quş təsviri olan poçt markasına quş markası da deyilir. == Tarixi == Poçt markalarında quşlar 1875-ci ildən etibarən təsvir olunur. Həmin il Yaponiyada ağ quyruqsallayan, əkin qazı və tetraçalan təsviri olan üç poçt markası buraxılmışdır. ABŞ-də quş təsviri olan ilk poçt markası (qanadlarını açmış qartal) 1869-cu ilə aiddir. Böyük Britaniya quş təsviri olan ilk poçt markasını 1963-cü ildə "Nature Week" nəşri üçün buraxmışdır. 2003-cü ilə qədər dünyada quş təsviri olan 10.000-dən çox poçt markası buraxılmışdır. == Kolleksiyaçılar == Quş təsviri olan poçt markalarının məşhur kolleksiyaçısı Kris Qibbins hesab olunur. Onun kolleksiyasına 3000-dən çox quş növünü əhatə edən 12.000-dən çox poçt markası daxildir. Quş markası kolleksiyaçılığına diqqət ayıran təşkilatlara Amerika Tematik Assosiasiyası və Quş Markası Cəmiyyəti daxildir.
Azərbaycan quşları
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.
Azərbaycanda ruslar
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. == Məskunlaşma tarixi == === Çarizm dövrü === Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Güllər və quşlar (İrəvani)
Güllər və quşlar — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir. Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılgül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnu və süsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред.