Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. Kənd Samurçayın sahilində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Jozef Karika
Jozef Karika Slovakiyalı yazıçı və publisistdir. O, ən çox satılan kitablardan olan Mafiyanın kölgəsində(V tieni mafie) əsərinin müəllifidir. Karika Ədəbiyyat Fondu Mükafatı ilə təltif olunmuşdur.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava[d]) — Slovakiya müğənnisi.
Qarisi döyüşü
Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş. Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir. Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi. Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi.
Katalin Kariko
Katalin Kariko (17 yanvar 1955, Solnok, Macarıstan Xalq Respublikası) — macar mənşəli amerikalı biokimyaçı. Dryu Vaysman ilə "COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyaları ilə bağlı kəşflərə" görə 2023-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibi. Orta məktəbdə o, bəzi fənlərdə fərqlənir və Moritz Zsigmond İslahat Gimnaziyasını bitirir. Seqed Universitetində fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Kariko tədqiqatlarını davam etdirdi və Macarıstan Bioloji Tədqiqatlar Mərkəzinin Biokimya İnstitutunda postdoktorluq təqaüdünə başladı. 1985-ci ildə o, əri və iki yaşlı qızı ilə Macarıstandan ABŞ-a getdi.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Barik depressiya
Barik pillə
Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Barik qradiyent
Barik relyef
Barik relyef — Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gerik (Maku)
Gerik (fars. گريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (39 ailə).
I Gagik
I Qaqik
Qagik (v. 770) — Qafqaz Albaniyasının çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, Narsenin oğludur və 770-ci ildən sonra vəfat etmişdir.
Jarık (şirkət)
Jarık (qaz. «Жарық», ЖШС, rus. ТОО «Жарык» , ing. "Jarykh", LLP) — Qazaxıstanda kosmik rabitə, televiziya, radio yayımı və radio rabitəsi ilə məşğul olan bir qazaxıstan şirkəti. Məhdud məsuliyyətli "Jarık" ortaqlığı, 1991-ci ildə "Kazsvyazitekhnika" kiçik müəssisəsi tərəfindən 1990-cı ilin sonunda istifadəyə verilmiş Ku-banddakı SSRİ-də peyk televiziyası yayım sistemi "Jarık" -a xidmət göstərmək üçün 1991-ci ildə qurulmuşdur. 1990-cı ilin sonunda Qazaxıstanda "Jarık" televiziya peyk yayım şəbəkəsi istifadəyə verildi, burada 80 ° East, "Horizon" kosmik gəmisinin 12 transponderi vasitəsilə milli bir televiziya proqramı paylandı. Qeyd etmək lazımdır ki, Jarık sistemi SSRİ-də ilk Ku-band peyk televiziya şəbəkəsi oldu. "Katelko Plus" - Qazaxıstan Respublikasının birbaşa peyk televiziya yayımı şəbəkəsidi Federal Qanun Rusiya Federasiyası ərazisində və Rusiya Federasiyasının yurisdiksiyasına aid ərazilərdə rabitə sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirir, rabitə sahəsində dövlət orqanlarının səlahiyyətlərini və hüquqlarını müəyyənləşdirir. və bu fəaliyyətlərdə iştirak edən və ya rabitə xidmətlərindən istifadə edən şəxslərin vəzifələri. Jarık bir sıra iri şirkətlərin yaradılmasında iştirak etmişdir: TRK 31 Kanal televiziya və radio şirkəti, Alma-TV kabel televiziyası operatoru, Alma-Page çağrı şirkəti və digərləri.
Katolikos Qagik
Katolikos Qagik — Albanların XXXXI katolikosu. Katolikos Sahaqdan sonra taxta çıxıb və on dörd il taxtda oturub. Katolikos Qagik Girdiman yepiskopluğundan seçilmişdi. Sünik mitropoliti Yaqubu dəstəkləməyə davam edirdi və Erməni Qriqorian Kilsəsindən ayrılmaq siyasəti aparırdı. 958-ci ildə katolikos I Ananiyanı Bərdəkürə dəvət etdi. Qaqik Albaniyanın müstəqil kilsəyə sahib olması fikrini dəstəkləmək üçün Movses Kalankatlının Albaniya tarixi kitabını sitat gətirərək Albaniya katolikosluğuna adından seçildiyini dedi. Ananiya isə buna etiraz edərək özünün katolikos, Qagikin isə baş yepiskop olduğunu xatırlatdı. Daha sonra Ananiya albanlarla barışdı.
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi. qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər. Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.
Tarik Elyunussi
Tarik Elyunussi (d. 23 fevral 1988, Mərakeş) - Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ klubunda çıxış edən, əslən mərakeşli olan norveçli peşəkar futbolçudur. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 29 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Heerenven”, Norveçin “Lillström” və “Rusenburq”,Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik Elyunussi 9 qolla yadda qalıb.