Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürvan-i Büzürg (Əhər)
Gürvan-i Büzürg (fars. گوروان بزرگ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (16 ailə).
Gürvan-i Kiçik (Əhər)
Gürvan-i Kiçik (fars. گوروان كوچك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (5 ailə).
Gügəvar
Gügəvar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Porsova kənd Sovetinin Gügəvar kəndi Honuba kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhali tərəfindən Kogavar variantında da işlənir. Oykonim "yaşıllıq, otlaq" kimi izah olunur. == Coğrafiyası və iqlimi == Kənd meşəli dağların arasında, nisbətən düzənlik ərazidə yerləşir.
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd. Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Qayvan
Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar. Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur. Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər. Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir. Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qutran
Qutran (fr. Goutrens, oks. Gotrens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 20 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfər (15-64 yaş arasında) arasında 185 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,7%, 1999-cu ildə bu 68.1%).
Quyfan
Quyfan (çin. 鬼方 "Demon Ərazisi") Şan sülaləsinə (e.ə. 1600–1046) qarşı vuruşan quzey xalqının qədim etnonimi idi. Çin tarixi ənənəsinə görə quyfan, jun, di, hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır. Çin annallarında quyfanlarla bağlı bir sıra istinadlar var. Onlardan bəhs edən ilk qaynaqlar "Fal yazılarıdır". Vey kralı Sian (e.ə. 296-cı ildə vəfat edib) ilə dəfn edilmiş və təxminən altı əsr sonra eramızın 281-ci ilində (Çzin sülaləsi) Çzijon kəşfində yenidən kəşf edilmiş "Bambuk annallarda" deyilir: Şan kralı Vu Din hakimiyyətinin otuz ikinci ilində (e.ə. 1200-cü illər) quyfanlara hücum etdi və Çzinqə yerləşdi. Vu Dinin quyfanlara qarşı fəthləri haqqında "Dəyişikliklər kitabında" da bəhs edilir.
Quşqovan
Yuxarı Quşqovan (Çaroymaq)
Vaqvan
Vaqvan — Yuxarı Qarabagda İbrahim xana məxsus kəndlərdən birinin adı İndi Ağdam r-nunda Bağbanlar kəndinin adında qalır.
Ağvan
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Ağvan (çay) — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur.
Gogan
Gogan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,949 nəfər və 3,109 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Quava
Psidium (lat. Psidium) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Quava — Cənubi Amerikada bitən meyvə. Bəzən bu meyvəyə Şimali Amerikada da rast gəlmək olar. O vitamin A-la zəngindir, dadı turşdan şirinə qədər dəyişilə bilər.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Gilvan (Tarım)
Gilvan- İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,508 nəfər yaşayır (803 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Gürgan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.