Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Konakpınar, Gürün
Konakpınar (nahiyə mərkəzi) — Sivas vilayətinin Gürün rayonunda kənd. == Coğrafiya == Sivas vilayətindən 108 km, Gürün rayonundan isə 30 km məsafədədir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Ludmila Guzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Ludmila Quzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Qutan (Poldəşt)
Qutan (fars. قوطان‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (89 ailə).
Qutan (ada)
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qutan adası
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qutuy Xatun
Qutuy Xatun — Elxanilər dövlətinin qurucusu Hülakü xanın arvadı və 1284-cü ildən 1284-cü ilə qədər Elxanilər dövlətini idarə etmiş Əhməd Təkudar xanın anası. O, oğlunun hakimiyyəti illərində dövlət məsələlərində mühüm sözə sahib olmuşdur. Qarabağlar türbə kompleksinin bir hissəsi onun xatirəsinə ucaldılmışdır. == Həyatı == O, ata tərəfdən Konqratlar tayfasına, ana tərəfdən isə Çingiz xanın soyuna mənsubdur. Onun anası Çingiz xanın nəvəsi olmuşdur. O, dini etiqad etibarilə Nestorian xristian idi. Hülakü xan onunla Güyük Xatunun ölümündən sonra evlənmişdi. O, Hülakü xanın Monqolustanda qalan qohumlarının Elxanilər dövlətinə gəlişlərinin ikinci dalğasında onun yanına gəlmişdir. O, 1265-ci ildə əri ilə görüşməyə gedərkən Hülakü xan vəfat etmişdir. Ona bu məlumat Bədəxşanda (müasir Tacikistan) olarkən, Hülakü xanın varisi Abaqa xan tərəfindən çaldırılmışdı.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Təsviri == Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib. == Yaşayış yeri və həyat tərzi == Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.
Seyfəddin Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. == Həyatı == Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Çehel Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Çəhrayı qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Ümumi xarakteristikası və görkəmi == Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir.
İlanlı sütun
İlanlı sütun (yun. Τρικάρηνος Όφις, türk. Yılanlı Sütun) — atik dövrə aid olan, indiki İstanbulun Sultanəhməd meydanında olan bürünc abidə. Yunan-İran müharibələri zamanı, Plateya döyüşündə (B.e.ə 479-cu ildə) vəfat edən farsların silahlarından hazırlanan qurbanlıq üç ayaqlının qorunan hissəsidir. İlk əvvələr abidə Delfidə yerləşirdi. I Konstantin dönəmində Roma İmperiyasının yeni paytaxtı olan İstanbula gətirilmişdir. Başlanğıcda 8 metrlik bir sütun 3 ilan başına sahib idi. 1700-cü ildə abidə qismən məhv dağıdılır. Üç ilan başından biri İstanbul Arxeologiya Muzeyində saxlanılır. == İnşa tarixi == Plateya döyüşündən sonra fars ordularını darmadağın edən Ellinlər böyük qənimətlər əldə edirlər.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — tütün cinsinə aid bitki növü.
Qara qutu
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Bütün Aləmlər Kilsəsi
Bütün Aləmlər Kilsəsi (ing. Church of All Worlds) — qeyri-ənənəvi inanclardan biri. Ekspertlərin fikrincə, Bütün Aləmlər Kilsəsi Amerikadakı mühüm müasir bütpərəst dini təşkilatlardan biridir. 1970-ci illərdə Tim Zeltin (sonralar özünü Otter Zelt adlandırıb) rəhbərliyi altında bu kilsə müxtəlif maraqları olan bütpərəst qruplar arasında əlaqə yaradılmasında, həmçinin bütpərəst insanın təbiəti sevən insan kimi qələmə verilməsində aparıcı rol oynamışdı. Bütün Aləmlər Kilsəsinin tarixi 1961-ci ilə gedib çıxır. Oklahomadan olan Riçard Lens Kristi adlı məktəbli obyektivizm fəlsəfi cərəyanının banisi Ayn Renddin ideyaları və humanist psixologiyanın banisi Abraham Maslounun fikirləri ilə maraqlanırdı. Vestminster kollecinə daxil olduqdan sonra Kristi burada Zeltlə tanış olur. Zelt Kristinin qrupuna qoşulur və onlar birlikdə altıncı hiss mövzusunda təcrübələr aparmağa başlayırlar. Həmin vaxt Kristinin qrupu Robert Haynlaynın "Yad diyardakı yad" elmi-fantastik əsərini oxuyurdu. Məhz bu əsər Bütün Aləmlər Kilsəsinin yaranmasında katalizator rolunu oynayır.
Bütün müqəddəslərin günü
Bütün Müqəddəslər Günü, Bütün Müqəddəslər Bayramı, Bütün Müqəddəslərin Təntənəsi və Halloumas kimi də tanınır, kilsənin istər tanınmış, istərsə də naməlum olan bütün müqəddəslərinin şərəfinə qeyd edilən xristian təntənəli bayramıdır. 4-cü əsrdən etibarən müxtəlif yerlərdə, Pasxa və Pentikost bayramları yaxınlığında müxtəlif tarixlərdə bütün xristian şəhidlərinin xatirəsinə həsr olunmuş ziyafətlər keçirilmişdi. 9-cu əsrdə Britaniya adalarında bəzi kilsələr noyabrın 1-də bütün müqəddəslərin anım mərasimini keçirməyə başladı və 9-cu əsrdə bu, Papa IV Qriqori tərəfindən bütün katolik kilsəsinə yayıldı. Qərb xristianlığında hələ də 1 noyabrda Roma-Katolik kilsəsi, eləcə də bir çox Protestant kilsələri, Lüteran, Anqlikan və Metodist ənənələri kimi qeyd olunur. Şərqi Pravoslav Kilsəsi və onunla əlaqəli Şərqi Katolik və Şərqi Lüteran kilsələri bunu Pentikostdan sonrakı ilk bazar günü qeyd edirlər. Şərq Kilsəsi və Roma ilə birlikdə olan Suriya-Malabar Kilsəsi və Xaldey Katolik Kilsəsi Pasxa bazarından sonrakı ilk cümə günü Bütün Müqəddəslər Gününü qeyd edir. Kopt pravoslav ənənəsində Bütün Müqəddəslər Günü 11 sentyabrda qeyd olunan Nayruzdadır. Bu gün həm Koptların yeni ilinin başlanğıcı, həm də onun ilk ayı olan Thout günüdür. == Liturgik şənliklər == Qərb xristian praktikasında liturgik bayram Vespersdə oktyabrın 31-də, Bütün Müqəddəslər ərəfəsində (Bütün Müqəddəslər ərəfəsində) başlayır və noyabrın 1-də başa çatır. Beləliklə, möminlərin xatirəsini yad edən Bütün Ruhlar günündən bir gün əvvəldir.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir.Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir. Nazik damarlar sayəsində hava isidilir.
Butuan
Butuan — Filippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri. == Əhalisi == Əh. 309,7 min (2010). == Coğrafiyası == Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasını Manila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport. == Tarixi == İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz.